Məhkəmə qərarları › İş №3(007)-4084/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4084/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4084/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X5 inzibati tənbeh vermə haqqında qərardan şikayətini, həmin qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X7 məhkəməyə şikayət verərək, barəsindəki inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla yanaşı, X7 iki ədəd yazılı vəsatətlə məhkəməyə müraciət edərək, şikayətə onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasını və ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. O, sonuncu vəsatətini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş elektron qərarların ləğv edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, nəticəsi olmamışdır. Daha sonra rəsmi qaydada müvafiq qərarı 2023-cü ilin mart ayında əldə etmişdir. Qərarları əldə etdikdən sonra videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirilərək müvafiq araşdırılmanın aparılmasını və “VAZ 21074” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilən yol hərəkəti qaydalarının pozulmasına görə ona yazılmış cərimələrin və cərimə ballarının silinməsi üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi üçün 15 mart 2023-cü il tarixdə poçt vasitəsilə BDYPİ-nə rəsmi qaydada müraciət etsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Tərəfindən sadalanan prosessual hərəkətlərin edilməsi üzrlü səbəbdən qərarlardan şikayət vermə müddətinin ötürülməsinə səbəb olmuşdur. Qeyd edilənlərə nəzərə alaraq, barəsində tərtib edilmiş 17 sentyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli elektron qərardan şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Qeyd olunan vəsatəti və şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... X5 vəsatəti, şikayəti və ona əlavə olunan sənədlərlə müəyyən olunur ki, o, etibarnamə əsasında sahiblik etdiyi “VAZ 21074” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili 22 fevral 2010-cu il tarixdə etibarnamə əsasında X1. Bundan sonrakı müddətdə avtomobili idarə edən şəxslərin törətdikləri yol hərəkəti qaydalarının pozulmasına görə ona mütəmadi olaraq (41 dəfə) cərimələr yazılmışdır. O, bu cərimələrlə əlaqədar avtomobili idarə edən şəxslərə məlumat verildiyini və onlar tərəfindən cərimələrin ödənildiyini düşünərək heç bir tədbir həyata keçirməmiş, cərimələrin ödənilmədiyini yalnız 05 iyun 2022-ci il tarixdə bilmiş, lakin avtomobili idarə edən şəxslərlə əlaqə saxlaya bilməmişdir. Pozulmuş hüquqlarının bərpası məqsədi ilə o, Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etmiş, həmin idarənin 25 avqust 2022-ci il tarixli məktubu ilə şikayət verilmə müddətinin ötürülməsi əsas tutularaq cərimə və balların silinməsindən imtina edilmişdir. Onun adına avtomobilə dair verilmiş etibarnamə 07 iyun 2022-ci il tarixdə ləğv edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarları isə 2023-cü ilin mart ayında əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli e-2-1(112)-12749/2022 nömrəli qərardadı ilə onun cavabdeh Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “cərimələrin və cərimə ballarının silinməsi” tələbinə dair iddiası mümkün sayılmamış, inzibati orqanın qəbul etdiyi inzibati xəta haqqında qərardan şikayətlə ümumi məhkəməyə müraciət hüququ izah edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 3(007)-2052/2023 nömrəli qərardadı ilə onun ümumilikdə 41 ədəd inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılmış, təkrarən şikayət verərkən mübahisələndirdiyi qərarlardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmasının üzürlü səbəbini göstərməklə və bu barədə müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə hər bir şikayətə dair iş üzrə vəsatət vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Nəzərə alınmalıdır ki, X5 mübahisələndirdiyi qərar foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir və onun özünün etiraf etdiyi kimi, törədilən yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimədən məlumatlı olmuşdur, qanunvericiliyin tələbinə görə də həmin qərar İXM-nin 57.6-cı maddəsində nəzərdə tutulan qaydada ona rəsmi qaydada verilmiş (çatdırılmış) hesab olunur. X4 qanunla müəyyən edilmiş müddətdə həmin qərardan şikayət verməmişdir. Məhkəmə özünün 07 aprel 2023-cü il tarixli qərardadı ilə həmin şəxsin şikayətini geri qaytararkən, mübahisələndirdiyi qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmasının üzürlü səbəbini göstərməklə və məhz bu barədə müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair vəsatət vermək hüququnu izah etsə də, o, belə sübutunu təqdim etməmişdir. Vəsatətdə söz birləşməsi olaraq irəli sürülən dəlillər isə, belə sübutu əvəz etmir, digər yandan da təkrar olaraq xatırladılmalıdır ki, X7 inzibati qaydada cərimə edilməsi haqqında qərardan dərhal məlumatlı olmuş, lakin uzun illər ərzində qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin həmin şəxsə ünvanlanmış 25 avqust 2022-ci il tarixli 016-99185İ-3002 nömrəli məktubunda da qeyd edilmişdir ki, yol hərəkəti qaydalarının pozuntusuna yol verilməsinə görə barəsində 21 yanvar 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayətinə, qanunvericiliyin tələbinə əsasən qərarlardan şikayət vermə müddəti ötürüldüyündən, baxılmamışdır. Göründüyü kimi, X7 mübahisələndirdiyi qərarın qəbulundan sonra İXM-nin 57.6-cı maddəsində nəzərdə tutulan qaydada qərarın ona rəsmi qaydada verilmiş (çatdırılmış) hesab olunmasından başqa, istər özünün qeyd etdiyi kimi qərarları 2023-cü ilin mart ayında əldə etdiyindən sonra, istərsə də məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə şikayətinin geri qaytarılmasından sonra, yenə də şikayəti vaxtında verməmiş, cari şikayətini 31 iyul 2023-cü il tarixdə vermişdir ki, bütün bunların hər hansı birinə münasibətdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin üzürlü səbəbdən ötürülmüş olması ilə bağlı qənaətə gəlinməsi üçün əsas yoxdur. X5 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillər sübutla müşayiət edilmədiyinə görə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, ona görə bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Belə olan halda, hesab edirəm ki, 17 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən buraxıldığından həmin müddətin bərpası üçün qanuni əsaslar yoxdur, X5 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar olmadığı halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, hazırkı icraat inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmanı nəzərdə tutduğundan, maraqlı şəxslər həmin icraatda işə cəlb olunmur, şikayət verən şəxsin və qərarı barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı ilə işə baxılır, X7 isə hazırkı iş üzrə verdiyi şikayətində X3 və X6 maraqlı şəxslər qismində cəlb etmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması üçün işin baxılmağa hazırlanması mərhələsi həllini tapa bilmədiyi, yəni işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə olunmaqla qərara yenidən baxıla bilmədiyi üçün X7, onun barəsində tətbiq edilmiş inzibati cərimələri və dəbbə pullarını ödədikdən sonra, müvafiq şəxslərin məsuliyyət və cavabdehlik dairəsini müəyyən edərək onlara qarşı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəmədə iddia qaldırmaqla pulları həmin şəxslərdən tələb edə bilər. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 17 sentyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar