Məhkəmə qərarları › İş №3(007)-4088/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4088/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4088/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi-Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********2170 sorğu nömrəli, 10 may 2024-cü il tarixli, **********2168 sorğu nömrəli, 10 may 2024-cü il tarixli, **********7165 sorğu nömrəli, 14 may 2024-cü il tarixli, **********7290 sorğu nömrəli, 14 may 2024-cü il tarixli, **********4659 sorğu nömrəli 31 may 2024-cü il tarixli, **********2636 sorğu nömrəli, 27 iyun 2024-cü il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləsdirilərək ünvan 2 ünvanında yerləşən anbarda saxlanılmalı olan yüklərin istifadə olunduğu barədə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsi tərəfindən əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd edilən bəyannamələr üzrə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməli olan ümumi dəyəri 184826,57 manat təşkil edən malların gömrük qanunvericiliyinin tələbləri pozularaq istifadə edilməklə üzərində sərəncam verildiyi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yazılı vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə inzibati xəta haqında protokol tərtib edilmiş və göstərilmişdir ki, “ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********2170 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********2168 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********7165 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********7290 sorğu nömrəli xx.xx.2024-cü li tarixli, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********2636 sorğu nömrəli xx.xx.2024-cü li tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək ünvan 4 ünvanında yerləşən anbarda saxlanılmalı olan yüklərin istifadə olunduğu barədə Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsi tərəfindən əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmişdir. Baxış zamanı yuxarıda qeyd edilən bəyannamələr üzrə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməli olan malların bir qisminin gömrük qanunvericiliyinin tələbləri pozularaq istifadə edilməklə üzərində sərəncam verildiyi aşkar edilmişdir. Qeyd edilən faktla bağlı akt və istifadə edilmiş mallara dair bəyannamələr üzrə cədvəl tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli akdan görünür ki, ünvan 4 ünvanında yerləşən anbara həyata keçirilən yoxlama zamanı **********2170 sorğu nömrəli xx.xx.2024-cü li tarixli, **********2168 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********7165 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********7290 sorğu nömrəli xx.xx.2024-cü li tarixli, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********2636 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri üzrə bəyan edilmiş dərman vasitələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda yüklərin bir qisminin anbarda olmadığı aşkar edilmişdir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/021900 nömrəli, xx.xx.2024-cü il tarixli raportla üzərində sərəncam verilmiş dərman vasitələrinin qiyməti **********2170 sorğu nömrəli xx.xx.2024-cü li tarixli gömrük bəyannaməsi üzrə 14859,01 manat, **********2168 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 48786,81 manat, **********7165 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 51240,27 manat, **********7290 sorğu nömrəli xx.xx.2024-cü li tarixli gömrük bəyannaməsi üzrə 5869,64 manat, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 58660,96 manat, **********2636 sorğu nömrəli xx.xx.2024-cü li tarixli gömrük bəyannaməsi üzrə 5409,88 manat olmaqla ümumilikdə gömrük dəyəri isə 184826,57 manat təşkil edir. Beləliklə gömrük orqanı tərəfindən aşağıdakı 6 bəyannamə üzrə protokol tərtib edilmişdir: **********2170 sorğu nömrəli xx.xx.2024-cü li tarixli; **********2168 sorğu nömrəli xx.xx.2024-cü il tarixli; **********7165 sorğu nömrəli xx.xx.2024-cü il tarixli; **********7290 sorğu nömrəli, xx.xx.2024-cü li tarixli; **********4659 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli; **********2636 sorğu nömrəli xx.xx.2024-cü il tarixli. İlk növbədə qeyd edilməlidir ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elçin Allahverdiyev tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının rədd edilməsi haqqında qərardadda tərtib edilmiş bəyannamələrdən biri - **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli bəyannamə üzrə aparılmış araşdırma zamanı gömrük inspektoru X5 izahatı alındığı göstərilir. X9 izahatında göstərmişdir ki, “**********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara ünvan 4 ünvanında yerləşən anbarda baxış keçirtmiş, bəyannamə ilə mal-müşayiət sənədləri eyniləşdirilmiş, heç bir uyğunsuzluq olmadığı aşkar edilmiş, gömrük nəzarəti barədə akt tərtib edilmişdir. İşlərin çox olması səbəbi ilə planşetdə düzgün məlumatlar daxil etməmiş, bundan sonra **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə malların sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edildiyi **********6930 sorğu nömrəli gömrük bəyannaməsinin səhvən rəsmiləşdirməyə göndərildiyini bildirmişdir”. Həmin qərardadda gömrük inspektoru X5 yoxladığı daha bir bəyannamə - **********4503 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi barədə də qərar qəbul edilmişdir. Gömrük inspektoru Həsən Surxaylının səhvə yol verdiyi öz təsdiqini tapdığından, o, intizam məsuliyyətinə cəlb edilmişdir. Qərardadda olan bir bəyannamə barəsində icraatın başlanması rədd edilsə də, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli bəyannamə üzrə digər raportla araşdırılmanın aparıldığı nəzərə alınmışdır. Halbuki, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli bəyannamə ilə **********4503 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi eyni statusda olmuş, həmin gömrük bəyannamələri gömrük inspektoru Həsən Surxaylı tərəfindən eyni vaxtda yoxlanılmış, yalnız onun təqsiri ucbatından malların buraxılışı həyata keçirilməmişdir. Gömrük inspektorunun barəsində yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsi qaldırılmışdır. Hazırkı iş üzrə 20 avqust 2024-cü il tarixli, 00100-02232/24 nömrəli protokol tərtib edilərkən göstərilən hallar nəzərə alınmamış və səhvən **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli bəyannamə üzrə inzibati xəta törədilməsi qənaətinə gəlinmişdir. İş üzrə aşağıdakı qanunvericilik aktları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları: 2.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında malların yerləşdirilməsi şərtləri aşağıdakılardır: 2.1.1. qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməsi; 2.1.2. ticarət siyasəti tədbirlərinin tətbiqi; 2.1.3. malların idxalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi və müəyyən edilmiş digər prosedurların tamamlanması (dövlət sərhədindən keçirilməsi, müəyyən edilmiş marşrutlar üzrə vaxtında təyinat gömrük orqanına çatdırılması, malların təyinat orqanına təqdim edilməsi, nəqliyyat vasitələri üzərində qoyulmuş gömrük təminatlarının pozulmaması, malların rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdirilməsini aparacaq gömrük orqanına təqdim olunması). 3.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mallar barəsində səlahiyyəti olan şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük orqanına müraciəti (kağız üzərində yazılı və ya elektron formada) əsasında həyata keçirilir. Malların gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına konkret malların gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannaməni (kağız üzərində yazılı və ya elektron formada) və ya bu Qaydaların 2.5-ci bəndinə əsasən sənədləri təqdim etdiyi vaxtdan başlanır, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra başa çatır. 5.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən Gömrük Məcəlləsinin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericilikdə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra gömrük orqanları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların buraxılışını həyata keçirir. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni vaxtda buraxılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 nömrəli Sərəncamı: Gömrük prosedurları: “Sərbəst dövriyyə üçün buraxılış” - kod “40”, “Müvəqqəti saxlanc”ın kodu isə “61”-dir. İnzibati Xətalar Məcəlləsi: Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə tərtib edilmiş 20 avqust 2024-cü il tarixli, 00100-02232/24 nömrəli protokolda 6 bəyannamə üzrə mallar barəsində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsinə baxmayaraq sərəncam verildiyi göstərilir. Halbuki həmin bəyannamələrdən 4-ü yoxlama keçirildiyi xx.xx.2024-cü il tarixdə artıq müvəqqəti saxlanc xüsusi gömrük prosedurundan çıxardılmış və sərbəst dövriyyə üçün buraxiliş gömrük prosedurunda bəyan edilmişdir. Belə ki: **********2168 sorğu nömrəli xx.xx.2024cü il tarixli GB - **********5306 soğru nömrəli xx.xx.2024-cü il tarixli GB; **********7290 sorğu nömrəli xx.xx.2024-cü li tarixli GB - **********4978 sorğu nömrəli xx.xx.2024-cü il tarixli GB; **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli GB - **********6930 sorğu nömrəli xx.xx.2024-cü il tarixli GB; **********2636 sorğu nömrəli xx.xx.2024-cü li tarixli GB - **********747 sorğu nömrəli xx.xx.2024-cü il tarixli GB. İş materiallarında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmə ilə bağlı olan gömrük bəyannamələri də göstərilmişdir. Həmin bəyannamələrin 1-ci bəndində (bəyannamənin tipi) “40” qeyd edilmişdir. Bu isə Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 nömrəli Sərəncamına əsasən “sərbəst dövriyyə üçün buraxılış”ın kodudur. “Müvəqqəti saxlanc”ın kodu isə “61”-dir. Əvvəlki bəyannamələrdə 1-ci qrafada “61” kodu qeyd edilmişdir. “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mallar barəsində səlahiyyəti olan şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük orqanına müraciəti (kağız üzərində yazılı və ya elektron formada) əsasında həyata keçirilir. Malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannaməni (kağız üzərində yazılı və ya elektron formada) və ya bu Qaydaların 2.5-ci bəndinə əsasən sənədləri təqdim etdiyi vaxtdan başlanır, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra başa çatır. Göründüyü kimi, yuxarıda qeyd edilən 4 bəyannamə üzrə mallar xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “sərbəst dövriyyə üçün buraxılış”ın kodu (40) altında gömrük orqanına bəyan edilməklə artıq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altından çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə sözügedən hər 4 bəyannamə üzrə gömrük ödənişləri tamamlanmışdır. Bunları iş materiallarında olan gömrük bəyannamələri üzrə elektron çıxarışlardan da görmək olar. Gömrük orqanı isə səhvən həmin malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında olduğu qənaətinə gəlmiş və mallara müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında ola-ola sərəncam verildiyini ehtimal etmişdir. Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 163 nömrəli qərarının tələblərinə görə zəruri gömrük əməliyyatları yerinə yetirildikdən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra artıq sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru da başa çatmışdır. Belə ki, malların buraxılışı sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurundan sonrakı mərhələdir və yalnız sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru başa çatdıqdan sonra tətbiq edilir. Belə ki, Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 163 nömrəli qərarının 5.1-ci bəndində əsasən, Gömrük Məcəlləsinin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericilikdə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra gömrük orqanları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların buraxılışını həyata keçirir. Gömrük Məcəlləsinin 163-cü maddəsinin 1-ci bəndi isə hesablanmış gömrük ödənişlərinin ödənilməsini və ya həmin gömrük ödənişlərinin ödənilməsinə təminat verilməsini nəzərdə tutur. Gömrük Məcəlləsinin (maddə 164) və Nazirlər Kabinetinin 2012ci il 3 avqust tarixli, 163 nömrəli qərarının (maddə 2.1) tələblərinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; ticarət siyasəti tədbirlərinin tətbiqini; malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. Malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurlar isə Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 163 nömrəli qərarında (maddə 2.13) göstərilmişdir: dövlət sərhədindən keçirilməsi, müəyyən edilmiş marşrutlar üzrə vaxtında təyinat gömrük orqanına çatdırılması, malların təyinat orqanına təqdim edilməsi, nəqliyyat vasitələri üzərində qoyulmuş gömrük təminatlarının pozulmaması, malların rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdirilməsini aparacaq gömrük orqanına təqdim olunması. Şəxs MMC tərəfindən gömrük ödənişlərini əhatə edən yuxarıda göstərilmiş bütün hərəkətlər edilmişdir. Qanunvericiliyin analiz edilməsi göstərir ki, 4 bəyannamə (**********2168, **********7290, **********4659 və **********2636) üzrə mallar iş üzrə tərtib edilmiş 20 avqust 2024-cü il tarixli, 00100-02232/24 nömrəli protokolda göstərildiyi kimi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında olmamış, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş, 19 iyul 2024-cü il tarixdə hər 4 bəyannamə üzrə gömrük ödənişləri ödənildikdən sonra sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru başa çatmışdır. 20 avqust 2024-cü il tarixli, 00100-02232/24 nömrəli protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən (maddə 34.3) şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Gömrük orqanı bir-biri ilə heç bir əlaqəsi olmayan 6 gömrük bəyannaməsi üzrə malların qiymətlərini toplamaqda səhvə yol vermişdir. Belə ki, şəxs təqsirli olarsa, 34.3-cü maddənin tələblərinə əsasən ən ağır inzibati xətaya görə sanksiya tətbiq edilməlidir. Bu halda isə, 6 müstəqil inzibati xəta üzrə malların ümumi qiymətinin çıxardılması zərurəti mövcud deyildir. İş üzrə 6 gömrük bəyannaməsi üzrə mallar ayrı-ayrı vaxtlarda ölkə ərazisinə idxal edilmiş, ayrı gömrük bəyannamələri üzrə bəyan edilmiş, gömrük orqanında hər biri üzrə ayrıca gömrük prosedurları aparılmışdır. Bu bəyannamələr üzrə iddia edilən pozuntunun eyni vaxtda aşkar edilməsi həmin mallara görə ümumi məbləğin hesablanması üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X10 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs şirkəti müvəqqəti saxlanca mal götürmüşdür. Müvəqqəti saxlanca götürdüyü malların bəzilərinin ödənişi ödənilmiş, buraxılmışdır və onlar barəsində sərəncam verilmişdir. Ancaq bəzi mallar müvəqqəti saxlancda olduğu halda gömrük nəzarəti bitmədən istifadə etdiklərinə görə, İXM-nin 491.1-ci maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərilmişdir. İş materiallarında olan cəmiyyətin direktoru Nailə xanımın verdiyi izahatdan da görünür ki, o, etiraf etmişdir ki, həmin ərəfədə anası rəhmətə getdiyinə görə sənədlər ofisdə qalmış, sənədlər ofisdə qaldığı üçün fəhlələr də bilmədən gömrük nəzarətində olan malları götürüb istifadə etmişlər və mallar müxtəlif depolara paylanmışdır. Saxlancda olan mallar barəsində sərəncam verdiyinə görə də Bakı Baş Gömrük İdarəsi tərəfindən protokol tərtib edilmişdir. Fakt eyni vaxtda aşkar edildiyi üçün bir protokol tərtib edilmişdir. Gömrük nəzarəti altında olan malların üzərində sərəncamın verilməsi, ondan istifadə edilməsi faktı gedib ora baxış keçirilən zaman aşkarlanmışdır. Şəxs MMC-nin barəsində İXM-nin 491.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil yazılı vəsatətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə 22 iyul 2024-cü tarixli aktın tərtib olunmasında iştirak etmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili X11 izahatında göstərmişdir ki, 22 iyul 2024-cü il tarixli aktda qeyd olunanları təsdiq edir. Əməliyyat şöbəsi olaraq həm saxlanan dərmanın anbar şəraitinin Nazirlər Kabinetinin 23 saylı qərarına uyğun olub-olmamasını yoxlamaq üçün gedirlər, reydlər keçirirlər, bundan başqa da malların saxlanc yerində olub-olmamasını bilmək istəyirlər. Oraya ilk dəfə iyul ayının 19-u, həftənin 5-ci günü getmişlər, MMC-nin direktoru Nailə xanımla bir yerdə iştirak etmişlər. Həmin günü Nailə xanımın halı pisləşdiyi üçün yoxlamanı onun xahişi ilə 1-ci günə saxlamışlar. O, anbarı təminat altına almış, stikerləmişdir. Birinci gün yoxlamanı davam etdirmişlər və çatışmazlıqları aktda qeyd edib, müvafiq araşdırma aparması üçün Təhqiqat Şöbəsinə təhvil vermişlər. Orada 6 gömrük bəyannaməsi üzrə yoxlama həyata keçirilmiş, 6 gömrük bəyannaməsi üzrə də dərmanların müəyyən hissəsinin qanunvericiliyin tələbləri pozularaq istifadə olunduğu aşkar edilmiş və onların araşdırılması üçün təhqiqata müraciət edilmişdir. Həmin çatışmazlıqlarla bağlı akt tərtib edilmiş, siyahısı çıxarılıb təhqiqata təhvil verilmişdir. “61” xüsusi gömrük proseduru olaraq dərmanların idxalından, ölkəyə gətiriləndən sonra müvafiq orqanların sənədlərini təmin etmək üçün, maksimum 4 ay müddət vermək şərti ilə sahibkarlıq subyektinin nümayəndəsinə icazə verilir ki, o, Gömrük və Vergi orqanlarına veriləcək sənədləri təmin etsin. “40” sərbəst dövriyyəyə buraxılış deməkdir. Onlar 6 gömrük bəyannaməsi üzrə audit həyata keçirmişlər, dərmanların bəyannamə üzrə anbarda olduğunu və qorunduğunu yoxlamışlar, bəzi mal dövriyyələri üzrə birə-bir yoxlamışlar, bəzi mal dövriyyələri üzrə malların müddətdən əvvəl satıldığını müəyyən etmişlər. 6 ədəd bəyannamənin hamısında uyğunsuzluq olmuşdur. Sözügedən 1 bəyannamənin bu 6 bəyannaməyə aidiyyətı yoxdur. 2 bəyannamə ilə bağlı “61” xüsusi gömrük prosedurundan, saxlanc prosedurundan, “40”-a keçirilməsi üçün deklarasiya bəyan edilmişdir. Anbarı ayın 19-u təminat altına almışlar, təminat şöbəsi olaraq yekunlaşdırana qədər gömrük işinin məxfiliyi qorunur. Bu müddətdə də 2 bəyannamənin yoxlanılmasının həyata keçirilməsi inspektorun üzərinə yazılmışdır. Hansı ki, onların onun təminat altına aldığı anbarlara aidiyyəti yox idi. İnspektor gedib yoxlama keçirdib, indi barəsində araşdırılma aparılır. Həmin məsələnin bu iş üzrə 6 bəyannaməyə aidiyyəti yoxdur. O, anbarda yoxlama keçirən gün, ayın 19-u bütün 6 bəyannamənin “61” gömrük proseduru altında olduğuna əmindir. Bunu elektron portaldan sorğu əsasında dəqiqləşdirmək mümkündür. 19-u yoxlama aparmış, həmin gün videoçəkiliş də aparılmışdır. Videoçəkilişə əsasən anbarda olduğunu təsdiq edə bilər. Nailə xanım da təsdiq edə bilər. Ayın 22-də yoxlamanı anbardarın iştirakı ilə davam etdirmişlər və bütün çatışmazlıqları aşkarlamışlar. 19-da da eyni vəziyyət olmuşdur, çünki onlar oranı təminat altına almışdılar. Ayın 17-i “40”-a keçirilməmişdir, “40”-a keçirilməsi üçün bəyan edilmişdir. “40”-a keçirilməsi ilə bağlı sahibkar iradəsini bəyan edir, “40”-a keçirilməsi üçün müvafiq sənədləri gömrük orqanına bəyan edir və onlar bu müddətdə sahibkara müraciət edirlər ki, “40”-a keçirilməsini istəyirlərsə, “gəlib yoxlayaq, dərmanları eyniləşdirək, yerindədirsə “uyğunsuzluq aşkarlanmadı” kimi elektron qeyd edək”, sonra mal keçir “40”-a və istifadəsinə razılıq verilir. Nümayəndə, təsisçi və bu işləri görən şəxs, “40”-a keçirmə ilə bağlı bəyannamə yazır, siyahı ilə göstərir ki, qısa idxalda olan, “61” prosedurunda olan dərmanları “40”-a keçirmək istəyir. Onları bütün sənədlərlə birlikdə Xüsusi prosedurlar şöbəsinin rəsmiləşdirmə mərkəzinə təqdim edir. Bəyannamə yazılandan sonra onlar gedib anbarda dərmanları eyniləşdirirlər ki, həmin dərmanlar yerindədir, ya yox. Baxış keçiriləndən sonra uyğunsuzluq olub-olmaması müəyyənləşdirilir. Baxışda saxlanılan dərmanlar üçün Səhiyyə Nazirliyinin və ya digər qurumların icazə verib-verməyəcəyini onlar qabaqcadan bilə bilməzlər, sahibkar da bilə bilməz. Bəlkə onların dövriyyəsi məhdudlaşdırılacaq və ya məhvetməyə gedəcək və ya zərərli olduğuna qərar veriləcək. Ona görə onlar mütəmadi gedib yoxlayırlar ki, “40”-a keçirməmiş istifadə olunmasın, satılmasın, digər hallar baş verməsin. Onlar baxış keçirəndən, bəyannamə yazılandan sonra da yük yoxlama sistemində “Yük yoxlamaya” qeyd edilir. Həmin müddətdə onlar yükü yoxlayırlar. Gömrük ödənişləri və digər ödənişlər edildikdən sonra, “40” bəyan olunandan sonra Rəsmiləşdirmə Mərkəzi yükün yoxlanması üçün yoxlama qrupuna atır. O yük yoxlanmadan heç vaxt, sərbəst dövriyyəyə buraxılmır. Rüsum sahibkarın hesabında qalır. Həmin müddətdə prosedurun tələblərini pozaraq istifadə edibetmədiyini Təminat şöbəsi araşdırandan sonra məhkəməyə müraciət edirlər. “40”a dair bəyannamənin yazılması “40”-a keçirilmə demək deyil. İradəsini bəyan etmək deməkdir. Onların iradəsinə əsasən yük yoxlama qrupuna atılır. Yük yoxlama qrupuna atılandan sonra yük inspektorları yükün yerində olub-olmadığını araşdırıb yoxlayırlar. Onlar yoxlamaya gedəndə anbarda 6 bəyannamə üzrə daxil olmuş mallar orada olmuşdur, lakin bir hissəsi istifadə edilmişdir. 6 bəyannamə üzrə bir raport yazılmışdır. Hər zaman da belə edirlər. Bunu siyahı formasında, Excel formatında da raportun arxasına tikib Təhqiqat Şöbəsinə təqdim etmişlər. Məhkəmə iclasında, iş üzrə 22 iyul 2024-cü tarixli aktın tərtib olunmasında iştirak etmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili X3 və Monitorinq şöbəsinin böyük inspektoru X4 yuxarıda qeyd olunanlara uyğun, eyni məzmunlu izahatlar vermişlər. Bakı Baş Gömrük İdarəsində aparılan inzibati araşdırma zamanı, Şəxs MMC-nin qanuni təmsilçisi, direktoru Şahid izahatı alınmışdır, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin vəsatəti əsasında dəvət olunsa da, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid inzibati araşdırmada verdiyi izahatında göstərmişdir ki, direktoru olduğu MMC dərman vasitələrinin idxalını, sonradan həmin malların daxili bazarda topdan satışını həvata keçirir. **********2168, **********7290, **********4659, **********2636 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş mallar müvafiq olaraq **********5306 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********4978 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********6930 sorğu nömrəli xx.xx.2024-cü il tarixli və **********6747 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş, ödənişləri xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş və gömrük ödənişləri tam surətdə həyata keçirildikdən sonra malların istifadəsi həyata keçirilmiş, **********2170, **********7165 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların isə rəsmiləşdirilməsi həyata keçirilməmişdir, belə ki, xx.xx.2024-cü il tarixdə anası dünyasını dəyişmiş, bu səbəbdən də həmin bəyannamələr üzrə alınmış icazə sənədləri unudularaq şirkətin ofisində qalmış və bəyannamələr tərtib edilməmişdir, anbarın əməkdaşları səhvən həmin malların rəsmiləşdirildiyini zənn etmişdirlər və bu səbəbdən də həmin malların satışı həyata keçirilmiş, həmin malların tezliklə gömrük ödənişləri ödənilərək rəsmiləşdirilməsi həyata keçiriləcəkdir, qeyd edilən 4 saxlanc yükü üzrə gömrük bəyannamələri tərtib edilmiş, Şəxs MMC tərəfindən gömrük ödənişləri tam ödənilmiş, yalnız bundan sonra həmin bəyannamələr üzrə malların istifadəsi həyata keçirilmişdir. Sözügedən anbara baxış keçirilərkən aşkar edilməyən dərman vasitələri verilmiş sifarişlər əsasında satılaraq müxtəlif depolara paylanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkilləri X3 və X6, Monitorinq şöbəsinin böyük inspektoru X2 və Şəxs MMC-nin satış şöbəsinin rəisi X1 iştirakları ilə tərtib olunmuş 22 iyul 2024-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yerləşən anbarda həyata keçirilən yoxlama zamanı **********2170 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, 1**********2168 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********7165 sorğu nömrəli 14.0.52024-cü il tarixli, **********7290 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********2636 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri üzrə bəyan edilmiş dərman vasitələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda yüklərin bir qisminin anbarda olmadığı aşkar edilmişdir; -Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəsmi sorğu əsasında verilmiş 16 avqust 2024-cü il tarixli raportundan görünür ki, Şəxs MMC tərəfindən istifadə edilməklə üzərində sərəncam verilmiş dərman vasitələrinin hər bir bəyannamə üzrə ayrıayrılıqda gömrük dəyərləri gömrük bəyannaməsinin təsdiq edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Rusiya rublunun məzənnəsinə uyğun olaraq **********2170 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 14859,01 manat, **********2168 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 48786,81 manat, **********7165 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 51240,27 manat, **********7290 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 5869,64 manat, **********4659 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 58660,96 manat, **********2636 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 5409,88 manat olmaqla qeyd edilən gömrük bəyannamələri üzrə ümumilikdə gömrük dəyəri 184826,57 manat təşkil edir; -Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin məhkəmənin sorğusuna əsasən göndərdiyi 07 noyabr 2024-cü il tarixli, 3-33-1100/2-006726/2024 nömrəli cavab məktubundan və ona əlavə olunan Şəxs MMC-yə aid “Malların müvafiq gömrük prosedurları altında yerləşdirilməsinə dair tərtib edilmiş cədvəl”dən görünür ki, Müvəqqəti Saxlanc GB nömrəsi **********170, X7 GB nömrəsi **********0007, **********0008 olan mallar xx.xx.2024-cü il tarixdə 4 aylıq saxlanc müddəti ilə müvafiq gömrük proseduru altında yerləşdirilmiş, X7 GB xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlamaya göndərilmiş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlama tətbiq edilmişdir; Müvəqqəti Saxlanc GB nömrəsi **********2168, X7 GB nömrəsi **********5306 olan mallar xx.xx.2024-cü il tarixdə 4 aylıq saxlanc müddəti ilə müvafiq gömrük proseduru altında yerləşdirilmiş, X7 GB xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlamaya göndərilmiş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlama tətbiq edilmişdir; Müvəqqəti Saxlanc GB nömrəsi **********7165, X7 GB nömrəsi **********6337 olan mallar xx.xx.2024-cü il tarixdə 4 aylıq saxlanc müddəti ilə müvafiq gömrük proseduru altında yerləşdirilmiş, X7 GB xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlamaya göndərilmiş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlama tətbiq edilmişdir; Müvəqqəti Saxlanc GB nömrəsi **********7290, X7 GB nömrəsi **********4978 olan mallar xx.xx.2024-cü il tarixdə 4 aylıq saxlanc müddəti ilə müvafiq gömrük proseduru altında yerləşdirilmiş, X7 GB xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlamaya göndərilmiş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlama tətbiq edilmişdir; Müvəqqəti Saxlanc GB nömrəsi **********4659, X7 GB nömrəsi **********6930 olan mallar xx.xx.2024-cü il tarixdə 4 aylıq saxlanc müddəti ilə müvafiq gömrük proseduru altında yerləşdirilmiş, X7 GB xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlamaya göndərilmiş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlama tətbiq edilmişdir; Müvəqqəti Saxlanc GB nömrəsi **********2636, X7 GB nömrəsi **********6747 olan mallar xx.xx.2024-cü il tarixdə 4 aylıq saxlanc müddəti ilə müvafiq gömrük proseduru altında yerləşdirilmiş, X7 GB xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlamaya göndərilmiş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlama tətbiq edilmişdir. Qeyd: Mallar X7 gömrük proseduru altında yerləşdirilərkən rəsmiləşdirmə prosesi qanunvericiliyin tələblərinə müvafiq olaraq aşağıdakı sıralamaya uyğun aparılır və rəsmiləşdirmə prosesinin yekununda malların buraxılışı həyata keçirilərək mallar xarici iqtisadi fəaliyyət iştirakçısına təhvil verilir. Malların buraxılışı həyata keçirilmədən xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən mallar üzərində sərəncam vermə hüququ mümkün ola bilməz. Fiziki yoxlama üçün gömrük orqanı əməkdaşları xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin anbarına getdikləri zaman hüquqi şəxsin direktoru səhhətində problemlər yarandığını əsas gətirərək yoxlamanı başqa gün tətbiq edilməsini xahiş etmişdir. Ona görə də gömrük orqanı əməkdaşları fiziki yoxlamanı xx.xx.2024-cü il tarixdə tətbiq etmişlər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir; 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər; 160.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir; 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Ümumilikdə 6 ədəd gömrük bəyannaməsi üzrə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru və X7 gömrük proseduru altında yerləşdirilməsinə baxmayaraq, Şəxs MMC tərəfindən ümumi dəyəri 184826,57 manat təşkil edən həmin mallar gömrük qanunvericiliyinin tələbləri pozularaq istifadə edilməklə üzərində sərəncam verilmişdir. Məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İrəli sürülən dəlillər isə hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilməklə nəzərə alınmır. Bundan başqa, törədilən xəta ümumilikdə İXM-nin 491.1-ci maddəsinin təsiri altına düşdüyünə görə hüquqi şəxsə münasibətdə İXM-nin 34.3-cü maddəsinin müddəlarının tətbiqi üçün də əsas yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan 184826,57 (bir yüz səksən dörd min səkkiz yüz iyirmi altı manat əlli yeddi qəpik) manat dəyərində malların otuz faizi, yəni 55447,00 (əlli beş min dörd yüz qırx yeddi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar