Məhkəmə qərarları › İş №3(007)-4090/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4090/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4090/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3 nümayəndəsi-“LCG” vəkil bürosunun vəkili Nümayəndə, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 24 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cətəndaş X1 Əmək Müffəttişliyi Xidmətinə müraciət edərək "xxxx" MMC-də əmək hüquqlarının pozularaq əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsindən şikayət etmişdir. Şikayət əsasında X11 Xidməti tərəfindən "xxxx" MMC-yə sorğu göndərilmiş, Cəmiyyətdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, təqdimatlar, on iki aylıq iş vaxtının uçotu tabeli, ödəniş cədvəli və digər sənədlər tələb edilmişdir. Təqdim edilən sənədlər əsasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin rəisi Fərid Bağırov tərəfindən hüquqi şəxsin direktoru - vəzifəli şəxs Zaur Kərəmov barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs AR İXM-nin 192.4-cü maddəsinə əsasən, 1000 AZN məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarın əsaslandırıcı hissəsində aşağıdakı kimi qeyd olunmuşdur: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci və 164-cü maddələrinin tələbləri pozularaq vətəndaş X7 iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddətinin bir saat qısaldılmadığı (30 dekabr 2023-cü il və xx.xx.2024cü il tarixlərində) və həmin çalışdığı artıq saatlara görə ona əlavə ödənişlərin olmadığı müəyyən edilmişdir. Nəticədə son haqq-hesabı tam ödənilməmişdir”. Aşağıdakılara əsasən hesab edir ki, sözügedən inzibati tənbeh vermə haqqında qərar AR İnzibati Xətalar Məcəlləsinin 38.1; 53.0.1; 53.0.2; 53.0.6; 75.0.1; 135.1.1-ci maddələrinin təfəbiərinin pozulması şəraitində qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qərarın ləğv olunması üçün əsas ondan ibarətdir ki, əməldə inzibati xəta hadisəsi mövcud deyildir. Belə ki, səlahiyyətli orqan inzibati tənbehvermə haqqında qərar qəbul edərkən X4nun "xxxx" MMC-də cəmlənmiş uçot qaydalarına uyğun çalışdığını və bu cür iş vaxtı rejiminin xüsusiyyətlərini nəzərə almamışdır. Ümumi məlumat üçün bildirir ki, cəmlənmiş uçot iş vaxtının elə bir rejimidir ki, əməyin və işin spesifik xüsusiyyətləri nəzərə alınaraq AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş bəzi qadağa və məhdudiyyətlər bu rejimin tətbiq olunduğu iş yerlərində istisna hal olaraq nəzərə alınmır. Məsələn, cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərdə işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 saatdan və ya həftəlik 40 saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olur. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. "xxxx" MMC özəl mühafizə fəaliyyəti ilə məşğul olan təşkilat olduğu üçün fəaliyyətinin əsasında fiziki və hüquqi şəxslərə məxsus ticari obyektlərin və ərazilərin fasiləsiz (iyirmi dörd saat) mühafizəsi dayanır. Mühafizə fəaliyyətini həyata keçirmək üçün təşkilat daxilində iki növbəli iş rejimi müəyyən edilmiş və işçilərə onlarla bağlanmış əmək müqaviləsi əsasında cəmlənmiş uçot rejimi tətbiq edilməkdədir. X4 da bu işçilərdən biri olmuşdur. İşçi X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı şikayət etsə də, X11 Xidməti şikayətdə qeyd olunan məsələ üzrə əmək qanunvericiliyinin hər hansı pozuntusunu aşkarlamamış, əksinə işçinin şikayət etmədiyi və heç bir narazılığının olmadığı tam başqa bir mövzu üzrə - iş vaxtından artıq işə görə əlavə ödənişin edilmədiyi qənaətinə gələrək vəzifəli şəxs Zaur Kərəmovu inzibati xəta məsuliyyətinə cəlb etmişdir. X11 Xidməti inzibati tənbehvermə haqqında qərarında qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci və 164-cü maddələrinin tələbləri pozularaq vətəndaş X7 iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddətinin bir saat qısaldılmadığı (xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində) və həmin çalışdığı artıq saatlara görə ona əlavə ödənişlərin olmadığı müəyyən edilmişdir. Əvvəla, səlahiyyətli orqan inzibati tənbehvermə haqqında qərarında işçinin cəlb olunduğu, lakin qanunvericiliyin tələblərinə görə qısaldılmalı olan 1 saat iş saatının əmək qanunvericiliyində təsbit edilmiş hüquqi əsasını yanlış müəyyənləşdirmiş və qərarda əməyin ödənilməsi ilə bağlı yanlış hüquq normasına (AR Əmək Məcəlləsi 164-cü maddə) istinad etmişdir. Belə ki, səlahiyyətli orqan bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddətinin bir saat qısadılmalı olan saatında işçinin işləməyini iş vaxtından artıq iş kimi (AR Əmək Məcəlləsi 165-ci maddə) yox, bayram günləri və ümumxalq hüzn günü görülən iş kimi (AR Əmək Məcəlləsi 164-cü maddə) qiymətləndirmişdir. Halbuki işçi bayram günü və ümumxalq hüzn günü yox, ondan bir gün əvvəl - qısaldılmalı olan iş saatında əmək fəaliyyəti ilə məşğul olmuşdur və həmin saatda əmək fəaliyyəti ilə məşğul olmaq bayram günü və ümumxalq hüzn günü işləmək anlamına gəlmir. Belə olduğu təqdirdə aydındır ki, işçinin cəlb olunduğu, lakin qanunvericiliyin tələblərinə görə qısaldılmalı olan 1 (bir) saat iş saatı istirahət və bayram günlərində görülən iş saatı yox, iş vaxtından artıq iş kimi qiymətləndirilməlidir. Bundan başqa səlahiyyətli orqan işçi Ö.Rəsulovun cəmlənmiş uçot rejimində çalışdığını və cəmlənmiş uçot üzrə müəyyənləşdirilmiş iş vaxtı normasının aşılmadığını nəzərə almamışdır. Belə ki, iyirmi dörd saat fasiləsiz xidmət göstərən müəssisənin cəmlənmiş uçot rejiminə çalışan işçisinin iş vaxtının bir saat qısaldılması digər növbədə çalışan işçinin bir saat tez işə cəlb edilməli olmasını (bax: xidmət fasiləsiz həyata keçirilir) şərtləndirir ki, bu da yolverilməzdir. Bundan əlavə cəmlənmiş uçot dövründə iş vaxtından artıq iş uçot dövrü (aylıq, yarımillik və ya illik) üzrə müəyyənləşdirilmiş yekun iş vaxtı normasının aşılıbaşılmadığı ilə müəyyən olunur. Cəmlənmiş uçot məhz bu tip mübahisəli və çıxılmaz məqamların qanunvericiliklə nəzərdə tutulmuş qaydada obyektiv və ədalətli həlli üçün tətbiq edilməkdədir. Lakin səlahiyyətli orqan tərəfindən işçi Ö.Rəsulova dair tətbiq olunan iş vaxtı rejimi araşdırılmadan və onun cəmlənmiş uçot dövrü üzrə hər hansı iş vaxtından artıq işə cəlb olunmadığı halda vəzifəli şəxs Zaur Kərəmov tərəfindən AR Əmək Məcəlləsinin 108 və 164-cü maddələrinin tələblərinin pozulduğu qənaətinə gəlinərək o, AR İXM-nin 192.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərsun Holdinq MMC-nin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı iş vaxtının cəmlənmiş uçotu barədə məsələlərlə bağlı sorğusuna AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 mart 2020-ci ildə **********5 nömrəli məktubu ilə cavab verilmiş və cavab məktubunun 11-ci bəndində aşağıdakı kimi qeyd edilmişdir: “11-ci sual. İş vaxtının cəmlənmiş uçotu aparılarkən tətbiq edilən qeydiyyat (uçot) dövrünün iş vaxtı normasında bayramqabağı günlərdə iş vaxtının qısaldılması nəzərə alındığı üçün bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır”. Açıq-aşkar göründüyü kimi səlahiyyətli orqanın tabe olduğu AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məktubu ilə də yuxarıda qeyd etdiyi tam öz təsdiqini tapır və cəmlənmiş uçot tətbiq edilən iş yerlərində bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır. Belə olduğu təqdirdə hazırki işdə inzibati xəta hadisəsinin olmadığı bir daha təsdiqlənir. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırovun MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş X3 vəsatəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə onun mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilərək mahiyyəti üzrə baxılmaq üçün şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X18 şikayətdə qeyd olunanlarla razılaşmayıb, inzibati araşdırma zamanı vəzifəli şəxs tərəfindən törədilmiş inzibati xətanın sübuta yetirildiyini, mübahisələndirilən qərarın qanuni və əsaslı olduğunu göstərmiş, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X14 02 iyul 2020-ci il tarixdə "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur; -Əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə X14 arasında 02 iyul 2020-ci il tarixdə bağlanaraq o, MMC-yə mühafizəçi vəzifəsinə işə qəbul olunmuş, iş 2 növbəli olmaqla birinci növbənin saat 08:00-da başlanaraq saat 20:00-da qurtarması, ikinci növbənin saat 20:00-da başlanaraq saat 08:00-da qurtarması müəyyən edilmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2024-cü il tarixli **********8 nömrəli məktubunun surətindən görünür ki, iş vaxtının cəmlənmiş uçotu barədə aşağıdakı məlumatları bildirirlər: 1-ci sual. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı “İş vaxtının cəmlənmiş uçotu maddəsinin 1-ci hissəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Bu maddənin 2-ci hissəsinə əsasən iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi iiə tənzim edilir ki, bu halda bir müəssisə daxilində müxtəlif sahələr üçün müxtəlif qeydiyyat (uçot) dövrü tətbiq edilə bilər. 2-ci sual. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə əsasən hər iİ dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının norması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir və Nazirliyin saytında yerləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci “İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi” maddəsinin 1-ci hissəsinə əsasən əməyin vaxtamuzd ödənilmə sistemi ilə çalışan işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir. İş vaxtının cəmlənmiş uçotu aparıldıqda bir illik qeydiyyat (uçot) dövrünün sonunda iş vaxtından artıq vaxta görülən işə görə əmək haqqı hesablanarkən dekabr ayının deyil, ilin orta aylıq iş vaxtı saatı nəzərə alınmaqla müəyyən edilən saatlıq tarif maaşı tətbiq edilməlidir. 3-cü və 5-ci suallar. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı iş vaxtının cəmlənmiş uçotu dövrü bitmədən əmək müqaviləsinə xitam verilmiş işçinin iş vaxtından artıq vaxta görülən işə görə əmək haqqı ödənilməlidir ki, bu halda işdən azad olunan günədək iş vaxtı norması istehsalat təqvimi üzrə müəyyən edilməli, hesablamada ilin orta saatlıq tarif maaşı tətbiq edilməlidir. 4-cü sual. İş vaxtının cəmlənmiş uçotu aparıldıqda iş günü hesab edilməyən bayram günündə işləmiş işçiyə bayram gününə görə ikiqat məbləğdən aşağı olmayan əmək haqqı qeydiyyat (uçot) dövrünün sonu gözlənilmədən ödənilə bilər. 6-cı sual. İş vaxtının cəmlənmış uçotunun tətbiqi zamanı iş vaxtı normasından əmək məzuniyyəti, təhsil məzuniyyəti, ödənişsiz məzuniyyət, xəstəlik dövrü və sair üzürlü səbəbdən işlənilməyən dövrlərə təsadüf edən iş saatları çıxarılmalıdır. 7-ci sual. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirməyə və hamiləliyə və doğuma görə müavinətlər əmək məzuniyyəti üçün orta əmək haqqının hesablanmasında nəzərə alınır. 8-ci və 9-cu suallar. İşçi təsdiq olunmuş iş qrafikinə əməl etməlidir. Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işləmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyalarını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanunvericiliklə əmək haqqı və orta əmək haqqı saxlanılan hallar istisna olmaqla, işəgötürən işlənilməyən iş saatlarına görə işçiyə əmək haqqının ödənilməsində öhdəlikli deyil. 10-cu sual. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsinə əsasən əmək məzuniyyəti dövrünə təsadüf edilən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Bu halda əmək məzuniyyətinin müddəti həmin günlər qədər uzadılır və həmin günlər ödənilmir. 11-ci sual. İş vaxtının cəmlənmiş uçotu aparılarkən tətbiq edilən qeydiyyat (uçot) dövrünün iş vaxtı normasında bayramqabağı günlərdə iş vaxtının qısaldılması nəzərə alındığı üçün bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 24 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən, “Az. Resp. ƏM-nin 108-ci və 164-cü maddələrinin tələbləri pozularaq vətəndaş X8 iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddətinin bir saat qısaldılmadığı (30 dekabr 2023-cü il və 19 yanvar 2024-cü il) və həmin çalışdığı artıq saatlara görə ona əlavə ödənişlərin olmadığı müəyyən edilmişdir. Nəticədə son haqq-hesabı tam ödənilməmişdir. Bununla bağlı tərtib olunmuş 11 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə, İXM-nin 192.4-cü maddəsi ilə, 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.1.5-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 24 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qəbul edilməsinə, "xxxx" MMC-də gözətçi vəzifəsində işləyən X8 iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddətinin bir saat qısaldılmadığı (30 dekabr 2023-cü il və 19 yanvar 2024-cü il) və həmin çalışdığı artıq saatlara görə ona əlavə ödənişlərin olmadığı əsas olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 103-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir, fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir; 106-cı maddəsinə əsasən hər il yanvarın 20-si - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir; 107-ci maddəsinə əsasən bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir; 95-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir; 96-cı maddəsinin 1-ci hissəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz; 96-cı maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir; 104-cü maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Məhkəmə, məhkəmə tədqiqi zamanı işin faktiki müəyyən olunmuş halları və qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından qeyd edir ki, X14 "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyərkən onun iş rejimi 2 növbəli olmaqla birinci növbənin saat 08:00-da başlanaraq saat 20:00-da qurtarması, ikinci növbənin saat 20:00da başlanaraq saat 08:00-da qurtarması müəyyən edilmişdir, hansı ki, belə işlər cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərə aid olunur. Həmin işlərdə işləyən işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 saatdan və ya həftəlik 40 saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olurlar. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 96-cı maddəsində müəyyən edildiyi kimi, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. O baxımdan, "xxxx" MMC özəl mühafizə fəaliyyəti ilə məşğul olan təşkilat olduğu üçün fəaliyyətinin əsasında fiziki və hüquqi şəxslərə məxsus ticari obyektlərin və ərazilərin fasiləsiz (iyirmi dörd saat) mühafizəsi dayanır. Mühafizə fəaliyyətini həyata keçirmək üçün təşkilat daxilində iki növbəli iş rejimi müəyyən edilmişdir və işçilərə onlarla bağlanmış əmək müqaviləsi əsasında cəmlənmiş uçot rejimi tətbiq edilir. Xüsusən nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan, anoloji hallarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin izahedici məktubunda da qeyd edilmişdir ki, iş vaxtının cəmlənmiş uçotu aparılarkən tətbiq edilən qeydiyyat (uçot) dövrünün iş vaxtı normasında bayramqabağı günlərdə iş vaxtının qısaldılması nəzərə alındığı üçün bayramqabağı günlərdə iş vaxtı bir saat qısaldılmır. Nəzərə alınmalıdır ki, işçi X14 "xxxx" MMC-də cəmlənmiş uçot rejimində çalışmışdır və cəmlənmiş uçot üzrə müəyyənləşdirilmiş iş vaxtı norması aşılmamışdır. Bu, onunla izah olunur ki, iyirmi dörd saat fasiləsiz xidmət göstərən həmin müəssisənin cəmlənmiş uçot rejimində çalışan işçisinin iş vaxtının bir saat qısaldılması digər növbədə çalışan işçinin bir saat tez işə cəlb edilməsi ilə nətiəcələnəcək haldır. Konkret şəraitdə isə, işçi X15 iş vaxtından artıq işə cəlb olunmamışdır, ödənişlərin edilməsində yanlışlığa yol verilməmişdir, ona münasibətdə müəssisənin vəzifəli şəxsi tərəfindən qanun pozuntularına yol verilməsi, Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin mövcud olması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 24 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar