Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4098/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) manat məbləğində cərimə olunmuşdur. X2 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, həmin qərardan məlumatı olmamışdır, qərar ona çox gec verilmişdir, buna görə də qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməmişdir. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayətin verilməsi ilə bağlı müddətin buraxılmasını üzrlü sayaraq müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-4098/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilmədiyindən şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİ X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4098/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4098/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver