Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-41/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhər BPİ-nin Dövlət X3 nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin Dövlət X3 Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı H.E.Əliyev tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Şirəliyev Rəqib Cəmiyyət oğlunun verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirəliyev Rəqib Cəmiyyət oğlu Bakı şəhər BPİ-nin Dövlət X3 Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı H.E.Əliyev tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə “asanpay” elektron kabinetinə nəzər yetirərkən, orada adına və istifadəsində olan **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd edilməklə adına 200 manat məbləğində cərimə yazıldığını görmüşdür. Sistemdə 211.1 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İXP3412640 nömrəli protokola əsasən xx xxxx 2020-ci il tarixli, ******* nömrəli qərar qəbul edildiyi qeyd olunmuşdur. Protokol tərtib edilən tarixdə avtomobili atası Şirəliyev Cəmiyyət Niyət oğlu idarə etmişdir. İdarə etmək hüququ sonuncu olaraq onun adına olduğu üçün cərimə avtomatik olaraq onun adına elektron formada yazılmışdır. Həmin tarixdə də Şirəliyev Cəmiyyətin portalda icazəsi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həmin qərardan elektron formada “asanpay”-dan öz şikayətini göndərmiş, heç bir rəsmi cavab ala bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə BDYPİ-nə yaxınlaşıb 046-70674Ş-3220 nömrəli cavab məktubunu istədikdən sonra almışdır. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin Dövlət X3 nümayəndəsi X2 bildirmişdir ki, Şirəliyev Rəqib Cəmiyyət oğlunun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şirəliyev Rəqib Cəmiyyət oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin Dövlət X3 Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı H.E.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şirəliyev Rəqib Cəmiyyət oğlu xx.xx.2020-ci il tarixdə saat 15:25 radələrində idarə etdiyi “Mercedes Benz 220 CDİ” minik markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Əliyev küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən imzalanmamışdır. - Bakı şəhər BPİ-nin Dövlət X3 Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı H.E.Əliyev tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şirəliyev Rəqib Cəmiyyət oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul etmiş şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4 bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5 şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə xx.xx.2020-ci il tarixdə saat 15:25 radələrində “Mercedes Benz 220 CDİ” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şirəliyev Rəqib Cəmiyyət oğlu tərəfindən idarə edilməsini təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, həmin tarixdə “Mercedes Benz 220 CDİ” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şirəliyev Rəqib Cəmiyyət oğlu tərəfindən və yaxud atası Şirəliyev Cəmiyyət Niyət oğlu tərəfindən idarə edilməsi araşdırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən Şirəliyev Rəqib Cəmiyyət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından Şirəliyev Rəqib Cəmiyyət oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin Dövlət X3 Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı H.E.Əliyev tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ-nin Dövlət X5 göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin Dövlət X3 Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı H.E.Əliyev tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Şirəliyev Rəqib Cəmiyyət oğlunun inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ-nin Dövlət X5 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-41/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-41/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver