Məhkəmə qərarları › İş №3(007)-4105/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4105/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4105/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi ev 1, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 14 iyun 2023-cü il tarixdə saat 14:00-da idarə etdiyi “Kia Rio minik” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə şəhər istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində yerləşən 2.4 (yol ver) nişanının tələbinə əməl etməyib hərəkətini davam etdirən zaman idarə etdiyi avtomobilin ön hissəsi ilə baş yol hesab olunan R.Teymurov küçəsində hərəkətdə olan “Skoda Kodiaq minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən vuraraq toqquşmuş, nəticədə “Skoda Kodiaq” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişlər, telefon əlaqəsi zamanı zərərçəkmiş şəxslər şikayət və tələblərinin olmadığını bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 14 radələrində özünə məxsus olmaqla idarə etdiyi “Kia Rio” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Şirin Mirzəyev küçəsində üzü şəhər istiqamətinə təxminən 40 km/saat sürətlə R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində yerləşən 2.4 (yol ver) nişanına fkir vermədən düz irəli sürmüşdür. Bundan sonra avtomobilinin ön hissəsi həmin yoldan düz keçən “Skoda” markalı avtomobilin ön sağ hissəsi ilə toqquşmuşdur. O, dərhal avtomobilini saxlayaraq avtomobildə olan şəxslərə tibbi yardım göstərməyə çalışmış, sonradan tanıdığı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilmə məsələsini həll edərək onlarla barışmışdır. Qeyd etdiklərini, əməlindən səmimi peşman olduğunu, özünün ikinci qrup müharibə əlili olduğunu nəzərə almaqla, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, o, sözügedən izahatında göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 16 radələrində o, etibarnamə ilə idarə etdiyi “Skoda Kodiaq” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qızı Aytacla birlikdə öz şəxsi işlərinin dalınca getmişlər. Onun sürəti təxminən 40-50 km/saat olmuş, R.Teymurov küçəsi ilə baş yolla getmişdir. R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində onun idarə etdiyi avtomobilin ön qapısına “Kia Rio” markalı avtomobil çıxaraq toqquşmuşdur. Hadisə nəticəsində o və qızı Aytac xəsarət almışlar. O, digər avtomobili əvvəldən görməmiş, hadisə zamanı qızından və özündən başqa avtomobildə heç kim olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər zərərçəkmiş şəxs (anası) Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu izahat verdiyi müəyyən edilmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 23 iyun 2023-cü il tarixli 573 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 alnın sağ yarısının hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 23 iyun 2023-cü il tarixli 574 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 sağ dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun, dirsəyin və saidin arxa-bayır səthlərinin hematoması və sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 iyul 2023-cü il tarixli 8/1875 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Skoda Kodiaq” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, HK/1-414 saylı araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ikinci qrup müharibə əlili olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar