Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4108/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, 28-29 avqust 2025-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də aparılan planlı yanğın-texniki müayinəsi zamanı YTQ 01-2001 bənd 8.1; 8.3; 9.1; 6.7; 4.4, YTQ 03-2002 bənd 2.1; 6;, YTQ 01-2001 bənd 5.1; 6.5; 10.4; 8.4; 2.1.1; 4.8; 5.3; 6.4 tələblərinin pozularaq yanğın təhlükəsizliyi normalarının yerinə yetirilməməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqənda iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin elektron qaydada verdiyi ərizəsini nəzərə alaraq, məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş X2 Xidmətinin 3-cü ərazi X2 idarəsinin X2 şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 3-cü ərazi X2 İdarəsinin əməkdaşı tərəfindən 01 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş 4997 nömrəli aktdan görünür ki, Şəxs MMC-yə məxsus olmaqla ünvan 1 ünvanında yerləşən fabrik və binalarda 28-29 avqust 2025-ci il tarixlərdə aparılan yanğın-texniki müayinəsi zamanı aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: X1-obyektin yanğın nasos stansiyasının sazlığı yoxlanılaraq akt tərtib olunmayıb YTQ № 01-2001 bənd 8.1; -obyektin yanğın su hovuzunun ətrafı 12x12 metr ölçüdə bərk örtüklü meydanca ilə təmin olunmayıb. YTQ № 01-2001 bənd 8.3; -obyektin yanğın xəbərverici siqnalizasiya sisteminin 25 iyun 2025-ci il tarixdə servis olunması haqqında akt tərtib olunmasına baxmayaraq yanğın-texniki müayinə zamanı siqnalizasiya sisteminin nasaz olduğu müşahidə olundu. YTQ № 01-2001 bənd 9.1; -obyektdə təxliyyə çıxıs yolunu göstərən işıqlandırılmış “Çıxış” sözü yazılmış lövhələr tam quraşdırılmayıb. YTQ № 01- 2001 bənd 6.7; -obyektin çardaq hissəsində quraşdırılmış yanar taxta konstruksiyalar oda davamlı məhlulla hopturulmamısdır. YTQ № 01-2001 bənd 4.4; -obyektdə polietilen materialdan müvəqqəti otaqlar yaradılmışdır. YTQ № 03-2002 bənd 2.1.6; -obyektin zirzəmisində təxliyyə çıxış yolu rəflərlə bağlanmışdır. YTQ № 01-2001 bənd 5.1; -obyektin zirzəmisində təxliyyə çıxış yolunu göstərən işıqlandırılmış “Cıxıs” sözü yazılmış lövhələr quraşdırılmayıb. YTQ № 01-2001 bənd 6.7; -obyektin zirzəmisi yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin olunmamışdır. YTQ № 01-2001 bənd 9.1; -obyektdə müvəqqəti elektrik şəbəkələri (xətləri) qurularaq istismar edilir. YTQ № 01-2001 bənd 6.5; obyektin ikinci mərtəbəsində istehsalata aid qurğuların ətrafına istehsalata aid xammallar yığılaraq təxliyyə çıxış yollarına maneə yaradır. YTQ № 01-2001 bənd 5.1; -obyektin ikinci mərtəbəsində kustar üsulla izolyasiya olunmuş açıq sonluqlu elektrik naqili gərginlik altında saxlanılmışdır. YTQ № 01-2001 bənd 6.5; -obyektin dördüncü mərtəbəsinin yanğın xəbərverici siqnalizasiya sistemi istifadə üçün yararsız haldadır. YTQ № 01-2001 bənd 9.1; -obyektin dördüncü mərtəbəsi ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb. YTQ № 01-2001 bənd 10.4; -obyektin dördüncü mərtəbəsi daxili yanğın su kranları ilə təmin olunmayıb. YTQ № 01-2001 bənd 8.4; -obyektin dördüncü mərtəbəsində yanar taxta materialdan arakəsmə vasitəsi kimi istifadə olunmuş, lakin oda davamlı məhlulla hopturulmamışdır. YTQ № 01-2001 bənd 4.4; Anbar binasında-obyektin yanğınxəbərverici siqnalizasiya sistemi normativ tələblərə uyğun təchiz olunmamış (obyektin hündürlüyü 8-14 metr, lazer xəbərvermə sistemləri quraşdırılmayıb) və tam olaraq quraşdırılmamışdır. YTQ № 01-2001 bənd 9.1; -obyektdə metal rəflər üzərində yanar taxta materiallar istifadə olunmuş, lakin oda davamlı məhlulla hopturulmamışdır. YTQ № 01-2001 bənd 4.4; -obyektdə müvəqqəti elektrik şəbəkələri (xətləri) qurularaq istismar edilir. YTQ № 01-2001 bənd 6.5; -obyektdə yanar materiallar üzərində elektrik xətləri çəkilmişdir. YTQ № 01-2001 bənd 6.4; -obyektin ehtiyyat təxliyyə çıxış qapısı zəncirlənərək bağlanmışdır. YTQ № 01-2001 bənd 5.3; -obyektdə yanar tullantılar xususi ayrılmış yanmayan yeşiklərdən istifadə olunmadan anbarda kütləvi yığılaraq saxlanılır. YTQ № 03-2002 bənd 2.1.1; -obyektin zirzəmisinə yanar tullantı materialları yığılmışdır. YTQ № 01-2001 bənd 2.1.1; -obyektin pilləkən qəfəsinin altında texniki məqsədlər üçün otaq yaradılmışdır. YTQ № 01-2001 bənd 4.8; -obyektdə təxliyyə çıxış yolunu göstərən işıqlandırılmış “Çıxış” sözü yazılmış lövhələr tam quraşdırılmayıb. YTQ № 01-2001 bənd 6.7; -obyektin zirzəmisində magistral kabel xətlərinin yanğın təhlükəli zonalardan tranzit çəkilməsinə yol verilmişdir. YTQ № 01-2001 bənd 6.5; İdarəetmə (əsas) binasında: -obyektdə müvəqqəti elektrik şəbəkələri (xətləri) qurularaq istismar edilir. YTQ № 01-2001 bənd 6.5; -obyektin yanğınxəbərverici siqnalizasiya sistemi tam olaraq quraşdırılmamışdır. YTQ № 01-2001 bənd 9.1; -obyektdə təxliyyə çıxış yolunu göstərən işıqlandırılmış “Çıxış” sözü yazılmış lövhələr quraşdırılmayıb. YTQ № 01-2001 bənd 6.7; -obyektin üçüncü mərtəbəsində yerləşən mətbəxin tavan hissəsində asan alışan və yandıqda zəhərləyici maddə buraxan lambir tipli materialdan istifadə olunmuşdur. YTQ № 01-2001 bənd 5.3; -obyektin çardaq hissəsində quraşdırılmış yanar taxta konstruksiyalar oda davamlı məhlulla hopturulmamışdır. YTQ № 01-2001 bənd 4.4; -obyektin çardaq hissəsində elektrik naqilləri yanar materialların üzəri ilə çəkilmişdir. YTQ № 01-2001 bənd 6.4; Nəzarət buraxılış məntəqəsində: -obyektin çardaq hissəsində quraşdırılmış yanar taxta konstruksiyalar oda davamlı məhlulla hopturulmamışdır. YTQ № 01-2001 bənd 4.4; (Əsas bina ilə üz-üzə yerləşən ofis binaları) Zəki Məmmədov küçəsi 19B: -obyekt daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmamışdır. “İSH” AR Qanunu maddə 35.2; -obyekt daşınmaz əmlakın istismarı ilə bağlı mülki məhsuliyyətin icbari sığortası növündə sığortalanmamışdır. “İSH” AR Qanunu maddə 35.2; -ərazidə taxta konstruksiyalardan binalar inşa olunmuş, lakin konstruksiyalar oda davamlı məhlulla hopturulmamışdır. YTQ № 01-2001 bənd 4.4; obyektin yanğın su hovuzunun ətrafı 12x12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin olunmayıb. YTQ № 01-2001 bənd 8.3; obyektin yanğın nasos stansiyasının sazlığı yoxlanılaraq akt tərtib olunmayıb. YTQ № 01- 2001 bənd 8.1; -obyektdə elektrik naqilləri yanar materialların üzəri ilə çəkilmişdir. YTQ № 01-2001 bənd 6.4. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4108/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4108/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver