Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4124/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X7 iclas katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X10, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2262/2024 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2015-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin iddiaçı X2 mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsaitin cavabdeh Şəxs tutularaq X4 ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12141 nömrəli icra qeydinə əsasən, "xxxx" ASC-nin xeyrinə Şəxs MPZK4517393A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1098 manat 23 qəpik, ödənilmiş dövlət rüsumu 25 manat olmaqla, cəmi 1123 manat 23 qəpik (bir min bir yüz iyirmi üç manat iyirmi üç qəpik) pul tutulmalıdır. Borclu icra vərəqələrində göstərilən tələbləri üzrlü səbəblər olmadan icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırkı vaxtadək 1650 manat aliment borcu, icra qeydinə əsasən isə 1123.23 manat məbləğində borcu olmaqla, ümumilikdə 2773.23 manat borcu yığılmışdır. Beləliklə də, borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X13 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nizami rayon İcra Şöbəsinin icra məmuru X13 məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2262/2024 nömrəli icra vərəqəsinə əsasən borcludan hər ay tutulan alimentin məbləği artırılaraq 235 manat müəyyən edilmiş, həmin alimentin tutulmasının xx.xx.2024-cü ildən başlanması qət edilmişdir. Borclu aliment ödənişlərini etsə də, ödənişlərdə fasilələr olmuş, nəticədə 1650 manat aliment borcu yığılmışdır. Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-12141 nömrəli icra qeydinə əsasən isə "xxxx" ASC-yə ödənilməli olan 1123.23 manat puldan borclu ümumiyyətlə ödəniş etməmişdir. Borclu alimentlə əlaqədar hər ay 300 manat olmaqla ödəniş edir: 235 manat aliment borcu, 50 manat uşağın xəstəliyinə görə əlavə xərc və 15 manat köhnə borcundan ödəyir. 1650 manat onun əvvəldən qalan borcudur. Lakin tələbkar şikayətçidir, borcun tam ödənilməsini tələb edir. Belə ki, müxtəlif vaxtlarda tələbkar Nurlanə Bayramova icra şöbəsinə müraciət edərək uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən aliment borcunun tamamilə ödənilməsini tələb etmiş, xx.xx.2025-ci il tarixdə Şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirilərək orada izahatı alınmış, borcunu ödəməsi təklif edilsə də, borcu ödəməyə maddi imkanın olmadığı bildirmiş, borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb edilə bilməsi barədə xəbərdar edilmişdir. Lakin borclu hazırda borcundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununla da borclu üzrsüz səbəbdən icra vərəqələrini icra etməmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. X1 məhkəmə iclasında bildirmişdir ki, borclu aliment borcunu vaxtı-vaxtında ödəmir, 1650 manat aliment borcu yığılmışdır. Həmçinin 60 manat mediasiya xərcini də ödəməmişdir. Özü işsizdir, uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən aliment borcunun tamamilə ödənilməsini tələb edir. Ödənilmədiyi halda isə borcludan şikayətçidir və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında çıxış edərək bildirdi ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 235 manat müəyyən edilmiş, 50 manatın isə uşağın xəstəliyinə görə tutulması müəyyən edilmişdir. Həmin məhkəmə iclasından sonra o, 300 manat olmaqla aybaay ödəniş edir. 2024-cü ilin mart ayında onun alimentə görə 2350 manat borcu olmuş, bununla bağlı məhkəmə iclası zaman 1000 manat ödəniş etmiş, 1350 manat isə borcu qalmışdır. 300 manat isə bu ayın ödənişi olmaqla, ümumilikdə hazırda 1650 manat borcu vardır. Maddi imkanı olmadığı üçün borcunu hazırda tam şəkildə ödəyə bilmir. Ancaq ona 20 gün vaxt verilərsə, pul taparaq borcunu ödəməyə çalışacaqdır. "xxxx" ASC-yə olan borcunu isə aliment borcunu tamamilə ödəyib bağladıqdan sonra ödəyəcəkdir. Həmçinin 2024-cü ilin mart ayında olan məhkəmədən sonra keçən müddət ərzində maddi imkanı olmadığı üçün 1350 manatdan ödəniş edə bilməmiş, borcu bağlaya bilməmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclasında bildirdi ki, borclu alimenti aybaay ödəyir, alimentin ödənilməsindən yayınmır, boyun qaçırmır, bacardığı qədər ödəyir. Hazırda da maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. Bütün bunları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2262/2024 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2015-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin iddiaçı X2 mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsaitin cavabdeh Şəxs tutularaq X4 ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 40 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan 2(007)-2262/2024-007 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. İş materiallarında olan Bakı şəhəri 30 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ- 12141 nömrəli icra qeydinə əsasən, "xxxx" ASC-nin xeyrinə Şəxs MPZK4517393A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1098 manat 23 qəpik, ödənilmiş dövlət rüsumu 25 manat olmaqla, cəmi 1123 manat 23 qəpik (bir min bir yüz iyirmi üç manat iyirmi üç qəpik) pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan 8İ-12141 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində olan e291325/2024 saylı icra sənədi və e248930/2022 saylı icra sənədi ümumi icraatda birləşdirilmiş və icra tədbirləri bir icraatda davam etdirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın həmçinin aliment borcu ilə əlaqədar olduğunu, aliment məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, o cümlədən əvvəllər məhkəmənin qərarı ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq olunsa da, yenidən borcunu ödəməkdən yayındığını nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək, 10 gün (on gün) müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi 02 saat pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 22 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4124/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4124/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver