Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4128/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Şəxs MMC-nin ünvanına 95AD801/95AD802 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklərin **********4173 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, 00100-02180/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 3-33-1100/012/019838 nömrəli raportdan görünür ki, Şəxs MMCnin ünvanına 95AD801/95AD802 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********4173 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair qısa idxal bəyannaməsi təqdim edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına 95AD801/95AD802 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük xx.xx.2024-cü il tarixdə, saat 15:36-da Biləsuvar Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. - Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 15:36-da Biləsuvar Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair xx.xx.2024-cü il tarixli, **********2799 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 16:39-da elektron formada gömrük orqanına daxil olmuşdur. Məhkəmə protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC-nin ünvanına 95AD801/95AD802 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4173 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilməməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-01904/24 nömrəli inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 3(007)-3794/2024 nömrəli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Şəxs MMC-nin barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan, həmin xətaya görə təkrarən inzibati qaydada tənbeh tətbiq oluna bilməz, ona görə Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan, onun barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4128/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4128/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver