Məhkəmə qərarları › İş №3(007)-4129/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4129/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4129/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli, 00100-02213/24 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********5775 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 13206.59 manat təşkil edən 7768.58 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına 5 gün sonra, yəni 185 gün sonra köçürüldüyü ( hesablaşma tarixi:xx.xx.2024-cü il) qalıq məbləğin qalmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə etirazı onunla əsaslandırmışdır ki, Şəxs MMC ilə OOO “Kuban - Ti” şirkəti arasında bağlanmış 26/06 nömrəli, xx.xx.2019 tarixli müqaviləyə istinadən **********5775 nömrəli sorğu bəyamnaməsi üzrə ixrac edilmiş 17038.40 ABŞ dolları dəyərində malların dəyərindən 7768.58 ABŞ dolları məbləğinin 5 (beş) gün gec ödənilməsində onların hər hansı təqsirləri və aidiyyətləri yoxdur, Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, **********5775 nömrəli sorğu bəyannaməsi üzrə ixrac edilmiş 17038.40 ABŞ dolları dəyərində malların dəyərinin 9269.82 ABŞ dolları zamanında (ixrac olduqdan sonra 180 gün ərzində) yəni: xx.xx.2024-cü il tarixdə, qalıq qalan 7768.58 ABŞ dolları məbləğ isə xx.xx.2024-cü il tarixdə (5 gün gec) hesablarına köçürülmüşdür. Rusiya - Ukrayna arasında hal hazırda davam edən müharibə səbəbi ilə, dünya bankı, xarici dövlətlər və banklar, həmçinin dünyada hakim internet şəbəkələri tərəfindən Rusiya Federasiyasını iqtisadi cəhətdən çökdürmək üçün iki ildən artıqdır ki, ağır iqtisadi embarqolar tətbiq edilməkdədir. Qarşı tərəf OOO “Kuban Ti” şirkətinin onlara bildirdiyinə görə gecikməyə düşən 7768.58 ABŞ dolları vəsaiti YGB-də bildirilən vaxt dolmadan bir neçə dəfə normal qaydada köçürməyə cəhd edilsə də alınmamışdır. Məhz bu səbəblə həmin vəsaiti xx.xx.2024-cu il tarixdə Kubandan deyil də Moskva şəhərinə gedilərək orada yerləşən "Банк" МБА -МОСКВА" OOO vasitəsi ilə hesablarına köçürə bilmişlər. Qısaca Rusiya bank sistemindəki problemlər səbəbi ilə daxil olmalı vəsait hesablarına 5 (beş) gün gecikmə ilə daxil olmuşdur və göründüyü üzrə pulun gec daxil olmasında “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin heç bir təqsiri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 483cü -Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması- maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu halda xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş valyutanın xaricdən ölkəyə qaytarılmaması halı yoxdur. Sadəcə yuxarıda göstərilən səbəblərə görə 5 (gün) gec geri qaytarılma halı mövcuddur. Hazırki vəziyyətdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə aparılan icraat çərçivəsində barəsində icraat aparılan hüquqi şəxs kimi əməllərində inzibati xəta tərkibi mövcud olmadığına görə, o cümlədən, Şəxs MMC-nin təqsirli olması ilə bağlı iş materiallarında ümumiyyətlə heç bir sübut mövcud olmadığına görə, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat vermiş və Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, **********5775 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO Kuban - Ti” şirkəti ilə arasında bağlanmış 26/06 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********5775 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 17038.40 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - 3-33-1100/012/010243 nömrəli xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 7768.58 ABŞ dolları məbləğində vəsait sözügedən hesabatda öz əksini tapmamışdır. - Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO Kuban - Ti” şirkəti arasında bağlanılmış 26/06 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən **********5775 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumilikdə 17038.40 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində əldə edilmiş 7768.58 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq mallar ixrac olunduğu gündən (xx.xx.2023-cü il tarixdən) 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi, 7768.58 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına 5 (beş) gün sonra , yəni 185 gün sonra köçürüldüyü, qalıq məbləğin qalmadığı müəyyən edilmişdir. - xəbərdarlıqdan və bildirişdən görünür ki, Şəxs MMC-nin rəhbərliyinə konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair Bakı Baş Gömrük İdarəsi tərəfindən xəbərdarlıq və bildiriş göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi Şəxs MMC tərəfindən ixrac olunmuş malın müqabilində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsi üzrlü səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec baş tutmuşdur. Bu hal Şəxs MMC-nin təqsirini istisna edən əsas kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən OOO “Kuban-Ti” şirkətinə göndərilmiş malların müqabilində köçürülməli olan vəsait Azərbaycan Respublikasının müvəkkil edilmiş bankda olan hesabına köçürülmüşdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar