Məhkəmə qərarları › İş №3(007)-413/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-413/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-413/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı X1 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP ******* nömrəli və 07.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxaraq MÜƏYYƏN E T D İ: X3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP ******* nömrəli və 07.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə inzibati xəta haqqında iş üzrə bir neçə qərardan deyil, qərardan şikayət verilməsi nəzərdə tutulduğundan 31.01.2022-ci il tarixli, TP ******* nömrəli və 07.02.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrıayrılıqda şikayət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalı, X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, TP ******* nömrəli və 07.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilsin. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar