Məhkəmə qərarları › İş №3(007)-415/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-415/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-415/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin dekabr ayından “Nord Pub” restoranında administrator vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə restoranda cəmi 10- 15 nəfər müştəri olmuşdur. Həmin müştərilərə xidmət edərkən Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis bölməsinin əməkdaşları zala daxil olmuş, müştərilərlə söhbət etdikdən sonra ona və restoranın icarədarı Fərid Abdullayevə yaxınlaşıb barələrində potokol tərtib edəcəklərini bildirmişlər. Müştərilərin stol arxasında 4 nəfər oturduqlarını, COVİD pasportları olduqlarını bildirmişlər və heç bir krantin rejimini pozmadıqlarını demişlər, lakin polis əməkdaşları onlara yas mərasimini təşkil etdikləri üçün inzibati məsuliyyətə cəlb olunduqlarını bildirmişlər. Onlar heç bir yas mərasimi təşkil etmədiklərini bildirsələr də barələrində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmələrinə dair protokol tərtib etmişlər. Nəticədə, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə barəsində inzibati cərimə-inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 400 manat cərimə olunmuşdur. Hesab edir ki, barəsindəki protokol və onun əsasında qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Belə ki, şoradan məlum olmuşdur ki, restoranın üstündə yerləşən mənzildə yas mərasimi keçirmişlər, yasa gələn vətəndaşlar yasa baş çəkdikdən sonra onların restoranına gəlib çay sifariş edib içmişlər. Bu barədə heç bir xəbərləri olmamışdır. Onlar vətəndaşları müştəri kimi qəbul etmiş və xidmət göstərmişlər. Yas mərasiminə 200-300 nəfər gəlir, 10-15 nəfər yox. Lakin 25-ci polis bölməsinin sahə inspektoru Babayev Rafail onun barəsində yas mərasimini təşkil etdiyinə görə 400 manat inzibati cərimə haqqında protokol tərtib etmişdir. O, ilk dəfə inzibati xəta törətmişdir, əməlindən peşmandır, fiziki şəxs olduğu üçün barəsində tətbiq edilən cərimə cəzası tam əsassızdır, onun üçün də inzibati xətta haqqında protokol etibarsız hesab edilməli, qərar ləğv edilməli və işə xitam verilməlidir. Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis bölməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2021-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat verməklə, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin polis sahə inspektoru X4 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, xüsusi karantin rejimi qaydalarına əməl eidlməsi vəziyyətini yoxlayarkən 12 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Nord Pub” restoranında qanunsuz olaraq yas mərasimi keçirilməsini müəyyən etmişlər. Hansı ki, Nazirlər Kabinetinin qərarlarına əsasən belə hərəkət qadağan edilmişdir. İnzibati xəta yerində aşkar olunmuş, restoranın müdiri özünün yazılı izahatında qeyd olunanları etiraf etmiş, eləcə də X3 onun barəsində tərtib edilmiş protokolu imzalamış, izahatında əməlini etiraf etmişdir. Həmin şəxsin barəsində fiziki şəxs qismində protokol tərtib olunmuş, polis şöbəsinin rəisi tərəfindən protokol üzrə qərar qəbul edilmişdir. Şikayət əsassız olduğundan rədd olunmasını, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4 tərəfindən tərtib olunmuş 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Nord Pub” restoranında qanunsuz olaraq yas mərasimi keçirməklə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində protokol tərtib edilmişdir. X3 həmin protokolda “Yas məclisini keçirərkən karantin rejimi qaydalarını pozmuşam” yazaraq həmin izahatını imzası ilə təsdiq etmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 400 manat məbləğində inzibati cərimə edilmişdir; -Məhkəməyə təqdim edilmiş X1 25-ci polis şöbəsinin rəisinə verdiyi 12 dekabr 2021-ci il tarixli izahatdan görünür ki, o, ünvan 1 ünvanında yerləşən, müdiri olduğu “Nord Pub” restoranında portal qeydiyyatından keçmədən yas məclisinin keçirilməsinə icazə verdiyini, etdiyi əməlin yanlış olduğunu dərk etdiyini göstərmiş və bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarına əsasən müvafiq məhdudiyyətlər ləğv edilsə də, dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinin və keçirilməsinin qadağan olunması ilə bağlı qadağalar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, qadağa, qayda və tələblərin müddəti uzadılmışdır. İstinad edilən Qərarlarla, müəyyən edilmiş məhdudiyyətlərin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasına və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tətbiq edilmiş məhdudiyyətlərə baxmayaraq, 12 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən, X2 administrator işlədiyi “Nord Pub” restoranında qanunsuz olaraq yas mərasimi keçirilmişdir. Hansı ki, xüsusi karantin rejiminin müvafiq tələblərinin X3 tərəfindən pozulması Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X3 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl edilməyərək, belə pozuntuya yol vermişdir, onun irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. Halbuki, X3 protokolun tərtib olunması zamanı verdiyiu izahatında inzibati xətaya yol verdiyini etiraf etmişdir, eləcə də onun işlədiyi restoranın müdiri də verdiyi yazılı izahatında ünvan 1 ünvanında yerləşən, müdiri olduğu “Nord Pub” restoranında portal qeydiyyatından keçmədən yas məclisinin keçirilməsinə icazə verdiyini, etdiyi əməlin yanlış olduğunu dərk etdiyini göstərmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 12 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar