Məhkəmə qərarları › İş №3(007)-4176/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4176/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4176/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi ilə, Şəxsn barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı K.E.Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və Şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin və Şəxsn nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs tərəfindən məhkəməyə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı K.E.Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarında olan sorğuya əsasən X1 mülkiyyətində olan “VAZ 21063” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixində, saat 13:14-də idarə edən şəxs barəsində məlumatların təqdim edilməsinə dair müraciət etmişdir. Sözügedən sorğu Mərkəz tərəfindən qanunvericilikdə bunun üçün müəyyən olunmuş müddət ərzində cavablandırılmışdır. Belə ki, sorğu Mərkəzə xx.xx.2024-cü il tarixində daxil olmuş, sorğuya cavab isə xx.xx.2024-cü il tarixində göndərilmişdir. Qeyd olunması zəruridir ki, Mərkəzin hüquqi ünvanı əvvəllər ünvan 1 ünvan dəyişdirilmiş və ünvan 2, hazırda da həmin ünvanda fəaliyyət göstərir. Buna görə də Mərkəzə ünvanlanan eyni məzmunlu sorğulara cavab hüquqi ünvana uyğun olaraq Nizami rayon Polis İdarəsinə göndərilir. Müvafiq Polis İdarəsi tərəfindən həmin cavab məktublarına əsasən fiziki şəxslərin məlumatları sistemə daxil edilir, nəticədə şəxslər barəsində protokol tərtib olunur və qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) müvafiq maddəsi ilə inzibati tənbeh tətbiq olunur. Nizami rayon Polis İdarəsi tərəfindən şəxsin məlumatlarının sistemə əlavə edilməsi ilə Mərkəzin mülkiyyətində olan “VAZ 21063” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixində, saat 13:14-də idarə edən şəxs, yəni X3 barəsində İXM-nin 346.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmuş və şəxs tərəfindən müvafiq cərimə məbləği tam ödənilmişdir. Bütün bunlara baxmayaraq Polis Şöbəsi tərəfindən Mərkəz barəsində protokol tərtib olunmuşdur. Lakin həm fiziki şəxs barədə məlumatların əldə edilməsi məqsədilə Mərkəzə sorğu ünvanlanarkən, həm də Mərkəz barəsində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən nöqsanlara yol verilmiş, protokol natamam şəkildə tərtib olunaraq Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Mərkəzə göndərilmiş sorğu sorğunu hazırlayan şəxs tərəfindən imzalanmamış, daha sonra sənədlər məhkəməyə göndərilərkən sorğuya əlavə edilərək “imza” hissəsinə sorğunu tərtib etmiş şəxsin vəzifəsi və şəxsiyyəti barədə məlumat (ad, soyad və ata adı) əlavə edilmişdir (Mərkəzə göndərilmiş sorğu vərəqəsi qoşmaya əlavə edilir). Daha sonra protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs, yəni Mərkəz bu barədə məlumatlandırılmamışdır. Protokolu diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, Mərkəzin nümayəndəsinin izahatı alınmamış, ona hüquq və vəzifələrinin izah edilməsi qeyd olunsa da, hüquq və vəzifələri izah edilməmişdir. Nə də ki, izahat verməkdən imtina barədə protokolda hər hansısa qeyd aparılmamışdır. Protokolda həmçinin “protokolun surətini aldım" hissəsində Mərkəzin adı qeyd olunsa da, bu yazı əl yazısı ilə daxil edilməmiş, bu da göstərir ki, Mərkəzin nümayəndəsi protokol tərtib olunarkən iştirak etməmiş, protokolun surəti nə həmin vaxt, nə də sonra Mərkəzə göndərilməmişdir. Belə bir protokolun tərtibindən “məhkəmə bildirişi" Mərkəzə daxil olduqda xəbərdar olmuşlar. Göründüyü kimi protokol tərtib olunarkən Mərkəzin hüquqları kobud şəkildə pozulmuşdur. Mərkəzə məxsus nəqliyyat vasitələrinin qeydiyyat ünvanına dair DYP-nin sistemindəki məlumatların dəyişdirilərək həmin nəqliyyat vasitələrinin qeydiyyat ünvanı kimi Nizami rayonu, Azər Manafov küçəsi 22 ünvanının qeyd edilməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə müraciətlər olunmuşdur. X2 sorğular ünvanlanmaqda davam etdiyi üçün xx.xx.2024-cü il tarixində yenidən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə müraciət olunmuşdur. Sorğuya cavab məktubunun göndərilməsi də təsdiq edir ki, əməldə inzibati xəta tərkibi yoxdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs Publik hüquqi şəxsə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:14-də Şəxsn mülkiyyətində olan “VAZ 21063 XÜSUSİTEX” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Bərdə şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən dayanma qaydalarını pozmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs Publik hüquqi şəxsdən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin sorğuya əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xəbərnamədə sorğunun xx.xx.2024-cü il tarixdə “Şirinova” soyadlı şəxs tərəfindən qəbul edilməsi qeyd olunmuşdur. - Şəxs tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-28-15/2-2471/2024 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq “VAZ 21063 XÜSUSİTEX” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin X4 olması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən sorğu Şəxsn hüquqi ünvanına deyil, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 34 ünvanına göndərilmiş, Şəxs tərəfindən sürücü barədə sorğuda nəzərdə tutulmuş müddətdə məlumat verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxsn əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar