Məhkəmə qərarları › İş №3(007)-42/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-42/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-42/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X3 nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və onun vəkili Vəkil iştirakları ilə, 10 oktyabr 1963-cü il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X6, barəsində X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: X3 Bakı Turizm İnformasiya Mərkəsi tərəfindən tərtib edilmiş MN № ******* saylı 12 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 12.11.2020-ci il tarixdə “Joyy Hotel and Spa” otelində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası X7 tərəfindən qəbul edilmiş MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Joyy” Hoteldə aparılmış monitorinq zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı baş verdiyinə görə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, barəsində X7 tərəfindən qəbul edilmiş MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, X3 qərarında “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” dedikdə konkret olaraq hansı əməlin törədilməsində və yaxud hansı qaydanın pozulmasından söhbət getdiyini müəyyənləşdirmək olmur. “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin pozulmasına otel tərəfindən yol verilməmişdir. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci ilin yanvarın 1-dək dayandırılmışdır. Eyni zamanda, əsassız yerə inzibati məsuliyyətə vəzifəli şəxs olaraq cəlb edilmişdir. Məhkəmə iclasında X10 şikayətində göstərilən xüsusatları bir daha qeyd edərək, barəsində X7 tərəfindən qəbul edilmiş MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi X8 şikayətin əsassız olduğunu qeyd edərək izahatında göstərmişdir ki, Nazirlər Kabineti tərəfindən 08.08.2020-ci tarixdə 287 saylı qərar qəbul edilmiş və həmin qərar əsasında yoxlamalar aparılmışdır. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq, əhalinin sağlamlığı ilə əlaqədar İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış qaydada “Joyy” Hoteldə aparılmış monitorinq zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması müəyyən edildiyindən faktla bağlı inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol tərtib edilərkən qarşı tərəf iştirak etmiş və inzibati işə baxılması haqqında qarşı tərəfə bildiriş təqdim olunmuşdur. Faktla bağlı qəbul edilmiş qərar isə rəsmi qaydada göndərilmiş və N.Əzizoz tərəfindən xəbərnamə imzalanaraq qəbul edilmişdir. Bütün bunlar onu göstərir ki, şikayətin verilmə müddəti ötürülmüşdür. Məhkəmə şikayəti və inzibati tənbeh vermə haqqında qərarı iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək qeyd edir ki, inzibati iş üzrə X7 tərəfindən qəbul edilmiş MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan N.İ.Əzizov tərəfindən verilmiş şikayət rədd edilməlidir. Belə ki, 12.11.2020-ci il tarixdə “Joyy” Hoteldə aparılmış monitorinq zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı faktı istisna edən hallar məhkəmədə müəyyən edilməmişdir. Eyni zamanda, X6 verdiyi şikayət və təqdim etdiyi sənədlər əsasında da faktın təkzib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nzirli tərəfindən verilmiş, X5 X2 görünür ki, X10 04.12.2008-ci il tarixdən (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 16 noyabr 2020-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddənin sanksiyasında vəzifəli şəxslərin “üç min manatdan dörd min manatadək” məbləğdə cərimə olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə təqdim olunmuş sənədlərə əsasən, X7 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, X6 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, X6 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayət əsassızdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X6 şikayəti rədd edilsin. X7 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilmiş MN № ******* saylı 16 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar