Məhkəmə qərarları › İş №3(007)-4226/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4226/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4226/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndələri X4 və X7 iştirakları ilə, X5 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-2259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmiş və icra olunması üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunduqdan 1000 manat məbləğində cərimə tərəfimdən dövlət nəfinə ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 500 manat cərimə tənbeh növünün tətbiq olunmasına dair MN ******* nömrəli, 20 avqust 2024-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “X3” MMC-nin NÖC və avtomatika üzrə ustası X10 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, “X3” MMC-nin NÖC və avtomatika üzrə çilingəri X2 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar X10 tərəfindən əmək müqaviləsi üzrə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmiş və nəticədə X10 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X10 barəsində onun İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 500 manat cərimə tənbeh növünün tətbiq olunmasına dair MN ******* nömrəli, 20 avqust 2024-cü il tarixli qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “X3” MMC-nin NOÇ və avtomatika üzrə çilingəri X2 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar onun barəsində Nizami rayon prokurorluğunda araşdırma aparılmış, yekunda barəsində tədbir görülməsi üçün sənədlər məhkəməyə göndərilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 2259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Göründüyü kimi, “X3” MMC-nin NÖÇ və avtomatika üzrə çilingəri X2 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılmış və baş vermiş hadisədə onun tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi müəyyən olunduğundan o, İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstinad olunan maddənin dispozisiyasından da görünür ki, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün onun tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması faktı müəyyən olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə nisbətən daha ağır olan İXM-in 198.2-ci maddəsi ilə məhkəmə qərarına əsasən inzibati məsuliyyətə cəlb olunmuş eyni şəxsin yenidən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 198.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qanunvericiliyin tələbinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin əməkdaşları tərəfindən araşdırılmışdır. Yəni hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsi Xidmətə məlum olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Əməyin mühafizəsi qaydalarının pozulması ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 500 manat cərimə tənbeh növünün tətbiq olunmasına dair MN ******* nömrəli, 20 avqust 2024-cü il tarixli qərarının ləğv olunması və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X10 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X5 inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Şikayətin əsassız olduğunu və qərarın qanuni əsaslarla qəbul olunduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, “X3” MMC-nin NÖC (nəzarət ölçü cihazları) və avtomatika üzrə çilingəri X2 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar MMC-nin NÖC (nəzarət ölçü cihazları) və avtomatika üzrə ustası X10 tərəfindən əmək müqaviləsi üzrə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 3(007)- 2259/2024 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material üzrə, “X3” MMC-də nəzarət ölçü cihazları və avtomatika üzrə usta vəzifəsində işləyən X10 “İstehsalat prosesləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.002-75 DÜST-ün 1.1 bəndinin tələblərinə uyğun olaraq Heydər Əliyev adına X13 2 nömrəli sahəsinin 44 nömrəli qurğusunun “K-001” nömrəli çənində “LT-0014” nömrəli səviyyə cihazının təmir işlərinin təhlükəsiz aparılması üçün müvafiq təhlükəsizlik tədbirləri təmin etməli olduğu halda, bunları etməməsi nəticəsində həmin MMC-də çilingər işləyən X8 xx.xx.2023-cü il tarixdə Heydər Əliyev adına X14 iş vaxtı dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır, həmin əməlin törədilməsinə görə X10 Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Hazırkı halda məhkəmə hesab edir ki, X10 oğlu tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz “X3” MMC-nin NÖC (nəzarət ölçü cihazları) və avtomatika üzrə ustası X10 tərəfindən törədilmişdir. Şikayət vermiş şəxsin irəli sürdüyü dəlillərin əsası yoxdur, İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması, İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta isə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi ilə bağlı olmaqla inzibati xətanın obyektini təşkil edən hallar göstərilən qaydada olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 haqqında 500 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X10 oğlunun Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X10 oğlunun həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 20 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar