Məhkəmə qərarları › İş №3(007)-4242/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4242/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4242/2023 17.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında vəsatətə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020ci il tarixli qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. X3 Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020ci il tarixli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsi və ödədiyi 200 manat məbləğin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, hüquqlarını sonradan və tam aydın bildiyinə görə TP ******* saylı qərardan şikayətinə müəyyən vaxt gecikmə olmuşdur. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də bərpa edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 vəsatəti müdafiə edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin X3 tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə vəsatət təmin edilməməli və şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİ X1 Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar