Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4244/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında borclu Şəxs nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti icra sənədinin icrasından yayınmamışdır. Belə ki, Əmlak Məsələləri `Dövlət Xidməti tərəfindən dəfələrlə İcra Şöbəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məktub ünvanlanaraq qətnamədə qeyd olunan ******* ABŞ dollarının və 25383 İsveçrə frankı məbləğində vəsaitin “Bank of X7 end Seyvinqs Assosiyeşn” Bankına ödənilməsinə etiraz etmədiyi bildirilmişdir. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidmətinin əməlində qərəzli hərəkətlər olmamış, icra sənədinin icra olunması üçün təşəbbüs göstərilmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədindən görünür ki, İsveçrə və Cenevrə Kantonu Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən (Şəxs) ******* (bir milyon əlli üç min) ABŞ dolları borcun, 160000 (yüz altmış min) ABŞ dolları məbləğində faizin, 01 iyul 1998-ci ildən 5% həcmində faiz hesablanmaqla müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün xərclənmiş 65000 ( altmış beş min) ABŞ dollarının və 25383 (iyirmi beş min üç yüz səksən üç) İsveçrə frankı məbləğində məhkəmə xərclərinin “Bank of X7 end Seyvinqs Assosiyeşn” Bankına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə İsveçrə və Cenevrə kantonu Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası ərazisində tanınmışdır. - icraata başlamaq haqqında xx.xx.2011-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, borclu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ\05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Şəxs) tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********83 saylı məktubdan görünür ki, İsveçrə və Cenevrə kantonunun Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Şəxs) hesabından ******* (bir milyon iki yüz yetmiş səkkiz min) ABŞ dolları və 25383 (iyirmi beş min üç yüz səksən üç) İsveçrə frankı məbləğində pulun tutularaq “Bank of X7 end Seyvinqs Assosiyeşn” Bankına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə İsveçrə və Cenevrə kantonu Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası ərazisində tanınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarına əsasən ******* (bir milyon iki yüz yetmiş səkkiz min) ABŞ dolları və 25383 (iyirmi beş min üç yüz səksən üç) İsveçrə frankı məbləğində vəsaitin “Bank of X7 end Seyvinqs Assosiyeşn” Bankına ödənilməsinə Əmlak Məsələləri Dövlət Komitəsi etiraz etmir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Şəxs) tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********29 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi icra edilərək müvafiq məbləğin iddiaçıya ödənilməsinə etiraz edilməməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Xətai rayon İcra şöbəsinə xx.xx.2017-ci il tarixli **********83 nömrəli məktub göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, göstərilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilməsi məqsədəuyğundur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Şəxs) tərəfindən Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********60 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədinin icra edilərək müvafiq məbləğin iddiaçıya ödənilməsinə etiraz edilməməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Xətai rayon İcra şöbəsinə xx.xx.2017-ci il tarixli **********83 nömrəli məktub göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, göstərilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilməsi məqsədəuyğundur. - İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədinin icra olunması üçün Nizami rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. - İcra hərəkətlərinin davam etdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci tarixli icra sənədi üzrə borclu Şəxs icra sənədinin icra olunması üçün səlahiyyətləri daxilində müvafiq hərəkətlər etmiş və icra sənədinin icra olunmasına etiraz etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01-Mİ/05 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4244/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4244/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver