Məhkəmə qərarları › İş №3(007)-4248/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4248/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4248/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, X6 Azərbaycan Respublikası DİN-nin Baş X14 İdarəsinin 04 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası DİN-nin Baş X14 İdarəsinin 04 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, X8 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən, özünün iştirakı olmadan baxılması barədə ayrıca yazılı vəsatətlər vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1256/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmənin qərarının icrası ilə bağlı dəfələrlə yazılı və şifahi olaraq AR DİN Baş X14 İdarəsinə getmişdir. Bu işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Lakin orada ona heç vaxt, heç bir kömək göstərilməyib, ancaq süründürməçilik ilə üzləmişdir. Müraciətinə hər dəfə (şifahi və yazılı olaraq) heç bir qanuna sığmayan, anlaşılmayan cavablarla ona cavab məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli müraciətinə cavab məktublarında bildirilir ki, “xx.xx.2024-cü il tarixli, TP6281404 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə göndərilmişdir. Həmin qərar yenidən baxılaraq qüvvədə saxlanılmışdır.” Məhkəmə tərəfindın ləğv edilmiş qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi necə yenidən baxılaraq həmin qərarı qüvvədə saxlaya bilər?. xx.xx.2024-cü il tarixli müraciətinə cavab məktublarında bildirilir ki, “Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı təkrarən öyrənilmiş, onun tərəfindən inzibati xətaya yol verilməsi halı təsdiqləndiyindən xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş İXP ******* nömrəli protokol üzrə inzibati cərimə növündə yeni tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli müraciətinə cavab məktublarında isə məlum olur ki, İXP ******* nömrəli protokol üzrə inzibati cərimə növündə yeni tənbeh tətbiq etmə haqqında İXP ******* nömrəli qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Ona göndərilmiş müraciətinə cavab məktublarından da görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi bu işə obyektiv (düzgün) baxmayıb. X10 X4 Kodeksinin 6-cı maddəsində “Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir” göstərilmişdir. Vətəndaşların müraciətlərinə dair qanunvericiliyin 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü müddətində baxılır. O isə, cavab məktublarını dəfələrlə müraciət etdikdən sonra əldə edə bilmişdir. xx.xx.2024-cü il tarixdə, Bakı şəhərindən üzü Sumqayıt şəhərinə doğru hərəkətdə olarkən, Saray postunu keçəndən 2 və ya 3 km sonra, idarə etdiyi **-MO-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtonəqiiyyat vasitəsinin arxasınca YPX avtomobili gələrək durdurmuşdur. 1-ci tağım YPX inspektoru X7 ona yaxınlaşıb sənədlərini istəmişdir. Ondan durdurulma səbəbini soruşarkən, iddia etmişdir ki, o, guya haradasa manevr qaydasını pozmuşdur. Polis haqqında Qanunun 20-ci maddəsinin 9-cu bəndini və “Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinin 2-ci bəndinin qeydini təhlil etdikdə aydın olur ki, DYP əməkdaşının nəqliyyat vasitəsinin təqib olunmasına yalnız istisna hallarda yol verilə bilər. Qanunların bu maddələrini X3 bildirərkən, o, heç nə demədən, etdiyi qayda pozuntusunu ətraflı izah etmədən ona cərimə yazdığını və banka ödəniş edəcəyini bildirərək xidməti avtomobilinə əyləşib getmişdir. Telefonuna sms gələndə bilmişdir ki, X7 ona İXP ******* nömrəli protokol tərtib etmiş və heç dinləmədən TP ******* saylı qərar qəbul etmişdir. X10 X5 Kodeksinin 6-cı maddəsində “Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir" qeyd olunmuşdur. Göründüyü kimi X7 bütün bunlara riayət etməmişdir. Qeyd olunanlara nəzər salınsa məlum olur ki, 1-ci tağım YPX inspektoru polis baş serjantı X7 heç bir zərurət olmadan, onun idarə etdiyi nəqliyyat vasitəsini təqib etmiş, xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv olmamış, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun qanunun hansı maddəsində nəzərdə tutulduğunu ona bildirməmiş, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etməmiş, protokolun kağız daşıyıcıda surətini yerindəcə ona verməmiş və yerindəcə qərar qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsin 3(007)-1256/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi xx.xx.2024-cü il tarixdə inzibati işə guya baxaraq İXP6027984 qərar qəbul edilmişdir. Qərarda qeyd olunur ki, “araşdırma zamanı məlum olmuşdur ki, qayda pozuntusu ərazidə xidmət aparan YPX əməkdaşı 1-ci tağım YPX inspektoru polis baş serjantı X7 tərəfindən bilavasitə vizual formada aşkarlanmışdır. Nəzərə çatdirır ki, inspektor X7 həmin vaxt yol kənarında xidməti avtomobilin içində oturmuş olub. Onun yanından keçəndən sonra inspektor arxasınca gəlmiş və idarə etdiyi nəqliyyat vasitəsini durdurmuşdur. YPX əməkdaşlarının xidməti avtomobilləri hər tərəfindən kameralarla təchiz olunduğunu hamı bilir. Xidməti avtomobillər 360 dərəcə müşahidə edir və videoqeydiyyat funksiyasına malikdir. Buradan görünür ki, X7 yalan (vizual formada aşkarlayıb) danışır. Yuxarıda yazılardan da görünür ki, X7 özü (nəqliyyat vasitəsinin təqib olunmasına yalnız istisna hallarda yol verilə bilər, etdiyi qayda pozuntusunu ətraflı izah etməmiş, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun qanunun hansı maddəsində nəzərdə tutulduğunu ona bildirməmiş, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etməmiş, protokolun kağız daşıyıcıda surətini yerindəcə ona verməmiş və yerindəcə qərar qəbul etmişdir) dəfələrlə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda yazılanları nəzərə alaraq, İXP6027984 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə qərardan şikayət vermiş X6, onun iştirakı olmadan işə baxılması barədə xahişini, eyni zamanda şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən, lakin hər hansı üzrlü səbəb təqdim etmədən gəlməmiş qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş X14 İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X14 İdarəsinin 04 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sürücü X8 barəsində Baş DYP İdarəsinin səlahiyyətli şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli TP6281404 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan narazı olan X2 Rayon Məhkəməsinə şikayət ərizəsi iiə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(007)-1256/2024 saylı qərarı ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X8 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia” minik markalı **-MO-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu ərazisində hərəkətdə olarkən manevr etmə qaydasını pozması halı həmin ərazidə xidmət aparan YPX əməkdaşı tərəfindən vizual formada aşkarlanaraq dayandırılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan xətanın mövcudluğu Baş DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının Xüsusi taqımının YPX inspektoru, polis baş serjantı Anar Abbasov tərəfindən bilavasitə vizual formada aşkarlanmışdır. Beləliklə də X6 törətdiyi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmasını nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, daha əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 1256/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin Baş X14 İdarəsinin 13 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, material yenidən araşdırılması üçün həmin orqana göndərilmiş və müvafiq araşdırma aparılmışdır. X1 irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi Azərbaycan Respublikası DİNnin Baş X14 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Xüsusi taqımının YPX inspektoru Anar Abbasov tərəfindən bilavasitə vizual aşkarlanmışdır. Baxılan işə münasibətdə qanunvericiliyin tələbləri və toplanaraq tədqiq edilmiş sübutlar baxımından, X6 yol verdiyi inzibati xətanın törədilməsi və bu inzibati xətanın törədilməsində onun təqsirinin olması təsdiq və sübut edilir, bu sübutların şübhə altına alınmasına, X6 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. X6 şikayətində irəli sürdüyü dəlillər onun şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X6 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası DİN-nin Baş X14 İdarəsinin 04 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar