Məhkəmə qərarları › İş №3(007)-4279/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4279/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4279/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X1, protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 346.1 və 342.2.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilib 150 manat cərimə edilmişdir. Bu qərar qanunsuz və əsassızdır. O, qərarın surətini xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Qərar qəbul edilərkən iş üçün əhəmiyyətli olan bütün məsələlər araşdırılmamış, işin faktiki hallarına əhəmiyyət verilməmiş, onu dinləməmiş, sözləri ciddiliyə alınmamış, polisdə döyülməyi barədə izahatına məhəl qoyulmamış, ancaq polislərin izahatları və yazdıqları kağızlar əsas götürüımüş və nəticədə ədalətsiz qərar qəbul edilmişdir. İşin mahiyyəti belədir ki, 24 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Q.Qarayev prospektində ona məxsus “Reno” markalı **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə durarkən yol polis əməkdaşları ona yaxınlaşıb sənədləri tələb etmişlər. Sənədləri üstündə olmadığına görə polisə təqdim edə bilməmiş və polislər bort-kompüter vasitəsilə sənədlərini yoxlayıb qaydasında olduğunu müəyyən etmişlər. Bundan sonra polislər avtomobilinin üstünə quraşdırdığı yük yerinin qanunamüvafiq olmadığını bildirib protokol yazacağını söylədilər. O, polis əməkdaşının protokol yazmasına etiraz etməmiş və ona izah etməyə çalışmışdır ki, yük yerinin quraşdırılması üçün konkret icazənin alınmasına ehtiyac yoxdur. Bu sözləri polis əməkdaşının xoşuna gəlməmiş və onu qaydalara tebe olmamaqda təqsirləndirib post-patrula çağırmışdır. Bundan sonra onu Bakı şəhəri 24-cü poils bölməsinə apardılar. Polis bölməsində törətmədiyi əmələ görə qanunsuz təqsirləndirildiyini və barəsində saxta raportlar yazıldığını görüb buna etiraz etmiş və vəkillə təmin olunmağını xahiş etmişdir. Eyni zamanda tələb etmişdir ki, nə üçün hadisə yerində ona protokol yazılmamış və avtomaşını qanunsuz olaraq duracağa yerləşdirilmişdir. Əvəzində isə polislərin ona qarşı hiddəti daha da artmış və onu susdurmaq üçün kapitan Elnur Məmmədov onu döyüb bədən xəsarəti yetirmiş və nalayiq söyüşlərlə təhqir etmişdir. Hazırda polislər tərəfindən döyülməyi ilə əlaqədar Baş Prokurorluqda və DİN-də araşdırmalar aparılır. O, polislərə müqavimət göstərməmiş və onların tələblərini yerinə yetirmiş, lakin onlar hüquqlarını bilib tələb etdiyini görüb ona hiddətlənmiş və bunu polisə tabe olmama kimi sənədləşdirib məhkəməyə göndərmişlər. Barəsində tərtib olunmuş ******* saylı 24 iyul 2024-cıi il tarixli protokol düzgün tərtib olunmamışdır. Protokolda işin mahiyyəti və işin faktiki halları təsvir edilməmişdir. Protokol polis sıravisi Vüsal Qurbanov tərəfindən tərtib olunmuşdur. Polis sıravisinin bu protokolu tərtib etmək səlahiyyətinin olub-olmamsı araşıdırılmamışdır. Hadisə yerinə isə polis kapitani Elnur Məmmədov və serjant İbrahim Qasımov olmuşlar. Bu səbəbdən protokol heç bir sübut əhəmiyyəti daşımır. Protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Polislər avtomobilinin banı üzərinə yerləşdirdiyi yük yerinin qanunamüvafiq olmadığı və quraşdırmaya razılığın olmadığı qənaətinə gəlmişlər. O, yük yerini özü quraşdırmışdır. Mağazalarda satılan bu tipli yük yerlərini də quraşdırmaq üçün hər hansı icazə tələb edilmir. Bu səbəbdən İXM-nin 342.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağı əsassızdır. Durduğu yerdə də dayanma-durma qaydalarını pozmamışdır. Qərardan şikayət vermiş X5 məhkəmə iclasında çıxış edərək şikayətin məzmununa uyğun izahat verib qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onun barəsində olan protokol yerində deyil, o bölməyə təmin olunduqdan sonra tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun tərəfdən dayanma və durma qaydaları pozulmamış, yolayrıcına yaxın məsafədə nəqliyyat vasitəsini saxlamışdır. Həmçinin qeyd etdi ki, nəqliyyat vasitəsinin baqaj yerini açıq vəziyyətdə qoymasına səbəb nəqliyyat vasitəsinin nömrə hissəsini gizlətmək deyil, baqajdan yük boşaltması olmuşdur. Həmçinin qeyd etdi ki, nəqliyyat vasitəsinin üzərinə quraşdırdığı dəmir yük yeri kustar üsulla hazırlanmış və maşın bazarından alınmışdır. Həmin yük yerindən müxtəlif məqsədlər üçün yük daşınmalarında istifadə etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X4 çıxış edərək bildirdi ki, şikayətçiyə dayanma və durma qaydalarını pozduğuna görə polis əməkdaşı yaxınlaşmış, daha sonra nəqliyyat vasitəsinin uzərində yük yerinin əlavə olaraq quraşdırıldığı müəyyən edilmişdir. Belə ki vətəndaşa məxsus nəqliyyat vasitəsinin “Renault 12” minik markalı nəqliyyat vasitəsi olmasını nəzərə alaraq ona əlavə yük yerinin quraşdırılması normativ tələblərin pozuntusu hesab edilir. Bu səbəbdən də onun barəsində İXM-nin 342.2.2 və 346.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini, protokol və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində xx.xx.2024-cü il tarixdə saat 10:50-də dayanma qaydalarını pozduğuna və normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldığına görə, “Renault 12” markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 Azərbaycan Respublikası İXM-nin 346.1-ci və 342.2.2-ci maddələri ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, şikayətçi şikayətində qeyd edilən pozuntuların törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Qərardan şikayət vermiş X3 idarə etdiyi “Renault 12” markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində xx.xx.2024-cü il tarixdə saat 10:50-də dayanma qaydalarını pozması, həmçinin nəqliyyat vasitəsinin üzərinə kustar üsulla hazırlanmış yük yerinin quraşdırılması işdə olan qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş ifadələrlə öz təsdiqini tapmışdır. Belə ki, şəxsə aid nəqliyyat vasitəsinin minik markalı olmasını nəzərə alaraq, üzərinə qanunun tələblərini pozmaqla nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətini nəzərə almadan kustar üsulla yük yerinin quraşdırılması və yükdaşımalarda istifadə olunması normativ tələbləri pozma kimi qiymətləndirilir. Həmçinin nəqliyyat vasitəsinin dayanma və durma üçün nəzərdə tutulmayan yolayrıcına yaxın məsafədə saxlanılması İXM-nin 346.1-ci maddəsinin tərkib əlamətlərini yaratmış olur. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar