Məhkəmə qərarları › İş №3(007)-4287/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4287/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4287/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan, şikayət verən şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. X5 elektron kabinet vasitəsilə ərizə verərək onun eyni məzmunlu şikayətinə baxılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 3(007)-4223/2024 saylı iş üzrə müvafiq qərar qəbul edildiyini bildirərək, bu səbəbdən məhkəmə prosesində iştirak etməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd edilməlidir ki, X4 hazırki iş üzrə şikayət verdiyi Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi eyni şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-4223/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi və X4 barəsindəki xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materialların Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayət verdiyi qərar üzrə Məhkəmə qərarı mövcud olduğundan eyni qərar üzrə verilmiş hazırkı şikayəti geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar