Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4288/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, X3 vəkili-nümayəndəsi Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş məsləhətçisi- X5 iştirakı ilə, X3 vəkili-nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 vəkili-nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçinin vəkili və nümayəndəsi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, “X7 Məhsulları” MMC-nin direktoru Halil Tanrıverdi'nin hərəkətlərində inzibati xəta tərkibi mövcud olmadığından xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iş üzrə şəxsin əməllərində inzibati xəta tərkibi mövcud deyildir. “X7 Məhsulları” MMC X8 və X4 adlı şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. “X7 Məhsulları MMC-nin 99% pay hüququ ilə təsisçisi olduğu "xxxx" MMC (VÖEN: **********) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında - daha konkret olaraq Qubadlı rayonunda kommersiya məqsədilə kənd təsərrüfatı (çuğundur əkini) fəaliyyəti ilə məşğuldur. Qeyd olunan şirkətin yetərli kadr ehtiyatı mövcud olmadığından (şirkət yeni yarandığından cəmi 5 nəfər işçisi mövcuddur) 13 may 2024-cü il tarixində X9 (VÖEN: **********) adlı fərdi sahibkarla Podrat Müqaviləsi imzalamışdır. Podrat müqaviləsinə görə fərdi sahibkar Seymur Bünyatov özü və işçiləri vasitəsilə Qubadlı rayonu, Xanlıq kəndində özünə və işçilərinə məxsus texniki avadanlıqlarla çuğundur əkini işlərini həyata keçirməli idi. O isə bu müqavilə əsasında xidmətlərin icrasını təşkil etmək üçün bir neçə şəxs ilə subpodrat müqaviləsi bağlamış və işlərin icrasına cəlb etmişdir. Həmin şəxslərdən ikisi də inzibati xəta haqqında protokolda adları çəkilən X8 və X4 olmuşdur. "xxxx" MMC (VÖEN: **********) ilə X9 (VÖEN: **********) arasında imzalanmış 13 may 2024-cü il tarixli Podrat Müqaviləsinin 6.10 və 7.7-ci bəndinə görə İcraçının (S.Bünyatovun) ərizəsi və yazılı müraciəti əsasında onun bildirdiyi işçiləri və Subpodratçıların bu müqavilənin şərtlərinə uyğun olaraq “işğaldan azad edilmiş ərazilərə gediş və iş icazələrinin" alınmasını təmin etmək məqsədi ilə rəsmi dövlət portalına müraciət etmək "xxxx" MMC-nin öhdəliyində olmuşdur. Buna uyğun olaraq S.Bünyatovun müraciəti əsasında X8 və X2 Qubadlı rayonunun Xanlıq kəndi ərazisində xidməti vəzifələrinin icrası üçün "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemində icazə alınması zəruriyyəti yaranmışdır, müqavilə üzrə bu icazə üçün müvafiq quruma "xxxx" MMC müraciət edib icazə almalı olduğu halda müvafiq işlər onun təsisçisi olaraq "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Buna görə də iş icazəsində iş icazəsini alan hüquqi şəxs kimi "xxxx" MMC-nin yox, "xxxx" MMC-nin adı və VÖEN-i qeyd edilmişdir. Yuxarıda qeyd olunanların təsdiqi kimi Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş X10 Reyestrindən Çıxarış, "xxxx" MMC ilə Seymur Bünyatov arasında imzalanmış xidmət müqaviləsi, Seymur Bünyatov ilə X8 və X4 arasında imzalanmış müvafiq subpodrat müqavilələri sübut qismində hazırki etiraza əlavə edilmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən inzibati xəta haqqında protokolda adları çəkilən X8 və X4 ümumiyyətlə hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Onları işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxs subpodrat müqaviləsi əsasında fərdi sahibkar X9 (VÖEN: **********) olmuşdur. Nə "xxxx" MMC, nə də barəsində icraat aparılan "xxxx" MMC X8 və X4 adlı şəxsləri ümumiyyətlə tanımır. Diqqətəlayiq digər məqam ondan ibarətdir ki, şəxslər üçün icazə alınması halı mövcuddursa belə, o zaman bu hal belə hüquqi şəxsin AR İXM 192.1-ci maddəsi ilə inzibati xəta qaydasında məsuliyyətə cəlb olunması üçün yetərli deyildir. Belə ki, şəxs AR İXM 192.1-ci maddəsi ilə yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə görə məsuliyyətə cəlb olunur. Lakin “X7 Məhsulları” MMC tərəfindən X8 və X4 adlı şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. X6 tərəfindən bu hissədə də hər hansı araşdırma aparılmamış, qeyd olunan şəxslərin hüquqi şəxsə məxsus hansı iş yerində, hansı vəzifə üzrə hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən olunmamışdır, iş materiallarında da şəxslərin işə cəlb edilməsi ilə bağlı hər hansı yazılı sənəd, sübut və ya bir dəlil mövcud deyildir. Halbuki həmin şəxslər əgər AKTM MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlərsə, ən azı X6 Xidməti və ya işğaldan azad olunmuş ərazilərdə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxslərin və ya onların iş yoldaşlarının yazılı izahatı alınmalı, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmalı və digər müvafiq sübutlar toplanmalı idi. Sadəcə şəxslərin yazılı izahatı alınacağı təqdirdə məlum olacaqdı ki, həmin şəxsləri iş və xidmətlərin icrasına cəlb edən AKTM MMC yox, Seymur Bünyatov olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icazə alınmış işçi ilə əmək müqaviləsi bağlamamağa görə hər hansı inzibati xəta məsuliyyəti nəzərdə tutulmamışdır. X11 Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Daxili İşlər Nazirliyi və X6 tərəfindən araşdırma aparılarkən AKTM MMC-nin həmin işçiləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi ümumiyyətlə araşdırılmamış və araşdırma predmeti olmamışdır, bu da o deməkdir ki, bu gün hüquqi şəxs AKTM MMC sırf iki nəfər şəxs üçün rəsmi giriş icazəsi aldığına və icazə aldığı işçilərlə əmək müqaviləsi bağlamadığına görə məsuliyyətə cəlb olunur. Bu isə yolverilməzdir, çünki nə AR İnzibati Xətalar Məcəlləsində, nə də digər normativ hüquqi aktlarda icazə aldığı işçiylə əmək müqaviləsi bağlamamağa görə hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Əgər belə bir əməl qadağan olunmuş əməldirsə, o zaman X6 tərəfindən inzibati xəta haqqında protokol AR İXM 192.1 ilə yox, digər mövcud maddə ilə tərtib edilməli idi. Lakin belə bir maddə mövcud olmadığına görə, əməl də qadağan olunan əməl hesab olunmur. Hüquqi şəxs icazə aldığı işçi ilə mütləq əmək müqaviləsi bağlamaq məcburiyyətində deyildir. Məsələn, hüquqi şəxs Azərbaycan Respublikasına gələn əcnəbi bir şəxslə əmək müqaviləsi danışıqlarına girə və əmək şərtlərini razılaşdıra, daha sonra ona rəsmi iş icazəsi alınması üçün AR Dövlət Miqrasiya Xidmətinə müraciət edib iş icazəsi ala bilər. Lakin elə ola bilər ki, əcnəbiyə iş icazəsi alındıqdan sonra onunla müəyyən səbəblərdən (məsələn, işçinin və ya işəgötürənin fikrinin dəyişməsi, əcnəbinin öz ölkəsinə geri dönməsi və s.) müqavilə bağlamaqdan imtina oluna bilər. Bu halda AR Dövlət Miqrasiya Xidməti hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmir, çünki inzibati xətalar qanunvericiliyində bu cür situasiya inzibati xəta kimi qiymətləndirilmir. Protokol o zaman tərtib olunur ki, hüquqi şəxs iş icazəsi almamışdan əvvəl və ya iş icazəsi almadan əcnəbi şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edir. Eynilə hazırki işdə də hüquqi şəxs AKTM MMC işğaldan azad olunmuş ərazilərə giriş icazəsi alınmış işçi ilə əmək müqaviləsi bağlamamağa görə inzibati məsuliyyətə cəlb olunur, halbuki inzibati xətalar qanunvericiliyi ilə bu əməl qadağan olunan və inzibati xəta hesab edilən əməl deyildir. Bundan əlavə eyni faktla bağlı hüquqi şəxs barəsində başladılmış icraat üzrə materiallar natamam olduğundan Nizami Rayon Məhkəməsinin 3(007)3484/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyətli orqana geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, protokolun tərtib edilməsinə əsas olmuş işçilərin işğaldan azad olunmuş ərazilərdə işə cəlb olunub-olunmaması məsələsi protokol tərtib etmiş orqan tərəfindən araşdırılmamış, həmin şəxslərin izahatı alınmamış və bununla bağlı hər hansısa sübut iş materiallarına əlavə edilməmişdir, iş materiallarına yalnız həmin şəxslərin işğaldan azad olunmuş əraziyə giriş-çıxışına dair icazə əlavə edilməklə məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadı sübut qismində şikayətə əlavə edilir. Həmin qərardaddan şikayət verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin gedişatı ərzində əmək müqaviləsi bağlanılmadığı iddia edilən fiziki şəxslər X8 və X2 yazılı izahatı alınmışdır. E.Əhmədli və X.Hüseynli izahatlarında onlara AKTM MMC tərəfindən hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmədikləri, iş təklifinin xidmət müqaviləsi əsasında S.Bünyatov tərəfindən irəli sürüldüyü və qəbul edildiyi bildirilmişdir. Hazırki mübahisələndirilən inzibati tənbehvermə haqqında qərar da eyni faktla bağlı (X8 və X4 ilə əmək müqaviləsi bağlamadan onların işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı) olduğundan hüquqi şəxs barəsində aparılan icraatın nəticəsi barədə məhkəmə qərarı hazırki işdə də sübut qismində nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən X7 Məhsulları MMC-nin direktoru Halil Tanrıverdi barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin öz çıxışında bildirdi ki, hüquqi şəxs “X7 Məhsulları” MMC barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında protokol və materiallar natamam olduğundan məhkəmə qərarı ilə yenidən araşdırılması üçün geri qaytarılmışdır. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş məsləhətçisi – X13 məhkəmə iclasında çıxış edərək bildirdi ki, X8 və X4 əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuşlar. Qeyd olunan halları, nəzərə alaraq şikayətin təmin edilməməsini və X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, eyni iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən “X7 Məhsulları” MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati material toplanılaraq baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun tərtib edilməsinə əsas olmuş işçilərin işğaldan azad olunmuş ərazilərdə işə cəlb olunub-olunmaması məsələsi protokol tərtib etmiş orqan tərəfindən araşdırılmamış, həmin şəxslərin izahatı alınmamış və bununla bağlı hər hansısa sübut iş materiallarına əlavə edilməmişdir. İş materiallarına yalnız həmin şəxslərin işğaldan azad olunmuş əraziyə giriş-çıxışına dair icazə əlavə edilməklə məhkəməyə göndərilmişdir. Nizami rayon məhkəməsinin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X7 Məhsulları” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılmışdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, qərar ləğv edilərək yenidən araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Tanrıverdi Halil barəsində İXM-in 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4288/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4288/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver