Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4298/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, 8ci KM qəsəbəsində yerləşən “Elux” restoranında keçirilən toy məclisində sərxoş vəziyyətdə səs-küy salaraq ictimai asayişi pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X7 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə “Elux” restoranında keçirilən toy məclisində o da iştirak etmiş, toyda onların oturduğu masada qarışıqlıq olmuş, mübahisə olunan ağ köynəkli oğlanı tanımır, mübahisənin nədən yarandığını isə bilmir. Lakin ola bilər ki, səsi ucadan çıxmışdır. Sərxoş olduğu üçün olanları xatırlamır, ancaq söyüş söyüb ictimai asayişi pozmuş və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdirsə, bu əməlindən çox peşmandır. Polis əməkdaşlarından üzr istəyir. Bütün bunları nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs əməlindən peşmandır, əvvəllər məsuliyyətə cəlb olunmamışdır. Bütün bunları nəzərə alaraq, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Şəxs toyda tanımışdır. Belə ki, toy məclisində mübahisə yaranmış, toy sahibi buna əsəbləşmiş, o, toy sahibini yuxarı aparmış, qayıtdıqda isə mübahisə edənləri sakitləşdirmiş, o, heç kimə heçnə etməmiş, tabesizlik nümayiş etdirməmişdir.Adını sonradan bildiyi Şəxs nə etməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis sahə rəisi X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, “Elux” şadlıq sarayında dava olması ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə digər polis əməkdaşları ilə birlikdə getmiş, orada bir neçə nəfər şəxsin dava-dalaş etdiklərini, söyüş söyərək bir-birlərini təhqir etdiklərini görmüş, onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymamış, öz əməllərinə davam etmişlər. Həmin şəxslər sərxoş olmuş və onları sakitləşdirə bilməmişlər. Yaranmış mübahisədə iştirak edən şəxslərdən biri də sonradan adını bildiyi Şəxs olmuş, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək tabesizlik nümayiş etdirmiş, həmin şəxsləri sakitləşdirmək üçün əlavə kömək dəvət olunmuş, kömək gəldikdən sonra da həmin şəxslər sakitləşməmiş, Şəxs çətinliklə xidməti avtomobilə əyləşdirilsə də, orada da öz əməllərinə davam etmiş, xidməti avtomobilin içətisini yararsız hala salmışdır. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, gecə saatlarında “Elux” şadlıq sarayında dava-dalaş yaranması ilə bağlı məlumat əsasında hadisə yerinə getmiş, şadlıq sarayının qarşısında dava-dalaş yarandığının, bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozduğunun, bir-birlərinə qarşı nalayiq ifadələrin işlətdiklərinin şahidi olmuşlar. Həmin şəxslərdən biri də sonradan adını bildiyi Şəxs olmuşdur. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, xidməti avtomobilə əyləşməyi tələb etmiş, lakin şəxs tabesizlik etmiş, öz əməllərinə davam etmişdir. Əlavə kömək üçün ƏÇPA-nin əməkdaşları hadisə yerinə gəlmiş, yalnız onların köməyi ilə şəxsi xidməti avtomobilə əyləşdirmək mümkün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X18 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı X1 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmətdə olarkən “Kəmərli-2” radiostansiyası vasitəsilə həmin küçədə yerləşən “Elux” şadlıq sarayında dava-dalaş olması ilə bağlı daxil olmuş məlumata əsasən hadisə yerinə getmiş, orada səs-küy salaraq ictimai asayişi pozan, dava-dalaş edən, birbirlərinin ünvanlarına nalayiq ifadələr işlədən şəxsləri görmüş, həmin vaxt 24-cü PŞ-nin əməkdaşları da orada olmuş, lakin buna baxmayaraq həmin şəxsləri sakitləşdirə bilməmişlər, bu səbəbdən özləri də əlavə kömək dəvət etməli olmuşlar. Kömək gəldikdən sonra çətinliklə də olsa, həmin şəxsləri xidməti avtomobilə əyləşdirilərək 24-cü polis şöbəsinə təmin etmişlər. Əsas dava-dalaş salan və tabesizlik göstərən bölməyə təmin olunan 3 nəfər şəxs idi. Həmin şəxslərdən biri də Şəxs idi. Bölmədə olarkən də Şəxs öz əməllərinə davam etmiş, onun və digər şəxsin sərxoşluğunun yoxlanılması üçün həmin şəxsi tibbi müayinəyə aparmaq istədikdə də avtomobildə öz əməllərinə davam etmiş, xidməti avtomobilin içəri arxa hissəsini tam yararsız vəziyyətə salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X18 Alayının Patrul bölüyünün polis nəfəri, polis baş serjantı X13 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmətdə olarkən “Kəmərli-2” radiostansiyası vasitəsilə həmin küçədə yerləşən “Elux” şadlıq sarayında dava-dalaş olması ilə bağlı daxil olmuş məlumata əsasən hadisə yerinə getmiş, orada səs-küy salaraq ictimai asayişi pozan, dava-dalaş edən, bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlədən şəxsləri görmüş, onları polis şöbəsinə təmin etmək istədikdə həmin şəxslər onların qanuni göstərişlərinə tabe olmayaraq polisin qanuni tələblərini yerinə yetirməmişlər. Həmin şəxslərdən biri də sonradan adını bildiyi Şəxs olmuş, polis əməkdaşlarına qarşı təhqiredici ifadələr işlətmiş, polisə qarşı tabesizlik nümayiş etdirmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportla və digər sübutlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 02:20-də tutulmuşdur. İş materiallarındakı xx.xx.2025-ci il tarixli, 2/51880 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə protokoluna əsasən Şəxs orta alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, X11 iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın sərxoş halda törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən, saat 02:20dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X10 22 (iyirmi iki) manat (2x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4298/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4298/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver