Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4302/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2, Tələbkar X7nın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-1426/2023 saylı icra sənədinə əsasən, Şəxs 6500 manat və ödənilmiş dövlət rüsumuna görə 86 manat məbləğində pul alınaraq tələbkar X5 ödənilməlidir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(018)-894/2024 nömrəli qərarı ilə Şəxs sözügedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsində göstərilən tələbi yenə də icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək onun tələbkara 6086 manat borcu qalmış, həmçinin Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş 500 manat cərimə ödənilməmiş qalmışdır. Beləliklə də, borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, icra işi Astara rayon İcra Şöbəsinin icraatında olmuş, orada borclu icra sənədinin icrasında qərəzli olaraq boyun qaçırdığı, ödənişlər etmədiyi üçün Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(018)-894/2024 nömrəli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Daha sonra Şəxs borcundan 500 manat ödəniş etmiş, həmçinin tələbkarla aybaay 500 manat olmaqla ödəniş etmək barədə razılığa gəlmiş, lakin buna baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Borclu icra sənədi üzrə tələbi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Hazırda tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borcluya məxsus bank hesablarında vəsaiti, daşınar və ya daşınmaz əmlakı, yəni borclunun tutmanın yönəldilə biləcək əmlakı, əmək haqqısı aşkar edilməmişdir. Həmçinin borclu icra məmurunun çağırışlarına gəlmir, bu səbəbdən onun barəsində axtarış elan olunmuşdur. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 borcun tam şəkildə ödənilməsini tələb etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməmiş, hazırda da ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında müdafiəçi X9 izahatında bildirdi ki, hazırda borcunu ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)- 1426/2023 saylı icra sənədinə əsasən, Şəxs 6500 manat və ödənilmiş dövlət rüsumuna görə 86 manat məbləğində pul alınaraq tələbkar X5 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə Astara rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Kamran Əmənov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs müvafiq icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunmuş, bildiriş borclu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(018)- 894/2024 nömrəli qərarı ilə Şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-1426/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı” haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki iş üzrə inzibati xəta törətmiş şəxs Şəxs himayəsində on dörd yaşınadək uşağı olduğundan onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 22 (iyirmi iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4302/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4302/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver