Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4305/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs İsa qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)- 113/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən yığılmış 4000 manat aliment borcunun ödənilməsi tam təmin edilənədək, borclunun aldığı əmək haqqından 70% miqdarında tutulmaların aparılmasını təmin etmək məqsədilə qeyd olunan icra sənədi 24 may 2024-cü il tarixli məktubla P.Ələkbərovun iş yeri olan Şəxs MMC-yə göndərilmişdir. Sonrakı müddət ərzində Şəxs MMC tərəfindən borclu Pərvin Ələkbərovun aldığı əmək haqqından tutulmaların aparılması ilə bağlı Bakı şəhəri Nizami rayon İcra şöbəsinə heç bir məlumat daxil olmamışdır. Halhazırda ödənilməmiş 3140 manat aliment borcu vardır. Ödənişlər gecikdiyi üçün tələbkar şikayət vermişdir. XƏZRİ TN” MMC-nin barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, borclu X3 Şəxs MMC-də işləmiş və təxminən 758 manat əmək haqqı almışdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin aliment borcunun P.Ələkbərovun əmək haqqından tutularaq tələbkarın hesabına köçürülməsi barədə tələbindən sonra iyun, iyul, avqust aylarında 500 manat, 400 manat, 300 manat, 304 manat, 128 manat tələbkarın hesabına ödənilmişdir. X3 şirkətdən 2000 manat avans götürmüşdür. MMC tərəfindən onun əmək haqqından həmin məbləğ də tutulmuşdur. X3 23 avqust 2024-cü il tarixdən işdən azad olunmuşdur. Bu barədə müvafiq əmr icra məmuruna təqdim edilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs İsa qızı izahat verərək bildirmişdir ki, borclu aliment borcunu ödəmir. Apellyasiya Məhkəməsində işə baxılarkən alimentə görə hər ay 630 manat ödəcəyinə söz versə də tam şəkildə ödəniş etməmişdir. Şəxs MMC tərəfindən nümayəndənin qeyd etdiyi məbləğdə pul hesabına köçürülmüşdür. X1 işdən azad olunması barədə məlumatı olmamışdır. Hazırda Şəxs MMC-yə qarşı şikayəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC tərəfindən borclunun işlədiyi müddət ərzində aliment borcu əmək haqqından tutularaq tələbkarın hesabına köçürülmüşdür. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4305/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4305/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver