Məhkəmə qərarları › İş №3(007)-4307/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4307/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4307/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 21 avqust 2024-cü il tarixli, № 00100-02238/24 saylı (EP № 0155817) inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X1 ilə X4 ünvanına İran İslam Respublikasından 42CG068/42ZA618 nömrəli nəqliyyat vasitəsində idxal edilmiş və **********3534 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yüklərə gömrük yoxlaması keçirilən zaman **********3534 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilməmiş 1 yerin içində 2 qutu “Glucophage 500 mg” (hər birində 100 həb), 5 qutu “Zipmet 50/500” (hər birində 30 həb), 1 qutu “Castorex Barji 660 mg” (60 kapsul), 4 qutu “Barji Prosta” (hər birində 60 kapsul), 1 qutu “Glibotex 5” (100 həb), 1 qutu “Concor 5 mg” (üzərində 30 həb qeyd olunsa da içində 79 həb), 1 qutu “Gloripa” (üzərində 30 həb qeyd olunsa da içində 60 həb), 1 qutu “Plavix 75 mg” (üzərində 28 həb qeyd olunsa da içində 84 həb) dərman vasitəsi aşkar edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş raport, gömrük bəyannaməsi, nəqliyyat vasitəsinə baxış keçirilməsi protokolu və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2247-9/3156 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 qutuda 5 konvalyutda 50 həb, cəmi 2 qutu (100 həb) “Glucophage 500 mg”, 1 qutuda 1 flakonda 30 həb olmaqla 5 qutu 150 həb “Zipmet 50/500”, 1 flakonda 60 kapsul “Castorex Barij 660 mg”, 1 flakonda 60 kapsul olmaqla 4 flakon 240 kapsul “Barij Prosta”, 1 qutuda 5 konvalyuta 100 həb “Glibotex 5”, 1 konvalyutda 10 həb olmaqla 7 konvalyut 79 həb “Concor 5 mg”, 1 konvalyutda 10 həb olmaqla 6 konvalyutda 60 həb “Gloripa”, 1 kon 28 həb olmaqla cəmi 6 konvalyut 84 həbs “Plavix 75 mf” dərman vasitələrinin tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, icracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursların siyahıları”na və xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarı siyahısı”na və “zəhərli maddələrin siyahıları”na daxil olan maddələr yoxdur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla X2 həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan “dərman vasitələri” müsadirə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 2 qutu “Glucophage 500 mg” (hər birində 100 həb), 5 qutu “Zipmet 50/500” (hər birində 30 həb), 1 qutu “Castorex Barji 660 mg” (60 kapsul), 4 qutu “Barji Prosta” (hər birində 60 kapsul), 1 qutu “Glibotex 5” (100 həb), 1 qutu “Concor 5 mg” (üzərində 30 həb qeyd olunsa da içində 79 həb), 1 qutu “Gloripa” (üzərində 30 həb qeyd olunsa da içində 60 həb), 1 qutut “Plavix 75 mg” (üzərində 28 həb qeyd olunsa da içində 84 həb) dərman vasitələri müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar