Məhkəmə qərarları › İş №3(007)-4308/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4308/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4308/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, qərardan şikayət verən şəxs X4, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X11 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “X7 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı NQÇS-nin quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçısı X3 xx.xx.2024-cü il tarixində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsi rəhbər tutularaq, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Həmin qərar ləğv olunmalıdır. Belə ki, “X7 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialının quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçısı X5 xx.xx.2024-cü il tarixdə, saat 08:00-da Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Əmrulla Əliyev küçəsində yerləşən müəssisənin 4 saylı Quyuların əsaslı və yeraltı təmir sexinə işə gəlmiş və soyunub-geyinmə otağında iş paltarını geyindikdən sonra onun tərəfindən həmin gün olan işlərin xüsusiyyətinə uyğun olaraq ona, müəssisənin quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi X9 və müəssisənin 6-cı dərəcəli qaldırıcı maşinisti X6 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair iş öncəsi təlimat keçirildikdən sonra onlar imzaları ilə həmin təlimatın keçirildiyini təsdiq etmiş və işə başlamışlar. Verdiyi tapşırığa əsasən Y.Heybətov briqada yoldaşları (R.Abidov, M.Cəbrayılov) ilə birlikdə - müəssisənin 31202 nömrəli quyusunda gündəlik görüləcək təmir-bərpa işlərini icra etməli idilər, bununla əlaqədar onlar həmin quyuya yollanmış və daha sonra işə hazırlıq prosesini icra etməyə başlamışlar, əvvəlcə yükqaldırıcı traktorla işləyən M.Cəbrayılovdan quyunun mancanaq dəzgahının balansir başlığını geriyə doğru əyilməsi üçün yükqaldırıcının köməyindən istifadə etmiş, balansir başlığını uc tərəfinin alt hissəsinə qarmağı keçirmiş (yerdə) və balansir başlığı qaldırılaraq geriyə doğru mancanaq dəzgahının üst hissəsinə atılmış, bundan sonra qarmaq həmin balansir başlığına ilişdiyindən qarmağı balansir başlığından ayırmaq qərarına gəlmişdir, bununla əlaqədar mancanaq dəzgahına bitişik vəziyyətdə olan pilləkənlə dəzgahın üstünə çıxmış, kəməri xüsusi yerə bağlamış və qarmağı balansir başlığından ayırıb aşağı düşən zaman pilləkənin üst hissəsində olarkən balansir başlığının üzərində olan dəmir kanatın uc hissəsindəki kütlənin ona tərəf sürüşərək sol dizinin üst hissəsini zədələmişdir. Qeyd olunan bədbəxt hadisə ilə bağlı təhqiqat aparan inzibati orqan hesab etmişdir ki, o, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərindən kənar çıxmaqla inzibati xəta törətmişdir. O, Y.Heybətovu müvafiq qaydada təlimatlandırmış və 31202 saylı quyuda iş planına uyğun işlər görməsini tapşırmışdır. Özü isə 3 maşında usta çatmadığı üçün həmin maşınlarda təlimat keçməyə getmiş, sonradan 31202 saylı quyuya qayıdanda hadisənin baş verdiyindən xəbər tutmuşdur. Y.Heybətov verdiyi izahatda da qeyd edir ki, o, əvvəlcə yükqaldırıcı traktorla işləyən M.Cəbrayılovdan quyunun mancanaq dəzgahının balansir başlığını geriyə doğru əyilməsi üçün yükqaldırıcının köməyindən istifadə etmiş, balansir başlığını uc tərəfinin alt hissəsinə qarmağı keçirmiş (yerdə) və balansir başlığı qaldırılaraq geriyə doğru mancanaq dəzgahının üst hissəsinə atılmış, bundan sonra qarmaq həmin balansir başlığına ilişdiyindən qarmağı balansir başlığından ayırmaq qərarına gəlmişdir, bununla əlaqədar mancanaq dəzgahına bitişik vəziyyətdə olan pilləkənlə dəzgahın üstünə çıxmış, kəməri xüsusi yerə bağlamış və qarmağı balansir başlığından ayırıb aşağı düşən zaman pilləkənin üst hissəsində olarkən balansir başlığının üzərində olan dəmir kanatın uc hissəsindəki kütlənin ona tərəf sürüşərək sol dizinin üst hissəsini zədələmişdir. Prosesin gedişinə nəzər salınsa görünər ki, aparılan prosesin düzgün nəticələnməsi Y.Heybətovdan asılı olub, yəni işin bədbəxt hadisə ilə nəticələnməsinin səbəbi işçinin özbaşına ilişən qarmağı ayırması olmuşdur. İşçini əvvəlcədən görəcəyi işlərlə bağlı təlimatlandırmağına baxmayaraq, o, işə özbaşına davam etmişdir. Bunlardan əlavə o, ailənin yeganə qazanc gətirən şəxsidir və himayəsində bir övladı, həmçinin vərəm xəstəsi olan həyat yoldaşı vardır. Heç bir təqsirinin olmamasına rəğmən onun maddədə qeyd edilən cərimə məbləğinin ən yüksək həddində cərimələnməyi, ailənin maddi vəziyyətini olduqca ağırlaşdırır. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, “X7 LTD” Şirkətində 15 ildir ki, fəaliyyət göstərir və onun işlədiyi müddətdə belə bir hadisə baş verməmişdir. Baş vermiş hadisə nəticəsində törətdiyi əməlin xarakterini və məsuliyyətini dərk edir, etiraf edir və məhkəmədən xahişi onun barəsində tətbiq edilmiş cərimə növündə tənbeh tədbirinin aşağı həddə salınmasıdır. Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X16 çıxış edərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “X7 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı NQÇS-nin quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçısı X3 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar X8 tərəfindən əməyin mühafizəsi üzrə standartların və qaydaların tələblərinə əməl edilmədiyi üçün X8 İXM-nin 198.1.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə izahatları dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə baxılarkən İXM-nin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar çıxarıla bilər. Həmçinin İXM-nin 135.1.5-ci maddəsinin tələbinə əsasən tətbiq edilmiş tənbeh İXM-nin 31-34-cü maddəsinə uyğun olmadan tətbiq edildikdə qərarın dəyişdirilməsi üçün əsaslar yaranır. Hazırki iş üzrə X8 barəsində inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilərkən onun barəsində məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan maddənin sanksiyasında nəzərdə tutulmuş yüksək həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxin aylıq əmək haqqısının 1200 manat olmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onun barəsində tətbiq edilmiş 1000 manat məbləğində cərimə növündə tənbeh tədbiri X4 maddi vəziyyətini ağırlaşdıra bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Lakin sözügedən qərar dəyişdirilməli, X8 İXM-nin 198.1.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin, X8 İXM-nin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar