Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4324/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri İnzibati-İqtisad Məhkəməsinin 768/1-232 saylı xx.xx.2007-ci il tarixli icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Nizami rayon İcra şöbəsinin icra məmuru X3 çıxış edərək bildirdi ki, Bakı İnzibati İqtisad məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi icra olunmamış, bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, hazırkı iş üzrə indiyə kimi icra olunmamış məhkəmə qətnaməsinin icrası ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Həmçinin qeyd etdi ki, tələbkar bu işlə bağlı hər hansısa tələb irəli sürməmiş, Nizami rayon İcra Şöbəsinə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 çıxış edərək bildirdi ki, qeyd olunan əmlak xüsusi mülkiyyətdə olduğundan onun icrası mümkün olmamışdır. Həmçinin qeyd etdi ki, tələbkar tərəf inzibati orqana müraciət etmədiyindən və hal-hazırda hər hansısa tələbinin mövcud olub-olmamasını belə müəyyən etmək mümkün olmadığından onunla razılaşmaya nail olunmamışdır. Qeyd olunan halların araşdırılması məqsədilə protokolun və ona əlavə edilmiş sənədlərin Nizami rayon İcra Şöbəsinə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol formal və icrasının mümkün olması halları kifayət qədər araşdırılmadan tərtib olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli icra sənədindən görünür ki, “Azneft” İB-nin xx.xx.1991-ci il tarixli 305 saylı Əmri ilə "xxxx"kiçik müəssisəsinə əvəzsiz olaraq əlavə edilmiş akta əsasən verilmiş əmlaklara "xxxx"kiçik müəssisəsinin mülkiyyət hüququnun tanınması və “Azneft” İB xx.xx.1991-ci il tarixli 305 saylı əmri ilə "xxxx" Kiçik Müəssisəsinə əvəzsiz olaraq verilmiş əmlakların adı AR-sı İqtisad İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 213 saylı Sərəncamı ilə təsdiq edilmiş “X8 və Avtomatika ASC-nin emissiya prospektindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, AR-sı Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Xətai rayon məhkəmə icraçıları şöbəsi ilə yazışmalar aparılmış və nəhayət xx.xx.2012-ci il tarixli məktub ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak xüsusi mülkiyyətdə olduğundan icra sənədinin icrası mümkün deyildir. Həmçinin iş materialllarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli məktuba əsasən icra sənədi üzrə tələbkarın müvafiq tədbirlərin görülməsi ilə bağlı komitəyə müraciət etmədiyi bildirilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, işin halları kifayət qeder araşdırılmadan protokol tərtib edilmiş, baxilması üçün məhkəməyə göndərilmişdir. İcra qurumu tərəfindən hazırkı iş üzrə tələbkarın hazırkı dövrdə mövcud olub-olmaması müəyyən edilməmiş, tərəflərin qarşılıqlı razılaşması üçün heç bir tədbir görülməmişdir. Belə ki iş materialları tədqiq olunarkən məhkəmə belə nəticəyə gəlir ki, işin halları kifayət qədər araşdırılmadığından protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da protokolda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol və toplanmış material natamam olduğundan Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4324/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4324/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver