Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-433/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Mehdiyeva Günel Tariyel qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş materiala əsasən İD********** nömrəli müraciət əsasında idxal olunan dondurulmuş toyuq budu məhsulları qida təhlükəsizliyi sertifikatı olmadan ünvan 1 ünvanında yerləşən anbarda 25.01.2022-ci il tarixdə satılmışdır. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin məsləhətçisi A.M.Zeynalov tərəfindən 09.02.2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19.10.2021-ci il tarixli, İD********** nömrəli ərizədən görünür ki, Şəxs MMC idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 24.12.2021-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, Şəxs MMC tərəfindən 19.10.2021-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 27.12.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə olan 19.10.2021-ci il tarixli, İD********** nömrəli müraciətinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Şəxs MMC tərəfindən ekspertiza üçün ödənişin ödənilməsinə dair qəbz Agentliyin Bakı regional bölməsinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməmiş və MMC tərəfindən ödəniş həyata keçirilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 2.9 və 2.10-cu maddələrinin tələbləri və “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinin tələbləri pozumuşdur. Qeyd olunanları nəzərə alaraq “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinə əsasən lisenziya və icazə verilməsi şərtləri MMC tərəfindən yerinə yetirilmədiyi üçün lisenziya və icazə verilməsindən imtina olunması ilə bağlı 24.12.2021-ci il tarixli, İD********** nömrəli qərar qəbul olunmuşdur. MMC-dən 19.10.2021-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 25.01.2022-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraata başlanılacağı bildirilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 26.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildirişdən görünür ki, Şəxs MMC-nin səlahiyyətli şəxsinin 09.02.2022-ci il tarixdə saat 11:00-da Agentliyin Bakı regional bölməsinə gəlməsinin zəruri olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Murad Mirzəxanlı və məsləhətçisi Anar Zeynalov tərəfindən tərtib edilmiş 07.02.2022-ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal olunmuş məhsul partiyasının saxlandığı ünvan 1 ünvanında yerləşən anbara baxış keçirilərkən məhsul partiyası anbarda aşkar edilməmişdir. - “Saxlayıcı” Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin “Azərətsüd” X3 direktoru X1 ilə “Yük verən” Şəxs MMC-nin direktoru X6 arasında bağlanmış 21.04.2021-ci il tarixli, 17 nömrəli müştərək saxlama müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “Saxlayıcı” “Yük verən”ə məxsus olan ərzaq və qeyri-ərzaq məhsullarını xidmət haqqı müqabilində qəbul edib soyuducu və quru anbar sahələrində bu müqavilədə göstərilən müddətədək yerləşdirməyi, saxlamağı və “Yük verən” tələb etdiyi vaxtda qaytarmağı öhdəsinə götürməyi, malların saxlanılması üçün “Saxlayıcı” soyuducu və quru anbarda “Yükgətirən”in razılığı ilə ona anbar sahəsini istifadəyə verməyi, “Yük verən”in malları onun üçün ayrılmış anbara boşaltmağı, malların boşalıb-yüklənməsinin “Saxlayıcı”nın nümayəndəsinin iştirakı ilə aparılması müəyyən edilmişdir. Müqavilə 21.04.2021-ci il tarixdən 21.04.2022-ci il tarixədək bağlanmışdır. Həmçinin müqavilədən görünür ki, icarəyə verilən sahə ünvan 1 ünvanında yerləşir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-433/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-433/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver