Məhkəmə qərarları › İş №3(007)-4339/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4339/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4339/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 39B, mənzil 0 ünvanı olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsndən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “Lada Granta” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 təqdim etdiyi etirazın məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs MMC barəsində inzibati xəta haqqında İXP ******* saylı protokolda “Lada Granta” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilmədiyinə görə AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmiş və baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Polis İdarəsi tərəfindən 14 iyul 2025-ci il tarixdə "xxxx" MMC-nin balansında olan ümumilikdə 151 ədəd avtomobili əhatə edən siyahı və sorğu daxil olmuşdur. Siyahıya əlavə olunmuş nəqliyyat vastələrinin sürücüləri barədə məlumatlar dərhal tərtib edilərək 15 iyul 2025-ci il tarixdə “Azari Express” sürətli poçt xidməti vastəsilə 972339 saylı poçt xəbəmaməsi ilə göndərilmiş və 16 iyul 2025-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən “Əliyeva” soyadlı şəxs tərədindən qəbul edilmişdir. Nizami RPİ işi hərtərəfli araşdırmadan tələsik inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Göründüyü kimi Nizami Rayon Polis İdarəsi inzibati xəta haqqında protokol tərtib edərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakını təmin etməmiş, hüquq və vəzifələri izah edilməmiş, həmçinin təıtib edilmiş protokolun surətinin şirkətə təqdim edilməsini və ya göndərilməsini təmin etməmişdir. Bununla da Şəxs MMC sübutları təqdim etməkklə öz müdaifə hüququnun qurulmasından məhrum edilmişdir Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sorğunun surətindən görünür ki, sorğu xx.xx.2025-ci il tarixdə MMC tərəfindən qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli, 494 nömrəli məktubundan görünür ki, “Lada Granta” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumat Bakı şəhəri Nizami RPİ-yə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş “Azari Express” sürətli poçt xidmətinin xəbərnaməsindən aydın olur ki, xx.xx.2025-ci il tarixli sorğu ilə bağlı məlumatlar xx.xx.2025-ci il tarixdə polis idarəsinə təqdim edilmiş, idarənin “Əliyeva” soyadlı əməkdaşı tərəfindən imza edilməklə qəbul edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar