Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4341/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 05 sentyabr 2024-cü il tarixli, №00100-02440/24 saylı (EP № 0188065) inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X1 ünvanına İran İslam Respublikasından 42CG068/42ZA618 nömrəli nəqliyyat vasitəsində idxal edilmiş və **********0444 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman 4 yer brutto çəkisi 42.5 kq, netto çəkisi 38.5 kq olan “Tütün” yükünün X3 tərəfindən bəyan edilmədiyi aşkar edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş raport, gömrük bəyannaməsi, nəqliyyat vasitəsinə baxış keçirilməsi protokolu və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1201-9/6035 nömrəli ekspertiza rəyindən görünür ki, 38.5 kq natamam doğranmış (tam doğranmayıb) “tütün yarpaqları”nın xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 385 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası”na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla X1 həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan “tütün yarpaqları” müsadirə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan brutto çəkisi 42.5 kq, netto çəkisi 38.5 kq olan “tütün yarpaqları” müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4341/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4341/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver