Məhkəmə qərarları › İş №3(007)-4344/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4344/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4344/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-592/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-592/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Nizmai rayon 8-ci km qəsəbəsi, Naxçıvani küçəsi, 2383-2387 saylı məhəllədə cavabdeh "xxxx" ASC tərəfindən inşa edilmiş 5 mərtəbəli binanın mənzillərinin ümumi və güzəştli siyahıya əsasən bölüşdürülməsinin qanun pozuntusu ilə aparılmış hesab edilməsi, "xxxx" ASC ümumi bölgü siyahısına əsasən ailə üzvlərinin sayı nəzərə alınmaqla X1 hüququ çatan mənzi ilə təmin etməsi üzərinə vəzifə kimi "xxxx" ASC-yə həvalə edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon icra şöbəsi tərəfindən hüquqi varisin müəyyən edilməsi barədə qərar qəbul edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-13043/2024 saylı məktubu ilə müəyyən edilmişdir ki, qeyd edilən icra sənədi üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin borclu "xxxx" ASC-nin hüquqi varisi müəyyən edilməsi barədə Xətai Rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından tərəflərindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilərək icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin üzərinə qoyulmuş öhdəliklərin Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olmadığından qətnamənin icrası ilə bağlı aidiyyəti üzrə "xxxx" ASCyə müraciət olunması bildirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Nizami Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə hüquqi varisin müəyyən edilməsi barədə qərar inzibati xətalar haqqında materiala əlavə edilsə də, həmin qərarın qüvvədə olub-olmaması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icra sənədi üzrə məsuliyyət daşıyıb-daşımaması, icra sənədi üzrə öhdəliyinin olub-olmaması barədə sübutlar protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da protokolda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində Bakı şəhər Nizami rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol və toplanmış material natamam olduğundan Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar