Məhkəmə qərarları › İş №3(007)-4348/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4348/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4348/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Şəxs MMC barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs MMC Qubadlı Rayon Məhkəməsinin 2(027)-1119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qubadlı Rayon Məhkəməsinin 2(027)- 1119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə hər ay 170 manat sabit pul məbləğində alimentin X3 alınaraq X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə məktub ünvanlanaraq borclu X5 əmək haqqından borc bitənədək hər ay 70%, borc bitdikdən sonra isə hər ay 170 manat məbləğində pulun tutulub tələbkar X2 hesabına köçürülməsi və icra barədə şöbəyə məlumat verilməsi xahiş olunmuş və hal-hazırda borc məbləğinin 1337.5 manat təşkil etməsi bildirilmişdir. Eyni zamanda, Şəxs MMC xx.xx.2024-cü il tarixdə Nizami rayon İcra şöbəsinə məktub ünvanlayaraq bildirmişdir ki, icra sənədinə əsasən borclu X5 2024cü il yanvar-mart aylarının əmək haqqısından tutularaq tələbkarın hesabına ödənilmişdir. MMC-də yaranmış maliyyə vəziyyəti ilə əlaqədar işçilərə 2024-cü il mart-aprel aylarının əmək haqqı ödənilməmişdir. Buna görə də borcun ödənilməsində müəyyən çətinliklər yaranmışdır. Hesaba vəsait daxil olduğu halda borc ödəniləcək və əlavə məlumat veriləcəkdir. Belə olan halda məhkəmə qeyd edir ki, icra şöbəsi tərəfindən Şəxs MMC-nin gəlirləri, adına əmlakların olub-olmaması, əmək haqqının yalnız icra sənədi üzrə olan borcluya yoxsa bütün işçilərə ödənilib-ödənilməməsi, borclunun əmək haqqısının bu ilin mart-aprel aylarının ödənilməmə səbəbi araşdırılmadan, qeyd olunan hallar barədə sübutlar iş materiallarına əlavə edilmədən inzibati xəta haqqında protokol və material məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da protokolda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol və toplanmış material natamam olduğundan Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar