Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4349/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X6, həmin orqanın nümayəndəsi, yol-nəqliyyat hadisələri üzrə inspektor X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi X8 iştirakları ilə, Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMM mülkiyyət hüququ üzrə sahibi olduğu “Haojue TZ 125” markalı 99-A-764 dövlət qeydiyyat nişanlı motosikli 27 iyul 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək qüvvədə olan yol vərəqəsi əsasında idarə etmək üçün idarəetmə hüququ olmayan X4 vermiş, X9 01 avqust 2023cü il tarixdə saat 11:15-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində həmin motosikli idarə edərkən saxlanılaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 332.3cü maddəsi ilə 01 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada 300 manat məbləğində tənbeh edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin direktorunun adından inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin Xlİİ hissəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Həmin Qanunun 27-ci maddəsinin Xİİİ-İ hissəsində qeyd göstərilir ki, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Lakin, yuxarıda göstərilən hər iki maddədən də göründüyü kimi, həmçinin təqdim edilmiş sənədlərdən də sübut olunur ki, sürücüyə motosikli idarə edilməsi üçün müvəqqəti olaraq yol vərəqəsi verilmiş və qanunvericilikdə müvafiq dövlət strukturuna, yəni yol polis idarəsinə məlumatın 10 gün ərzində verilməsi öhdəliyi etibarnamə və yaxud icarə müqaviləsi əsasında nəqliyyat vasitəsinin verildiyi halda edilməlidir. Əlavə olaraq qeyd edirlər ki, yol vərəqəsi sürücüyə 27 iyul 2023-cü il tarixdə verilmiş və bu sənəd sürücü tərəfindən təqdim edilmiş original sürücülük vəsiqəsi alınaraq və oradan rekvizitlər baxılaraq yazılmışdır. Belə olan halda, yol vərəqəsini təsdiq edən şəxs əgər sənədin originalını görürsə, hardan bilsin ki, bu şəxsin sürücülük vəsiqəsinə xitam verilib? Şirkətə əgər sürücü öz sürücülük vəsiqəsinin əslini təqdim edirsə, şirkət, hüququn məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə informasiyanı hardan bilərdi? Yuxarıda göstərilən şəxs, yəni sürücünün idarə etmə hüququ 16 mart 2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmışdır. Lakin, İXM-nin 152-ci maddəsində qeyd edilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Belə olan halda, bu öhdəlik DYP idarəsinin üzərinə düşdüyü halda, bu icra edilməmiş və nəticədə sürücü şirkəti aldadaraq yol vərəqəsi almışdır. Sürücü şirkətlə xidmət müqaviləsi əsasında işləyən X5r və onun da sürücülük vəsiqəsinin məhrum edilməsi haqında qərarın ləğv edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1334/2203 saylı 04 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar mövcuddur. Belə ki, həmin qərara əsasən X2 nəqliyyat vasitəsinin idarə etmək hüququnun məhdudlaşdırılmasına dair 16 mart 2023-cü il tarixli 3(004)-1334/2203 saylı qərar ləğv edilmişdir. Bununla da sürücülük vəsiqəsi üzrə sürücülük hüququ bərpa edilmişdir. Nə şirkət, nə də onun vəzifəli şəxsinin sürücüyə yol vərəqəsi verərkən xəbərdarlıq göndərilməsi öhdəliyi mövcud olmadığından və sürücünün özünün sürücülük vəsiqəsinin əsli olarkən şirkətin nümayəndəsi tərəfindən təsdiq edilərək ona yol vərəqəsi verilmişdir. Belə olanda, hesab edirlər ki, Nizami rayon DYP idarəsi tərəfindən tərtib edilmiş protokol tam olaraq qanunsuz və əsassızdır və buna görə də ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami rayon yol polis idarəsi tərəfindən tərtib edilmiş hüquqi şəxşə və vəzifəli şəxsə inzibati xəta haqqında protokolun əsassız hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X12 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi, yolnəqliyyat hadisələri üzrə inspektor X14 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami RPİnin DYPŞ-nin YPX inspektoru tərəfindən 01 avqust 2023-cü il tarixdə saat 11:15-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Haojue TZ 125” markalı 99-A-764 dövlət qeydiyyat nişanlı motosiklin X9 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilərək bu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və şəxsin barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin motosikl Şəxs MMM-yə məxsusdur, motosikl MMM tərəfindən 27 iyul 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək qüvvədə olan yol vərəqəsi əsasında idarə etmək üçün X4 verilmişdir. Həmin şəxsin sürücülük hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmamasını müəyyən etmək, X7 bu barədə rəsmi məlumat almaq üçün hüquqi şəxs tərəfindən rəsmi surətdə dövlət yol polisi orqanına müraciət edilməli olduğu halda, belə müraciət edilməmişdir. İnzibati xəta haqqında protokol əsasında hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi X13 yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X9 27 iyul 2023-cü il tarixədək şəxsi avtomobilindən istifadə edərək işləri həyata keçirmiş, sonra müraciət edərək avtomobilinin xarab olduğunu bildirmiş, ona görə “Haojue TZ 125” markalı 99-A-764 dövlət qeydiyyat nişanlı motosikli yol vərəqəsi əsasında idarə etmək üçün ona vermişdir. X9 01 avqust 2023-cü il tarixdə zəng edərək onun özünün və şirkətin cərimələnməsi barədə məlumat vermişdir. Həmin vaxt bilmişlər ki, X1 hüququ məhdudlaşdırılıbmış. Hansı ki, həmin şəxsin özünün belə bu barədə məlumatı olmamışdır. Həmin şəxis işə qəbul edərkən digər sənədləri ilə yanaşı sürücülük vəsiqəsinin əslini də təqdim etmişdir. Əgər, şəxsin sürücülük hüququ məhdudlaşdırılırsa, sürücülük vəsiqəsi ondan alınmalıdır. Polislər bildirmişlər ki, həmin şəxsi işə qəbul edərkən sürücülük hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmamasını öyrənmək üçün onlara müraciət etməli idilər. Lakin, o da izah etmişdir ki, qanuna əsasən yalnız etibarnamə ilə idarəetməyə və ya icarəyə verəndə müraciət olunmalıdır. Əks halda şirkətin hər hansı inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. İnzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, 15 ildir ki, işləyir, sürücülük hüququnun məhdudlaşdırılması barədə hər hansı məlumatı olmamış, bu barədə bildiriş və ya qərarı almamışdır. Ödənilməmiş cəriməsi də olmamışdır. 01 avqust 2023-cü il tarixdə yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilərkən bu barədə məlumatı əldə edərək məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair 16 mart 2023-cü il tarixli qərar ləğv edilmişdir. Sürücülük vəsiqəsi həmişə üzərində olmuş, Şəxs MMM-də işə qəbul olunarkən onun əslini iş yerində təqdim etmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Haojue TZ 125” markalı 99-A-764 dövlət qeydiyyat nişanlı motosikl 31 iyul 2018-ci il tarixdə mülkiyyət hüququ üzrə Şəxs MMM-nin adına qeydiyyata alınmışdır. İşdə olan Şəxs MMM tərəfindən verilmiş yol vərəqəsinin surətindən görünür ki, “Haojue TZ 125” markalı 99-A-764 dövlət qeydiyyat nişanlı motosikl 27 iyul 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək qüvvədə olan yol vərəqəsi əsasında idarə etmək üçün X4 verilmişdir. İşdə olan DİN-in DYP-nin portalından çıxarışdan görünür ki, X3 nəqliyyat vasitələrini idarə etmək hüququnun 16 mart 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək məhdudlaşdırılması qeydə alınmışdır. İşdə olan 01 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 01 avqust 2023-cü il tarixdə saat 11:15-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Haojue TZ 125” markalı 99-A-764 dövlət qeydiyyat nişanlı motosikli idarə edərkən Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 01 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada 300 manat məbləğində tənbeh edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMM tərəfindən Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMM-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MMM həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə - fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMM-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxssi Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4349/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4349/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver