Məhkəmə qərarları › İş №3(007)-436/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-436/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-436/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, 09 oktyabr 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan qeydiyyatda olan, X2, barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında BNA ******* saylı xx.xx.2021-ci tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** KO *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 12:44 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti (Dakar meydanı) ünvanda dayanma və durma qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 şikayət verərək, barəsində qəbul edilmiş BNA ******* saylı xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı Nəqliyyat Agentliyi qanunvericiliyin tələblərini pozaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X5 şikayətə etiraz verərək izahatında göstərmişdir ki, X4 idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 09 aprel 2021-ci il tarixdə saat 12:40:41-dən 12:44:00-dək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində (Dakar meydanı) ünvanında 5.9 (avtobus zolağı) yol nişanının təsir zonasında saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9 nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. X2 şikayətinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq X4 məhkəmə iclasına gəlməmişdir. İnzibati işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati işdə iştirak edən şəxsin izahatını dinləyib, daxil olmuş şikayəti sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, E.M.Rəsulovun şikayəti rədd edilməlidir. Belə ki, X2 idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** KO *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə 09 aprel 2021-ci il tarixdə saat 12:40:41-dən 12:44:00-dək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində (Dakar meydanı) ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş və kamera vasitəsi ilə müxtəlif rakuslardan qeydə alınmış fotoşəkillərlə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş BNA ******* saylı xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində qeyd olunduğu kimi, bu Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, X2 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilmir. Odur ki, X2 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında BNA ******* saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi şikayət əsassız hesab edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 şikayəti rədd edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş BNA ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar