Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-439/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, inzibati qaydada tutulmuş, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı Elmar Əbilov tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X2 28.10.2021-ci il tarixdə saat 18:10 radələrində işlədiyi ünvan 2 ünvanda yerləşən 8-ci km bazarında naməlum şəxsin piştaxtanın üzəırində olan bir ədəd “SAMSUNG J6” markalı telefonunu oğurlaması haqqında ərizəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 14.02.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.10.2021-ci il tarixdə saat 18:10-da ünvan 2 ünvanda yerləşən 8-ci km bazarında piştaxtanın üzərində olan X3 məxsus 250-300 manat dəyərində bir ədəd “SAMSUNG J6” markalı mobil telefonunu oğurlamış və bununla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasnda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs 28.10.2021-ci il tarixdə saat 18:10-da ünvan 2 ünvanda yerləşən 8-ci km bazarında piştaxtanın üzərindən X3 məxsus 250-300 manat dəyərində bir ədəd “SAMSUNG J6” markalı telefonu oğurlamışdır. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 28.10.2021-ci il tarixdə saat 18:10-da ünvan 2 ünvanda yerləşən 8-ci km bazarında piştaxtanın üzərindən X3 məxsus 250-300 manat dəyərində bir ədəd “SAMSUNG J6” markalı mobil telefonu oğurlamış və Sabunçu bazarında 50 manata satmışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmiş, əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu toplanmış sənədlərlə əlaqəli tədqiq edib, inzibati xəta haqqında protokol tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilir və onun əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 fevral 2022-ci il, saat 02:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 14 fevral 2022-ci il, saat 02:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-439/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-439/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver