Məhkəmə qərarları › İş №3(007)-4404/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4404/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4404/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 17 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən yaşayış binasının alt hissəsində yerləşən, avtomobillər üçün nəzərdə tutulan dayanacaq yerinə təxminən 5-10 km/saat sürətlə düşən zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddənin 10cu hissəsinin tələblərini pozaraq, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə, həmin dayanacaq yerindən çıxış istiqamətində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olan “Toyota Prius minik” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə saat təxminən 21 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rütəmov küçəsi, 311 saylı yaşayış binasının alt hissəsində yerləşən avtomobillərin dayanacaq yerinə təxminən 5-10 km/saat sürətlə düşən zaman sağdan gələn “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədiyi üçün idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin avtomobilin qabaq sol hissəsi arasında toqquşma olmuşdur. Bundan sonra orada olan şəxslər DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişlər, hadisə yerinə yol polisi əməkdaşları gələrək hadisəni rəsmiləşdirmişlər. Sonradan polis şöbəsində dəvət edildikdə, ona məlum olmuşdur ki, digər avtomobildə olan sərnişin xanım xəsarət almışdır. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə almaqla, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, o, sözügedən izahatında göstərmişdir ki, 14 aprel 2023-cü il tarixdə saat təxminən 21 radələrində o, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Buta” restoranından yaşadığı ünvana getmək üçün taksi sifariş vermiş, yanında olan rəfiqəsi Nizami rayonu, R.Rüstəmov küçəsində düşməli olduğundan sifarişə əsasən “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı **-BU-*** olan avtomobil gəlmiş, rəfiqəsi Gültərlə həmin avtomobildə arxa oturacaqda əyləşmişlər. Sürücü idarə etdiyi avtomobillə R.Rüstəmov küçəsi, 311 saylı yaşayış binasının altında olan avtomobillərin dayanacaq yerinə daxil olmuş, rəfiqəsi avtomobildən düşdükdən sonra sürücü idarə etdiyi avtomobillə həmin dayanacaqdan çıxış istiqamətində hərəkətdə olan zaman çıxışdan dayanacaq yerinə daxil olan “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı **-DD-*** olan avtomobil onun olduğu avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Həmin zaman onun sifət nahiyəsi sürücünün oturduğu oturacağın arxa hissəsinə dəymişdir. O, ağrı hiss etsə də ciddi bir xəsarət almadığını düşünmüş, həmin sürücü onu taksi ilə yaşadığı ünvana yola salmışdır. O, evə getdikdən sonra burun nahiyəsində ciddi ağrılar hiss etdiyi üçün 18 aprel 2023-cü il tarixdə özəl kilinikaya müraciət etmiş, orada ona burnundan xəsarət aldığını bildirdikləri üçün DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 11 may 2023-cü il tarixli 424 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs burnun bel nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayət olunan burun sümüyünün yerini dəyişməmiş sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyul 2023-cü il tarixli 8/1801 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddənin 10-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, HK/1-413 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X2 tərəfindən Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi nəzərə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq da əldə edilməsinə dair sübut təqdim edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar