Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-442/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 müdafiəçisi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, 31.08.1968-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN 4WQ3Z8L) X6 Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 17.11.2021-ci il tarixdə saat 14:00-da fərdi sahibkar X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanının yanında yerləşən “Arpaçay” kafesində həyata keçirilən operativ vergi nəzarəti zamanı F.A.Əkbərov operativ vergi nəzarəti prosesində iştirak etməyinə baxmayaraq yaranan suallara şifahi və ya yazılı izahat verməkdən hər hansı əsaslı səbəb göstərmədən imtina etmişdir. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişləri V.E.Qəniyev və M.M.Seyidli tərəfindən 17.11.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 17.11.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən X7 məxsus “Arpaçay” kafesində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə 17.11.2021-ci il tarixdən 16.12.2021-ci il tarixədək operativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. X9 operativ vergi nəzarəti prosesində iştirak etməsinə baxmayaraq yaranan suallara şifahi və yazılı izahat verməkdən imtina etmiş, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən işçi X4 izahat verməyə şərait yaratmamış, azyaşlı işçini vurmuş, nalayiq ifadələr işlətmişdir. Fariz Əkbərov onlara və işçilərə qarşı aqressiv olmuşdur. Bütün bunlar videogörüntüdə də öz əksini tapmışdır. Fariz Əkbərov həmçinin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədləri təqdim etməmişdir. Məhkəmədən X6 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 müdafiəçisi Vəkil bildirmişdir ki, X9 tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Arpaçay” kafesində vergi əməkdaşlarına qarşı hər hansı maneçilik törədilməmiş, əksinə tam şərait yaradılmış, onların suallarına ətraflı cavab vermişdir. Yoxlayıcılar yoxlama üzrə tərtib edilən aktda obyektdə 17 nəfər işçinin olduğunu, bunlardan 5 işçinin əmək müqaviləsinin olmadığını qeyd etmişlər. X9 fərdi sahibkar olaraq 5 nəfər işçi ilə əmək müqaviləsi, 8 nəfər şəxslə isə digər müqavilələr bağlamış, ümumilikdə obyektdə 13 nəfər işçi işləmişdir. Vergi orqanının əməkdaşları hər hansı sənədi imzalamaq üçün Fariz Əkbərova təqdim etməmişlər, eləcə də ondan yazılı izahat tələb etmədən çıxıb getmişlər. Vergi orqanının əməkdaşlarının şifahi sualları Fariz Əkbərov tərəfindən bütünlüklə cavablandırılmış, zəruri sənədlər yoxlayıcılara təqdim edilmişdir. Videogörüntüdən də görünür ki, Fariz Əkbərov şifahi izahat vermiş, sualları cavablandırmış, ondan yazılı izahat tələb edilməmişdir. Vergi orqanının əməkdaşları qərəzli və qeyri-obyektiv hərəkətlərə yol vermişdir. Fariz Əkbərov tərəfindən vergi orqanının əməkdaşlarının yoxlama zamanı qanunsuz hərəkətlərə yol vermələrinə dair iqtisadiyyat nazirinə şikayət verilmişdir. X6 əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Qeyd olunanlardan başqa, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı Fariz Əkbərovun təqsirləndirildiyi əməl üzrə protokolu 17.11.2021-ci il tarixdə tərtib etmişdir. 17.11.2021-ci il tarixdən keçən 3 aylıq müddət 17.02.2022-ci ildə bitmişdir. Qeyd olunanlara əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********4324 nömrəli, 17.11.2021-ci il tarixli qərardan görünür ki, X7 məxsus ünvan 2 ünvanının yanında yerləşən “Arpaçay” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 17.11.2021-ci il tarixdən 16.12.2021-ci il tarixədək (16.12.2021-ci il tarix daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - 17.11.2021-ci il tarixli, KY211695399 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, X7 məxsus ünvan 2 ünvanının yanında yerləşən “Arpaçay” kafesində 17.11.2021-ci il tarixdən 16.12.2021-ci il tarixədək dövrdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeyd edilmişdir. - Bakı şəhəri X11 üzrə Baş İdarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 17.11.2021-ci il tarixli, **********4325 nömrəli tələbnaməsindən görünür ki, operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 42 və 50-ci maddələrinə əsasən müvafiq zəruri sənədlərin təqdim olunması X5 tələb edilmiş, sənədlərin 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya Bakı şəhəri X11 üzrə Baş İdarəsinə təqdim olunması bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Operativ nəzarət şöbəsinin nümayəndələri A.A.Hüseynov, K.X.Həşimov, P.R.Dadaşov, O.F.Abdullayev, Ə.A.Baxışlı, C.S.Əhmədov, F.Z.İsmayılov, M.M.Seyidli, V.E.Qəniyev, E.M.Bayramov və N.F.Əliyev tərəfindən tərtib edilmiş 17.11.2021-ci il tarixli aktdan görünür ki, B.İ-nin 17.11.2021-ci il tarixli, **********4324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında fərdi sahibkar X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanının yanında yerləşən “Arpaçay” kafesində tərəflərindən “nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə həyata keçirilmiş operativ vergi nəzarəti zamanı müştəri tərəfindən göstərilmiş iaşə xidməti müqabilində nağd qaydada ödənilmiş pul vəsaiti müqabilində NKA çeki təqdim etməməklə və 5 nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən (əmək müqaviləsi (kontraktı) bağlamadan) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməklə hüquq pozuntusuna yol verdiyi aşkar edilərək nəticəsi barədə 17.11.2021-ci il tarixli, DVX seriyalı, 005302 nömrəli və 009688 nömrəli aktlar tərtib edilmişdir. Fərdi sahibkar F.A.Əkbərov hər-hansı əsaslı səbəb göstərmədən B.İ-nin 17.11.2021-ci il tarixli, **********4324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 17.11.2021-ci il tarixli, KY211695399 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmaqdan, B.İ-nin 17.11.2021-ci il tarixli, **********4326 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarı ilə tanış olmaqdan, 17.11.2021-ci il tarixli, **********4325 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə ilə tanış olmaqdan və bir nüsxəsini almaqdan hər-hansı əsaslı səbəb göstərmədən imtina etmişdir. Fərdi sahibkar F.A.Əkbərov hər-hansı əsaslı səbəb göstərmədən operativ vergi nəzarəti zamanı yaranmış suallara şifahi və ya yazılı izahat verməkdən imtina etməklə yanaşı operativ vergi nəzarəti nəticəsi barədə tərtib edilmiş 17.11.2021-ci il tarixli, DVX seriyalı, 009688 nömrəli və 005302 nömrəli aktlarla tanış olmaqdan, akta imza etməkdən və aktların bir nüsxəsini almaqdan imtina etmişdir. Həmçinin fərdi sahibkar F.A.Əkbərov operativ vergi nəzarəti zamanı yaranan suallara şifahi və ya yazılı izahat təqdim etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən 17.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin fərdi sahibkar F.A.Əkbərov hər-hansı əsaslı səbəb göstərmədən tərtib edilmiş protokolla tanış olmaqdan, protokola imza etməkdən və surətini almaqdan imtina etmişdir. Eyni zamanda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş bir nəfər fiziki şəxs, X8 hər-hansı əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-3001/2021 saylı, 21.12.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin Operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi V.E.Qəniyev tərəfindən tərtib edilmiş 17.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-311/2022 saylı, 08.02.2022-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 3(007)-3001/2021 saylı, 21.12.2021-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xətaya dair işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X6 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən, yəni 17.11.2021ci il tarixdən 3 aydan çox müddət keçdiyinə görə törədilmiş inzibati xətaya görə X6 barəsində 28.02.2022-ci il tarixdə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 31.08.1968-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-442/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-442/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver