Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4434/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2 məsləhətçisi X3, həmin orqanın nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Abdiyev İslam Babaşxan oğlunun, MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 097 nömrəli 19 iyul 2023-cü il tarixli qərar, hüquqi ünvan üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 1, mənzil C ünvanda yerləşən Şəxs MMC tərəfindən, qərarda göstərilən müddətdə, icra edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Bundan əvvəl cəmiyyətin ünvanına daxil olmuş sənədlərdən, Azərbaycan Respublikasının X5 Bakı regional bölməsinin rəisi Zaur Kərimovun xx.xx.2023-cü il tarixli, 3-44-1/2-17309/23 saylı məktubundan məlum olmuşdur ki, X5 Bakı regional bölməsi tərəfindən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib edilmiş hazırkı protokol, bundan əvvəl X5 Bakı regional bölməsinin rəisi Zaur Kərimovun “rəhbərliyi” altında Şəxs MMC-nin barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib edilmişdir. Bundan sonra, Zaur Kərimov məzuniyyətdə olmuş, işlərə tam nəzarət edə bilməmiş, onun vəzifəsini m.i.e Pərviz Qaffarzadə də Zaur Kərimovun “rəhbərliyi” altında lazımi qədər “hərəkət” edə bilməmiş, nəticədə Şəxs MMC-nin barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokolla bağlı 3(007)-3481/2023 saylı inzibati işin icraatına Nizami Rayon Məhkəməsinin 3(007)- 3481/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. Maraqlısı da odur ki, sözügedən, sifarişlə, əsassız və qanunsuz olaraq, gülünc olaraq tərtib edilmiş protokol üzrə başlanılmış inzibati iş üzrə icraata xitam veriləndən sonra, bu dəfə də Zaur Kərimovun v.m.i.e Pərviz Qaffarzadə, çox güman ki, o da, Zaur Kərimovun tələbi ilə, digər bir maddə ilə, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə protokol tərtib etdirmişdir. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tələblərinin pozulmasına dair X5 Bakı Regional Bölməsinin tərtib etdiyi inzibati xəta haqqında protokol üzrə 3(001)-2937/2023 saylı iş Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 3(001)-2937/2023 saylı inzibati işin icraatına xitam verilmişdir. Hazırda Nizami Rayon Məhkəməsinin icraatında olan iş üzrə, artıq 2 dəfə, inzibati işin icraatına xitam verilmişdir. Nizami Rayon Məhkəməsində olan inzibati iş, nəticəsi olmayacaqsa da belə, Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun canfəşanlığı ilə, zəhməti ilə əmələ gətirdiyi, sıra nömrəsinə görə 3-cü işdir?! İşin faktiki halları ilə müqayisədə, tərtib edilmiş 3 ədəd protokol, gülünc vəziyyətdə qalmaqdadırlar. Beləliklə, hazırkı inzibati xəta haqqında üş üzrə inzibati xəta hadisəsi baş verməmişdir və bu hadisə, o cümlədən cəmiyyətin təqsiri sübut edilməmişdir. Beləliklə, inzibati xəta haqqmda üş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallara əhəmiyyət verilməmişdir, protokol tərtib edən bölmə əməkdaşı, o cümlədən rəisinin v.m.i.e gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyillər, nəzərdə tutduqları halları sübuta yetirilə bilməzlər, çünki, nəzərdə tutmaq istədikləri hallar yoxdur! Yəni, inzibati xəta törədilməsi halı mövcud deyil, inzibatı xəta törədilməmişdir, inzibati xəta hadisəsi baş verməmişdir, inzibati xəta tərkibi olmamışdır, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Onlar xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar, cavabdeh X2 Bakı regional bölməsinin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətləri”nin, həmçinin, “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair hərəkətləri”nin əsassız və qanunsuz hesab edilməsinə dair, eləcə də, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə dair, bu vaxta qədər, cavabdehin hərəkətləri və qərarı əsasında iddiaçı Şəxs MMC-yə vurulmuş ziyanın cavabdeh X2 Bakı regional bölməsindən MMC-nin xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İnzibati iş icraatdadır. Bunlarla yanaşı, əvvəla, X2 Bakı regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən Azərbaycan Respublikası İXM-nin 99-cu, 99.1.1-ci maddələrinin tələbləri pozulmuşdur, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən hər hansı bir hal, hər hansı bir sübut olmamışdır, yoxdur. Əvvəlcə, əsassız olaraq sertifikat verilməsindən imtina etməsi, sonradan əsassız və gülünc qərar qəbul etməsi, daha sonra isə protokol tərtib etməsi, etdirməsi, X2 Bakı regional bölməsinin rəisi Zaur Kərimovun səlahiyyətlərindən sui-istifadə etməklə törətdiyi özbaşınalıqlardır. Beləliklə, hesab edirlər ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə, inzibati xəta hadisəsi olmadığına, inzibati xəta tərkibi olmadığına görə, X5 Bakı regional bölməsinin tərtib etdiyi İnizati xəta haqqında protokolla bağlı 3(007)-4434/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O cümlədən, X5 Bakı regional bölməsinin rəisi Zaur Kərimovun hazırkı inzibati xəta haqqında iş üzrə icraata başlamağa, İXM-nin 99-cu maddəsində nəzərdə tutulmuş əsaslar, səbəblər olmamışdır, İXM-nin 100 və 101-ci maddələrinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin rəisi Zaur Kərimovun Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin tələblərinin pozulmasına dair Şəxs MMC-nin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2 məsləhətçisi X7 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X2 Bakı regional bölməsinin 19 iyul 2023-cü il tarixli 097 nömrəli qərarı qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qəbul edilmiş, rəsmi qaydada Şəxs MMC-yə çatdırılmışdır. Lakin Şəxs MMC-nin müvafiq xörək duzu məhsulu partiyasının dövriyyəsinin dayandırılmasını, istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılmasını və həmin müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə X2 Bakı regional bölməsinə məlumat verilməsini təmin etməməsi, MMCnin barəsində həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2 nümayəndəsi X8 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən idxal olunmuş 02.2023-cü il istehsal, 02.2023-cü il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasından götürülmüş nümunələrin tədqiqi zamanı yodun miqdarının normadan az olduğu müəyyən edilmişdir. Bununla da həmin məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərinə cavab verməmişdir. Ona görə qeyd olunan məhsul partiyasının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün MMCyə 23 iyun 2023-cü il tarixdə məktub göndərilmişdir. Lakin müəyyən edilmiş müddətdə həmin məhsulla bağlı Bakı regional bölməsinə məlumat verilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilsə də sonradan məlum olmuşdur ki, mal MMC-nin anbarındadır, satılmamışdır. MMC-nin vəzifəli şəxslərinin bu barədə məlumat verməməsi hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməməsi səbəbindən olmuşdur. Protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Abdiyev İslam Babaşxan oğlu yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X2 Bakı regional bölməsinin rəisi Zaur Kərimov onlara qarşı qərəzlidir, Zaur Kərimov adam göndərmişdir ki, görüşüb danışsınlar, lakin o, görüşə razılaşmamışdır ki, onsuz da qanuna uyğun işləyir. Onlar tərəfindən istehlakçıların hüququ pozula bilməz, çünki mal MMC-nin anbarında olmuş, satışa hazır olmamışdır. Üç dəfə rəsmi məktubla müraciət edərək, 16 may 2023-cü il tarixli akt əsasında bir kisə xörək duzunun nümunə üçün götürülməsi zamanı müvafiq qayda və təlimatlara əməl edilmədiyini, yoxlanılmalı olan yodlaşdırılmış xörək duzundan nümunə götürmədiklərini bildirmiş və yodlaşdırılmış xörək duzundan yenidən nümunə götürülərək tədqiq olunmasını xahiş etmişlər, lakin müraciətləri təmin edilməmişdir. Təqdim etdikləri sübutlar əsasında və etirazda qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X10 qanuni təmsilçinin dəlillərini müdafiə edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də fəhlə işləyir. Dəqiq tarixi xatırlamasa da, işdə olduğu vaxt içərisində xörək duzu olan bir kisəni aparıb maşına qoyması ona tapşırılmışdır. O da bir kisə duzu anbardan götürüb təqdim etmişdir. Sonradan bilmişdir ki, duzu X1 gələn şəxslər yoxlama aparmaq üçün nümunə kimi istəmişlər. O da bilmədən satış üçün nəzərdə tutulmayan xörək duzu kisələrindən birini aparıb onlara təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin 19 iyul 2023-cü il tarixli 097 nömrəli qərarından görünür ki, Şəxs MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada icraata götürülmüşdür. 02.2023-cü il istehsal tarixli, 02.2023-cü il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasından götürülmüş nümunələrin tədqiq (sınaq) nəticələrinə dair protokoluna əsasən təqdim edilmiş nümunədə yodun miqdarı normadan az olduğuna görə məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərinə cavab vermir. Bununla bağlı sözü gedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün xx.xx.2023-cü il tarixli 3-44-1/2-1-6292/23 nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə xx.xx.2023-cü il tarixinədək məlumat verilməsi qeyd olunsa da, lakin hal hazırki dövrə qədər Şəxs MMC tərəfindən cavab məktubu ünvanlanmamış və ya bu barədə regional bölməyə məlumat verilməmişdir. Qərarın qəbul edilməsi üçün hüquqi əsas: “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyqun olmayan və (və ya) təhlükəli qida və yem əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq ücün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. Həmin Qanunun 30.7-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və təhlükəli məhsulların tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və va məhv edilməsi ilə bağlı xərclər həmin məhsula cavabdeh olan qida subyektlərinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respubulikasının X5 haqqında Əsasnamə”nin 3.0.9-cu yarımbəndinə əsasən qərara alınmışdır: “ Şəxs 02.2023-cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasının dövriyyəsi dayandırılsın. Şəxs 02.2023-cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyası 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılsın və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilsin. İstehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış qida və yem məhsulu Azərbaycan Respublikası X5 tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlansın”. -Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinə ünvanlanmış 31 may 2023-cü il tarixli 07 nömrəli, 13 iyun 2023-cü il tarixli 10 nömrəli və 19 iyun 2023-cü il tarixli 12 nömrəli məktublardan görünür ki, 16 may 2023-cü il tarixli akt əsasında bir kisə xörək duzunun nümunə üçün götürülməsi zamanı qanunvericiliyin tələbinə, müvafiq qaydalara və təlimatlara əməl edilmədiyinə görə və xx.xx.2023-cü il tarixdə istehsal olunmuş, xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan deyil, daha əvvəl idxal etdikləri yodlaşdırılmış xörək duzundan nümunə götürdükləri üçün, sınaq üçün nümunənin təhlükəsizlik sertifikatının verilməsi üçün İD********** nömrəli elektron ərizə ilə müraciətləri üzrə xx.xx.2023-cü il tarixdə istehsal olunmuş və xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan yenidən götürülməsi və tədqiq olunması xahiş edilmişdir; -Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 17 iyul 2023-cü il tarixli 3-44-1/2-2-7064/23 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal edilən və analiz nəticələrinə əsasən uyğunsuzluq aşkar edilmiş xörək duzu məhsulundan təkrar nümunə götürülməsinə münasibət bildirilməsilə bağlı 2023-cü il 20 iyun tarixli məktuba Azərbaycan Respublikasının X2 Bakı regional bölməsində aidiyyəti üzrə baxılmışdır. Bununla bağlı bildirirlər ki, sözügedən məhsul partiyası normativ sənədlərin tələblərinə uyğun olaraq, milli akkreditasiyadan keçmiş sınaq metodu ilə laborator müayinəyə cəlb edilmişdir. Müayinə nəticəsinə əsasən sözügedən məhsul partiyasında yoxlanılan göstəricilərdən yodun miqdarı normadan aşağı olmuşdur. Əlavə olaraq, qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə əsasən, uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının yenidən müayinəyə cəlb edilməsinə dair qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır; -Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin əməkdaşları X3, X4, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkəmə iclas katibi X9 və Şəxs MMC-nin direktoru Abdiyev İslam Babaşxan oğlunun iştirakları ilə tərtib olunmuş 24 avqust 2023-cü il tarixli aktdan görünür ki, həmin məhkəmənin hakimi Abbas Rzayevin göstərişi əsasında ünvan 5 ünvanında yerləşən anbara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, İD********** nömrəli müraciət əsasında idxal olunmuş, mübahisələndirilən xörək duzu məhsulunun anbarda olması müəyyən edilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 3(007)- 3481/2023 nömrəli qərarının surətindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından, xitam verilmişdir; -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 3(001)- 2937/2023 nömrəli qərarından çıxarışdan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, xitam verilmişdir; -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11438/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli Sərəncamının və bildirişinin surətlərindən görünür ki, iddiaçı Şəxs MMC-nin cavabdeh Azərbaycan Respublikası X2 Bakı regional bölməsinə qarşı “cavabdeh Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətlərinin, həmçinin “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, eləcə də, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə dair, bu vaxta qədər, cavabdehin hərəkətləri və qərarı əsasında iddiaçı Şəxs MMC-yə vurulmuş, o cümlədən, 7799,00 manat pulun, eləcə də anbarın icarə haqqı olan 200 manat pulun, həmçinin əldən çıxmış fayda olan 1200 manat pulun, bunlarla yanaşı götürülmüş kreditlə bağlı "xxxx" ASC-yə 1 ay ərzində ödənilmiş 113.33 manat pulun, gələcəkdə də, yekun məhkəmə qərarının çıxarılacağı günə qədər, bu xərclərin çoxalması ilə bağlı müəyyən ediləcək məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair inzibati iş həmin məhkəmənin icraatındadır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin mənasına görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Şəxs MMC-nin barəsində 15 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb, Şəxs MMC-nin 02.2023-cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasının dövriyyəsinin dayandırılması, MMC-nin 02.2023-cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasının 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması və həmin müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə X2 Bakı regional bölməsinə məlumat verilməsinə dair Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin 19 iyul 2023-cü il tarixli 097 nömrəli qərarı üzrə tələblərin yerinə yetirilməməsi olmuşdur. Məhkəmə tədqiqi zamanı isə aşağıdakı əsaslarla Şəxs MMC-nin əməlində həmin inzibati xətanın törədilməsi ilə müşayiət olunan inzibati xəta tərkibi müəyyən edilməmişdir: 1) Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş 02.2023-cü il istehsal, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsuluna münasibətdə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətləri”nin, “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair hərəkətləri”nin əsassız və qanunsuz hesab edilməsi, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarının əsassız və qanunsuz hesab edilərək ləğv olunması ilə bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatındadır, inzibati orqanın həmin hərəkətləri və qərarı Şəxs MMC tərəfindən inzibati qaydada mübahisələndirilmişdir; 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 3(007)- 3481/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan 02.2023-cü il istehsal, 02.2025-ci il son istifadə tarixli, ümumi çəkisi 25000 kq olan xörək duzu məhsulu partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv və ya utilizasiya edilməsinə dair 23 may 2023-cü il tarixli 060 nömrəli qərarı üzrə tələblərin yerinə yetirilməməsinə görə MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib olunmuş 22 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından, xitam verilmişdir; 3) Şəxs MMC-nin barəsində sözügedən inzibati xəta haqqında protokolların tərtib edilməsinin, məhkəmə mübahisələrinin predmeti olan xörək duzu məhsullarının həmin MMC-yə aid anbarda mövcud, yerində olması müvafiq şəxslərin iştirakı ilə yoxlama zamanı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunan 02.2023-cü il istehsal, 02.2025-ci il son istifadə tarixli, ümumi çəkisi 25000 kq olan xörək duzu məhsulunun təhlükəli mal (məhsul) hesab olunaraq onun Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə inzibati orqanın qərarı inzibati qaydada mübahisələndirilmişdir, Bakı İnzibati Məhkəməsinin icraatındadır, mübahisə predmeti olan xörək duzu məhsulunun təhlükəli məhsul hesab olunaraq onun gömrük ərazisindən çıxarılmalı olması və ya məhv edilməlı olması, bunu təsdiq edən nəticələr sübuta yetirilməmiş, bununla bağlı qərarlar qüvvəyə minməmişdir, bu barədə ilkin, yəni 23 may 2023-cü il tarixli qərar məhkəmə mübahisəsinin predmeti olduğu halda, eyni xörək duzu məhsulu partiyasının dövriyyəsinin dayandırılması, istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılmalı olması barədə sonrakı, yəni 19 iyul 2023-cü il tarixli qərarın icra edilməməsi, hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin tərkibinin olması ilə bağlı nəticəyə gəlməyə əsas vermir. Həmçinin, mübahisəli xörək duzu məhsulunun hüquqi şəxsin anbarında olması müəyyən edilmiş, bu əsasla da Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair işin icraatına xitam verilmişdir, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bütün bu qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verildiyi hesab olunan xəta və onun əlamətləri İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin təsir dairəsinə düşmür, ona görə hüquqi şəxsin həmin maddə ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Xörək duzu məhsulundan nümunənin düzgün götürülməməsi ilə bağlı məhkəmədə irəli sürülən dəlillərə isə hazırkı icraatda hüquqi qiymət verilməsi üçün zərurət və əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 15 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4434/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4434/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver