Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4437/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:55 radələrində YPX əməkdaşlarına tabesizli edərək, sərxoş vəziyyətdə səs-küy salmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:55 radələrində Babək prospektində, “Sərin” restoranının yaxınlığın yol-hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədləri tələb edilmiş və sakit formada sənədlərini əməkdaşlara təqdim etmiş, sonra ondan spirtli içki qoxusu gəldiyi bildirilməklə nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyi bildirilmiş, o, buna da qətiyyən etiraz etməmiş, hörmətsizlik etməmişdir. Maşının açarını da öz xoşu ilə əməkdaşa təqdim etmişdir. Müayinədən keçirilmiş və sərxoş olduğunu özü həkimdə olarkən etiraf etmişdir. Sonradan isə aralarında sadəcə sözlə “mübahisə, müzakirə” baş vermiş, bu zaman qətiyyən tərəfindən təhqirə yol verilməmişdir. Məhz sözlə fikir ayrılığı yarandığından, YPX əməkdaşına onun danışığı xoş gəlməmiş və PPX çağırmışdır. O, heç bir tabesizlik etmədən, sakit formada PPX avtomobilinə əyləşib və bölmədə izahat vermişdir. Sonda Şəxs, əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X2 protokolun məzmunu ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə təqdim edilmiş materiallarda Şəxs əməlində məhz İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğuna dair hər hansı sübuta rast gəlinməmişdir, əksinə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hər hansı tabesizlik və ya təhqiramiz hərəkət etmədiyini qeyd etmiş, protokol tərtib etmiş şəxs isə bunun əksini təsdiq edə biləcək hər hansı dəlil gətirməmişdir, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-4437/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4437/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver