Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-444/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 13 may 2022-ci il tarixdə saat təxminən 20:10 radələrində Şəxs məxsus olan “Hyundai Elantra” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsində yol ilə hərəkət Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili yan tərəfdən vurmuş və nəticədə “BMW” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayağından xəsarət alaraq, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 18 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Kənan Əliyevin 01 iyul 2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 13 may 2022-ci il tarixdə özünə məxsus “Hyundai Elantra” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı “avtomobili idarə edən zaman Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsində ara məhəllədən əsas yola çıxan zaman yol ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili diqqətsizlik göstərməsi səbəbindən vurmuşdur və nəticədə hər iki avtomobilə maddi ziyan dəymiş və “BMW” markalı avtomobilin sürücüsü yüngül bədən xəsarətləri almışdır. Şəxs zərərçəkmişə dəymiş maddi ziyanı və bütün xərclərin tərəfindən ödənildiyini və hazırda zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, baş vermiş hadisə nəticəsində dəymiş zərər və bütün xərclər Şəxs tərəfindən ona ödənmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Onunla barışdığını bildirmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR-sı İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, 10 iyun 2022-ci il tarixli, No 8/1346 nömrəli ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyul 2022ci il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 359 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli 8/1346 saylı rəyə əsasən “Hyundai Elantra” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin və 69-cü maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat (iki yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-444/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-444/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver