Məhkəmə qərarları › İş №3(007)-4467/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4467/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4467/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən daxil olmuş 10 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 08:47-də ünvan 1 ünvanında (GPS: 40.40385xx.xx.9600394) “Chevrolet Cruze minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə həmin orqanın nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun 10 sentyabr 2024-cü il tarixdə saat 08:47-də ünvan 1 ünvanında saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə qeyd olunanlar əsassız və yalandır. O, 07 sentyabr 2024-cü il tarixdə gecə saat 03 radələrində, Bakı şəhəri Xətai rayonu, “Ağ şəhər” ərazisində yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Ona görə hesab edir ki, işə Nizami Rayon Məhkəməsində baxıla bilməz. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi və ya aidiyyət məsələsinin həlli mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Baxılan işə münasibətdə qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola görə, ehtimal olunan inzibati xəta 10 sentyabr 2024-cü il tarixdə saat 08:47-də ünvan 1 ünvanında (GPS: 40.40385xx.xx.9600394) törədilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin YPX baş inspektoru X1 materiala əlavə etdiyi yazılı izahatında göstərmişdir ki, “...xx.xx.2024-cü il tarixdə saat 04:40 radələrində Babək prospektində təhlükəsizlik kəmərindən istifadə etməyən “Chevrolet” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlamışdır. Yoxlama zamanı sürücünün sərxoş olması bəlli olmuşdur. Sürücü yerində verdiyi izahatında sərxoş olmasını səmimi etiraf etdiyinə görə ona İXM-nin 333.1ci maddəsi ilə İXP6542159 saylı protokol yazılaraq avtomaşın müvəqqəti 21 saylı duracağa yerləşdirilmişdir...”. Bundan başqa, işdə olan 07 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, “Chevrolet Cruze minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07 sentyabr 2024-cü il tarixdə saat 04:40-da 21 saylı cərimə meydançasına (ağ şəhər bulvarı) yerləşdirilmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətanın törədildiyi vaxt və yerlə bağlı mübahisəli hal yaranmışdır, inzibati xəta haqqında protokolda xətanın 10 sentyabr 2024cü il tarixdə saat 08:47-də ünvan 1 ünvanında törədildiyi qeyd olunsa da, bu, YPX inspektorunun yuxarıda istinad olunan izahatı və nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə aktla inkar olunur. Hansı ki, Şəxs da məhkəmədə verdiyi izahatında onun məhz 07 sentyabr 2024-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri Xətai rayonu, “Ağ şəhər” ərazisində YPX inspektoru tərəfindən saxlanıldığını qeyd etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektoru dəfələrlə dəvət olunmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etmək üçün gəlməmişlər, ona görə həmin halların məhkəmə baxışı zamanı araşdırılaraq müvafiq qərar qəbul edilməsi, eləcə də, aşkar olunmuş nöqsanlar aradan qaldırılmadan işin aidiyyət məsələsinin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, işə baxılarkən isə bu nöqsanların aradan qaldırılması və tamamlanması mümkün olmadığı üçün, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalı, material üzrə yenidən araşdırma aparılmalı, müvafiq əsaslar olduğu halda inzibati xəta haqqında protokol tərtib olunmaqla mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilmə məsələsi həll edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar