Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4495/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Vorontsovka ərazisində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış materiallar ilə birlikdə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 01 oktyabr 2024-cü il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)- 4495/2024 nömrəsi saxlanılmışdır. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, vətəndaş Şəxs və Ü.A.Abbasov xx.xx.2024-cü il tarixdə C.Naxçıvanski 51 ünvanında yerləşən №1 kafesinin qarşısında bir-birlərinin ünvanına nalayiq ifadə işlətməklə xırda xuliqanlıq etmiş, eyni zamanda ÇPA-nın əməkdaşları onları PŞ-nə dəvət edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3 izahatında bildirmişdir ki, tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs və digər şəxs səhər saat 5-ə işləmiş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 1 nömrəli kafenin arxasında mübahisə ediblər. Şəxs ictimai yerdə nalayiq ifadələrdən istifadə edərək mübahisə etmişdir. Həmçinin qeyd etmişdir ki, o raport əsasında protokol tərtib etmişdir. Şəxs polisin əmrinə tabe olmuşdursa, İXM-nin 535-ci maddəsinin tərkibinin yaranmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol üzrə zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 01 oktyabr 2024-cü il tarixində gecə növbədə olduqları və ətrafda gəzdikləri zaman səhər saat 5-ə işləmiş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 1 nömrəli kafenin arxasında iki nəfərin mübahisə etdiyini görmüş və onlara yaxınlaşmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müqavimət göstərməmiş və maşına keçib əyləşmişdir. O izahatında qeyd etmişdir ki, onlar mübahisə edən zaman onların ətrafında heç kim olmasa da, həmin kafe bazarın ərazisində olduğu üçün 15 metr məsafadə başqa şəxslər var idi. Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin onun X5 ilə bir-birinə qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı yarandığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, tanımadığı şəxs yaxınlaşıb Abbasov Ülviyə nə isə dedikdən sonra onlar mübahisə yaranmış və bu zaman o, Abbasov Ülvini ondan ayrıb çölə çıxartmış, çöldə isə onların arasında mübahisə olmuşdur. Abbasov Ülvi ona qarşı söyüş söymüşdür. Onlar kafenin çölündə, bazardan 10-15 m aralıda olmuşlar. Aralarında 2-3 dəqiqə mübahisə olmuşdur. Mübahisə etdikləri vaxt polis gəlmişdir. Abbasov Ülvi ilə mübahisə edərkən aralarında 3-4 m məsafə olardı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşmandır. Bazar elə bir yerdi ki, satıcı da, alıcı da qışqıra-qışqıra danışırlar. Bir-birlərinə xəsarət yetirməmişlər və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, İXM-in 510 və 535.1-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətinə yol verilməsi bildirilməsinə baxmayaraq məhkəmə iclasında Şəxs qeyd edilən əmələ yol verməsi müəyyən edilməmişdir. Həmçinin polis əməkdaşlarının məhkəmə iclasında verdiyi izahatlardan da Şəxs əməlində qeyd edilən tərkibin olmadığı müəyyən edilmişdir. Belə ki, Şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən №1 adlanan kafedə olarkən Abbasov Ülvi ilə həmin kafedə olan digər şəxs arasında mübahisə yarandığını görmüş və bu mübahisəni sonlandırmaq üçün Abbasov Ülvini həmin kafenin arxa hissəsinə çıxartmış, bu zaman isə onların arasında sadəcə 2-3 dəqiqə davam edən kiçik mübahisə yaranmışdır. Həmin mübahisə zamanı tərəflər arasında hər hansı fiziki zor tətbiq etmə halları olmamış, həmin mübahisə zamanı tərəflər bir-birinə nalayiq ifadələr işlətmiş, lakin bu zaman tərəflərin ətrafında başqa şəxslər olmamış, qeyd edillən hərəkətlər ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnməmişdir. Belə ki, əks halda həmin mübahisə uzun müddət davam edər və ətrafdakılar həmin şəxsləri sakitləşdirmək üçün onların ətrafına toplaşardı. Müəyyən edilmiş hal isə ondan ibarətdir ki, tərəflər arasında mübahisə 2-3 dəqiqə davam etmiş, artıq bir-birinə nalayiq ifadələr işlədərək kənarlaşan zaman polis əməkdaşı yaxınlaşmışdır. Beləliklə, işin hallarından görünür ki, Şəxs məqsədi sadəcə X5 ilə digər şəxs arasında yaranan mübahisənin qarşısını almaqdan ibarət olmuş və onun tərəfindən hər hansı ictimai qayda pozulmamışdır. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla yanaşı, məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilməlidir ki, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs, Əlahiddə Çevik polis Alayının polis nəfəri X4 izahatında bildirmişdir ki, Şəxs ilk öncə ÇPA-nın xidməti maşınına əyləşməkdən imtina etsə də, sonra xidməti maşına öz razılığı ilə əyləşmişdir. Hazırki halda isə Şəxs hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən qəsdən tabe olmamanın nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi obyektiv cəhətdən aktiv hərəkətlərlə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində tabesizliklə müşahidə olunan aktiv hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-4495/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4495/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver