Məhkəmə qərarları › İş №3(007)-4504/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4504/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4504/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərarına əsasən, guya işçilərə təyin edilmiş əmək haqqı minimum əmək haqqından aşağı olduğundan Azərbaycan Respublikasının İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. MN ******* nömrəli elektron qərar qanunsuz və əsassızdır. Çünki elektron qərarda qeyd edilən "xxxx" MMC-nin (VÖEN **********) heç bir fəaliyyəti olmadığına görə fəaliyyətinin dayandırılması barədə arayışı mövcuddur. Belə ki, xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək aidiyyatı vergi orqanına müraciət edərək fəaliyyətini 5 (beş) il müddətinə dayandırmışdır. Lakin Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixində inzibati xəta hadisəsinin törədilməsində qanunsuz və əsassız olaraq təqsirli bilinmişdir. İnzibati tənbehvermə haqqında elektron qərar qəbul edilərkən hər tərəfli araşdırma aparılmamış, 2025-ci ilin minimum əmək haqqı 2022-ci ilə tətbiq edilmiş və fəaliyyətin dayandırılması nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş iizrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Elektron Qərar tərtib edilərkən hüquq və vəzifələri, eləcə də hansı səbəbdən təqsirli olmağı ona izah edilməmişdir. Bütün bunlar elektron qərarın yuxarıda göstərilən prosessual hüquq normasına zidd qaydada tərtib edilməsinin əyani təzahürüdür. Onun tərəfindən törədilmiş inzibati xəta halı aşkar edilmədiyindən X12 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv olunmalı və barəsində olan inzibati xəta haqqında iş ürə icraata xitam verilməlidir. Yuxarıda göstərilən hallar bir daha onu təsdiq edir ki, o, vəzifəli şəxs kimi heç bir qanun pozuntusuna, işçilərin hüquqlarının pozulmasına yol verməmişdir. Əlavə olaraq bildirir ki, elektron vasitələrdə qərar açılmır, bu səbəbdən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli elektron qərarı X10 Xidmətinə gedərkən xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Qeyd olunanlara əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar elektron qərardır, elektron sistem pozuntunu aşkar eləmişdir. Belə ki, MMC tərəfindən işçilərlə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqı minimum əmək haqqının məbləğindən aşağı olduğu üçün şikayətçi barəsində vəzifəli şəxs kimi elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq, X8 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC ilə X9, X5 və X8 arasında minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının mövcud olması səbəbindən X8 İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan şikayətçi tərəfindənb təqdim edilmiş arayışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti və əməliyyatlar xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əsasə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Həmin maddənin 3-cü bəndinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Həmin maddənin 4-cü bəndinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Həmin maddənin 6-cı bəndinə əsasən minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X8 tərəfindən İXM-nin 192.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" MMC ilə X9, X5 və X8 arasında bağlanmış əmək müqavilələrinə əsasən işçilərə verilən əmək haqqının məbləği minimum əmək haqqından aşağı məbləğdə müəyyən edilmişdir. Bu hal şikayətçinin izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, şikayətçi şikayətində də bildirmişdir ki, işçilərə verilən əmək haqqının məbləği 2022-ci ilin minimum əmək haqqısının məbləği ilə müəyyən edilmiş, MMC-nin fəaliyyəti dayandırıldığı üçün işçilərə verilən əmək haqqının məbləği də dəyişdirilməmişdir. Lakin məhkəmə hesab edir ki, göstərilən hal həm işçinin hüquqlarının pozulması, həm də İXM-nin tələblərinin pozulması deməkdir. Belə ki, işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Minimum əmək haqqının məbləği isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir ki, 2025-ci il üçün əmək qabiliyyətli əhali üçün 305 manat müəyyən edilmişdir. MMC-nin fəaliyyətinin dayandırılması işçiyə əmək haqqının verilməsinin dayandırılması üçün əsas deyildir, əmək müqaviləsi qüvvədə olduğu müddətdə - yəni qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədiyi halda işçiyə əmək haqqı ödənilməlidir. Həmçinin bu əmək haqqının miqdarı dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmamalıdır. Əmək Məcəlləsinin 12-ci maddəsinin b bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir. Hazırki halda isə "xxxx" MMC-nin direktoru X8 işəgötürən kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Beləliklə, şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçi sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da sübut olunur ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar