Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4522/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdagiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili - Vəkil iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X3 “Planet” şadlıq sarayının geyinməsoyunma otağında vurub itələmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X10 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonunun ərazisində yerləşən “Planet” şadlıq sarayının geyinmə-soyunma otağında Şəxs və X7 arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş vermis, baş vermis mübahisə zaman onlar hər ikisi bir-birini döyərək təyin edilməyən bədən xəsarətləri yetirmişlər. Hadisə ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin təhqiqatçısı Sadiq Həsənov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, X1 və Şəxs Nipaliyevanın İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü qərar PŞ-nə göndərilmiş, orada tərəfindən Şəxs barəsində MN ******* nömrəli protokol tərtib etmişdir. Odur ki, şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək və tərib olunmuş protokola etiraz edərək izahatında bildirdi ki, X3 tanımır. İlhamə Əliyevanın tanışı ilə onun əri arasında borc pulla bağlı problem yaranmış, İlhamə Əliyeva bu səbəbdən xx.xx.2023-cü il tarixdə onun işlədiyi “Planet” şadlıq sarayına gəlmiş, orada o, geyinmə-soyunma otağında olarkən İlhamə Əliyeva ora daxil olaraq onun üzərinə hücum çəkmiş, onu təhqir edərək döyməyə başlamışdır. Həmin vaxt o, İlhamə Əliyevanı vurmamış, onu döyməmiş, sadəcə özünü müdafiə etmək məqsədi ilə onu itələmişdir. Bu zaman orada iş yoldaşları olmuş və onlar İlhamə Əliyevanı çölə çıxarmışlar. O, İlhamə Əliyevaya heç bir xəsarət yetirməmiş, əksinə hadisə nəticəsində xəsarət almışdır. Odur ki, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil izahatında bildirdi ki, Şəxs münaqişə zamanı yalnız özünü müdafiə etmiş, İlhamə Əliyevaya heç bir xəsarət yetirməmiş, onu döyməmişdir. Əksinə hadisə nəticəsində özü xəsarət almışdır. Bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, “Planet” şadlıq sarayında işləyir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman geyinmə-soyunma otağından gələn səs-küyə görə həmin otağa yaxınlamış, otağın qapısını açdıqda X8 Əsgərovanın boğazından tutaraq onu döydüyünü görmüş, onları ayırmağa çalışan zaman İlhamə Əliyeva onu və ətrafdakı digər işçiləri nalayiq sözlərlə təhqir edərək çölə çıxmalarını tələb etmiş, hətta Zenfira Əliyevanın özünə belə xəsarət yetirmişdir. Sonradan çətinliklə də olsa onları ayırmaq mümkün olmuş, İlhamə Əliyevanı çölə çıxarmışlar. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından, onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə uyğun icraat aparılması üçün qərarın surəti Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 631 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynun, sağ bazunun, sağ saidin sıyrıqları, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. İş materiallarından görünür ki, araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 646 nömrəli rəyində qeyd edilmişdir ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər –sağ bazunun, sol budun, sol baldırın, sol süd vəzisinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işlədiyi “Planet” şadlıq sarayının geyinmə-soyunma otağında onun və X1 arasında münaqişə baş vermişdir. X4 təhqiqat araşdırması zamanı verdiyi izahatında münaqişə zamanı Şəxs ona xəsarət yetirməsini bildirsə də, onun bu izahatı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə təkzib olunur. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, X1 döyülməsi epizodu ilə bağlı Şəxs təqsirli olması sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4522/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4522/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver