Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4523/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0.2 və 106.0.4-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; Material məhkəməyə daxil olduqdan sonra, digər zəruri məsələlərlə yanaşı, işin hakim tərəfindən baxılmasını istisna edən halların, işin icraatını rədd edən halların mövcud olub-olmadığının yoxlanılması zamanı müəyyən edilmişdir ki, elektron informasiya sistemində şəxsə dair aktiv formada şəxsiyyət vəsiqəsi mövcud olmamış, bu səbəbdən də yaşayış yerini müəyyənləşdirmək mümkün olmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar tam doldurulmamış, onun daimi yaşayış yerinə dair məlumatlar düzgün göstərilməmişdir. Belə olan halda, hesab edirəm ki, materialın baxılması üçün icraata qəbul edilməsinə əsaslar yoxdur, icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.8, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4523/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4523/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver