Məhkəmə qərarları › İş №3(007)-4541/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4541/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4541/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunu sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən “MAN TGX 18.440” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəli yüklərin daşınması qaydalarının pozulması faktı üzrə onun barəsində yol patrul xidməti inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X5 izahatında bildirdi ki, 01 may 2025-ci il tarixdə saat 21:45 radələrində Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsində “MAN TGX 18.440 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və məlum olmuşdur ki, həmin avtomobil təhlükəli yüklərə aid olan yanacaq daşıyır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin avtomobil Şəxsnə məxsusdur və sürücü avtomobili yol vərəqəsinə əsasən idarə edir. Təhlükəli yükün sənədləri araşdırılarkən isə məlum olmuşdur ki, sürücü təhlükəli yükün daşınma marşrutundan kənara çıxmışdır. Bununla da, Şəxs MMC tərəfindən təhlükəli yüklərin daşınması qaydaları pozulmuş, belə ki, MMC tərəfindən həm ərazi üzrə, həm də saat üzrə təhlükəli yüklərin daşınması qaydaları pozulmuşdur. Ona görə də, onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla bağlı sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və o, müvafiq maddə ilə fiziki şəxs kimi inzibati qaydada tənbeh edilmişdir. Həmçinin bildirdi ki, sürücü yük maşının boş olmasını bildirsə də bunu təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, həmin MMC-nin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirdi ki, hadisə baş verən zaman sürücü o olmuş, nəqliyyat vasitəsi isə boş olmuş, hər hansı təhlükəli yük daşınmamışdır. Lakin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılarkən tam araşdırma aparılmamış, nəqliyyat vasitəsinə baxış keçirilərək yük maşınında təhlükəli yükün həqiqətən olub-olmaması aydınlaşdırılmamışdır. Ona görə də hazırda məhkəməyə hər hansı sübut təqdim edə bilmirlər. Həmçinin hüquqi şəxsin rəhbərliyi tərəfindən ona təhlükəli yükün daşınma marşrutu və vaxt barədə əvvəlcədən məlumat verilmişdir, ona təhlükəli yüklərin Özbəkistan küçəsi ilə daşınması barədə MMC tərəfindən hər hansı tapşırıq verilməmiş, həmin küçədən özü keçmiş, təhlükəli yükün daşınması qaydalarını özü pozmuş, ona görə də cərimə olunmuşdur. Odur ki, Şəxs barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, 01 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 təhlükəli yükün daşınması qaydalarını pozmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 348-ci maddəsinə əsasən nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İnzibati xətanın törədilməsi haqqında protokolda inzibati xətanın mahiyyəti və istinad olunan normativ hüquqi aktın müvafiq yarımbəndi qeyd olunmamışdır. Azərbaycan Respublikasının Nazilər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.4-cü bəndinin a) yarımbəndinə əsasən təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə daşınmaya məsul şəxs olmadıqda təhlükəli yükün daşınma marşrutu barədə sənəd (4 nömrəli əlavə) olmalıdır. Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarına 2 nömrəli əlavəyə əsasən Müvafiq dövlət standartları «Təhlükəli yüklər. Təsnifatı. Təhlükə nişanları» üzrə tələblərə müvafiq olaraq təhlükəli yüklərə — daşınma, yükləmə, boşaltma işləri və saxlama zamanı partlayışa, yanğına, yaxud nəqliyyat vasitələrinin, anbarların, qurğuların, bina və tikililərin zədələnməsinə, həmçinin insan və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanıqlar almasına və ya xəstələnməsinə səbəb olan maddə və əşyalar aid edilir. Təhlükəli yüklər aşağıdakı siniflərə bölünür: 1-ci sinif — partlayıcı maddələr; 2-ci sinif — təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar; 3-cü sinif — tez alışan mayelər; 4-cü sinif — tez alışan maddə və materiallar; 5-ci sinif — oksidləşən məmulatlar və üzvü peroksid; 6-cı sinif — zəhərləyici (toksik) maddələr; 7-ci sinif — radioaktiv və yoluxdurucu maddələr; 8-ci sinif — aşındırıcı və yeyici maddələr; 9-cu sinif — digər təhlükəli yüklər. 3-cü sinifə (tez alışan mayelər) DÜİST 12.1.044—84 üzrə alışma istiliyi qapalı qabda 61 0C , açıq qabda isə 66 0C istilik verən mayelər, mayelərin qarışığı, məhlullar və suspenziyalar (məs. rəng və lak materialları) aiddir. Göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokolda inzibati xətanın mahiyyəti və istinad (ittiham) olunan normativ hüquqi aktın müvafiq yarımbəndi qeyd olunmamışdır. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarından müəyyən olunur ki, inzibati xətanın törədilməsi haqqında İXP seriyalı ******* nömrəli protokol tərtib edilirəkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə riayət olunmamışdır. İnzibati xətanın törədilməsi haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı qeyd olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair protokolda müvafiq qeyd aparılmamışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati xətanın törədilməsi haqqında protokoldan isə müəyyən olunur ki, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan tələblərə də əməl edilməmiş, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və yaxud da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etmişdirsə, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xəta haqqında protokolda göstərilən hərəkətləri törətməklə təhlükəli yüklərin daşınması qaydalarını pozması tam olaraq öz təsdiqini tapmamış, bu barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və ona görə də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xeyrinə həll olunmalıdır. Bundan başqa, təhlükəli yükün daşınma qaydalarının pozulmasına görə yük avtomobilini idarə etmiş sürücü artıq inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə olan halda, eyni hala görə həm sürücünün, həm də nəqliyyat vasitəsi sahibinin inzibati məsuliyyətə cəlb olunması ədalətlilik prinsipinə ziddir. Odur ki, hüquqi şəxs Şəxs hazırkı halda inzibati xəta haqqında protokolda göstərilən, ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, inzibati xəta haqqında protokolda əhəmiyyətli ziddiyyətlər və şübhələr olduğundan, hüququ şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53 və 114-117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar