Məhkəmə qərarları › İş №3(007)-4550/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4550/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4550/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, Şikayətçi – X5 iştirakı ilə, inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 TP ******* saylı qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 11:31 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindən Özbəkistan küçəsinə dönmə əməliyyatı edərkən polis əməkdaşı tərfindən saxlanılmış, ona svetoforun qırmızı işığında keçdiyi bildirilərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi öz şikayət ərizəsində və məhkəmə iclasında çıxış edərək bildirdi ki, YPX nəqliyyat vasitəsi uzaq məsafədə dayandığından polis əməkdaşının onun qayda pozuntusuna yol verməsini görməsi mümkün deyildir. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmənin üzrlü səbəbləri barədə məlumat verərək (digər rayon məhkəməsinin icraatında olan məhkəmə iclasnda iştirak etməsi ilə bağlı), iş üzrə sübut əhəmiyyəti olan material təqdim edib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı qərarına əsasən X6 xx.xx.2024-cü il tarixdə “Toyota Prius” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar, məhkəmə iclası zamanı tədqiq edilmiş videomaterial və proses iştirakçılarının verdiyi ifadələrlə şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı təqdim edilmiş videomateriala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, sürücü Qara Qarayev prospkekti ilə hərəkət edərkən svetoforun qadağanedici işığıının yanmasına baxmayaraq hərəkətinə davam etmiş, Özbəkistan küçəsinə dönmüşdür. Qeyd olunan hal videomaterialın 7-ci saniyəsində öz əksini tapır. Belə ki, yolun sağ hissəsindən gələn nəqliyyat vasitələri üçün svetoforun yaşıl işığı yanarkən və həmin nəqliyyat vasitələrinin hərəkətinə icazə verilərkən X3 Qarayev prospekti ilə hərəkətinə davam etmiş və beləliklə svetoforun qadağanedici işığında dönmə əməliyyatını etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar