Məhkəmə qərarları › İş №3(007)-4553/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4553/2025

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4553/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, ev 34, mənzil 27-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 18 sentyabr 2025-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri, Qara Qarayev prospektində “Kia Optima” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə ilə tənbeh edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 332.1-ci maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün sənədlər Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinə göndərilmişdir. Şəxs qeyd olunan qərardan apellyasiya qaydasında şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, ona heç bir aidiyyəti olmadığı halda başqa bir şəxsin törətdiyi inzibati xətaya görə səhvən onun adına çıxan qərarla barəsində cərimə növündə tənbeh tətbiq edilmişdir. DYP əməkdaşlarının səhvi ucbatından hadisəni törədən şəxsin yerinə onun adına protokol tərtib edilmişdir. Ona təklif edilmişdir ki, öz səhvləri olduğu üçün DYP əməkdaşları 400 manat cəriməni özləri ödəsinlər, lakin o, qəti surətdə razılaşmamışdır. Bundan başqa vətəndaş Şahid ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 18 sentyabr 2025-ci il tarixdə içkili vəziyyətdə tanışının xahişi ilə ona məxsus Kia markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı maşını yaxınlıqdakı avtodayanacaqda maşını saxlayıb taksi ilə yola salmağını xahiş etmişdir. Lakin DYP əməkdaşları onu saxlayıb sərxoşluq dərəcəsini təyin edib Nizami DYPŞ-na aparmışlar, orada ona protokol tərtib edilmişdir. O, özünü orada Şəxs kimi təqdim etmişdir. 22 oktyabr 2025-ci il tarixdə bilmişdir ki, o, öz ad-soyadını səhv dediyinə görə məhkəmənin 16 oktyabr 2025-ci il tarixli qərarı ilə Şəxs cərimə edilmişdir. Şəxs şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qərarı ləğv olunmuş və inzibati xəta haqqında iş üzrə icraat materialları şikayətin dəlillərinə və digər məlumatlara münasibətdə hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya qaydasında yoxlanılan məlumatlardan aydın olur ki, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 sentyabr 2025-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri Qara Qarayev prospektində “Kia Optima” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi və Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmədiyi halda, barəsində 18 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul inspektoru X2 tərəfindən yanlış olaraq tərtib edildiyini mübahisələndirmişdir. Eyni zamanda, Şahid Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 18 sentyabr 2025-ci il tarixdə içkili vəziyyətdə “Kia Optima” minik markalı, **-AX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyini, DYP əməkdaşları tərəfindən saxlanıldığını və sərxoşluq dərəcəsi yoxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən özünü Şəxs kimi təqdim etdiyi barədə məlumat vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan məlumatlar və işin mübahisə doğuran həqiqi halları ilə bağlı hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, habelə 18 sentyabr 2025-ci il tarixdə içkili vəziyyətdə “Kia Optima” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyini və 18 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini iddia edən Şahid, həmçinin 18 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul inspektoru X1 iştirakları ilə müvafiq araşdırma aparılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunmalıdır. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə (o cümlədən elektron qaydada sms bildiriş göndərilməsinə) baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Bundan başqa iş üzrə 18 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul inspektoru X1 və protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini iddia edən Şahid qismində iştiraklarının təmin olunması üçün müvafiq tədbirlər görülmüş, lakin həmin şəxslərin prosesdə iştiraklarını təmin etmək mümkün olmamışdır. Ona görə məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, Şəxs 18 sentyabr 2025-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri, Qara Qarayev prospektində “Kia Optima” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi ilə bağlı 18 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ehtimal olunan inzibati xətanı faktiki olaraq törətmiş Şahid özü barədə yanlış məlumat verdiyinə, xətanı törədən şəxs olaraq Şəxs barədə məlumatları verdiyinə görə inzibati xəta haqqında protokol məhz sonuncunun barəsində tərtib edilmişdir. İnzibati araşdırma zamanı isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Qeyd olunanlara dair məlumat əldə edildikdən sonra, görülmüş müvafiq tədbirlər nəticəsində Şahid barəsində 23 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şahid 18 sentyabr 2025-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində “Kia Optima” minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin protokol əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qərarı ilə Şahid Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbinə zidd olaraq hazırkı işin inzibati icraatı zamanı 18 sentyabr 2025-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində “Kia Optima” minik markalı, **- AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanı törətmiş şəxs düzgün müəyyən edilməmiş, X3 həmin vaxtda və yerdə nəqliyyat vasitəsini idarə etmədiyi, o cümlədən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmədiyi halda barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir, hansı ki, məhkəmə iclasında müəyyən edilən və yuxarıda sadalananlar həmin şəxsin əməlində inzibati xətanın tərkibi olmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar