Məhkəmə qərarları › İş №3(007)-4555/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4555/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4555/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi ilə, X1, protokol tərtib edən şəxs – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Özbəkistan küçəsində istifadəsində olan dövlət qeydiyyat nişanlı hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən işıqforun qadağanedici işığında hərəkət etdiyinə görə saxlanılmış, barəsində protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində çıxarılan qərar tamamilə qanunsuzdur. Məhz bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında çıxış edərək bildirdi ki, işin hallarını aydınlaşdıran sübutların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır, qeyd olunan səbəbdən qərarın ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə geri qaytaılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri X12 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə istifadəsində olan dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıqforun qadağanedici işığında hərəkət etdiyinə görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, AR-sı DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar üzrə qeyd edilən hallar araşdırılmalı olduğundan ləğv edilərək Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar