Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4565/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi tikili evdə yaşamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 30 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. 30 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanında yerləşən “Grandmart” marketin girişində quraşdırılmış dolabdan Zərərçəkmiş şəxs azyaşlı qızına məxsus ümumi dəyəri 300 manat təşkil edən, içərisində mənzilin açarları, dəftər, kitab və “Redmi Not” markalı mobil telefon aparatı olan əl çantasını gizli yolla oğurlayaraq, xırda talama yolu ilə zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 11 may 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Grandmart” adlı marketə getmiş, marketin girişində quraşdırılmış dolaba öz çantasını qoyaraq içəri daxil olmuş, lakin marketdən çıxanda öz çantasının əvəzinə başqa bir çanta götürərək oradan uzaqlaşmışdır. Bir xeyli getdikdən sonra çantanın içərisinə baxmış və çantanın içərisində açarlar, dəftərlər, kitab və “Redmi” markalı mobil telefon olduğunu görmüşdür. Mobil telefonu götürərək çantanı yaxınlıqda olan 5 mərtəbəli binanın yanına atmışdır. Daha sonra həmin mobil telefonu 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxsə 70 manat müqabilində satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda cinayət işi ilə əlaqədar istintaq təcridxanasında saxlanılır, dəymiş zərəri ödəməyə maddi imkanı yoxdur. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsini baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 18 may 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar 24-cü PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur; -Qərarlardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi ilə bağlı material üzrə 20 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmış, 20 iyun 2023-cü il tarixdə iş üzrə icraat dayandırılmış, 30 avqust 2023-cü il tarixdə icraat təzələnmişdir. - Məhkəmə iclası zamanı CD diskə baxış keçirilərkən Şəxs tərəfindən xırda talama əməlinin törədildiyi müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş və onlarla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, törətdiyi cinayət əməlinə görə Şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında saxlanılır, onun barəsində cinayət işi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə təqsirli bilinməli olduğu maddədə nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs tənbeh növlərinin tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə həmin normanın tələbini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməli, cərimə məbləğinin həddi müəyyən edilərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan hadisənin görüntülərini əks etdirən 01 ədəd CD disk inzibati işin materiallarında saxlanılmalı, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, həmin şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut olan hadisənin görüntülərini əks etdirən 01 ədəd CD disk inzibati işin materiallarında saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 90 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-4565/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4565/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver